«Çelsi»nin fransalı hücumçusu Nikola Anelka bir daha yığma komandanın formasını geyməyəcəyini açıqlayıb. Milli.Az Fransa mətbuatına istinadən xəbər verir ki, bunu futbolçunun özü rəsmən elan edib. «Daha millidə çıxış etməyəcəyimi əminliklə söyləyə bilərəm. Mən Fransa yığmasına qayıtmayacağam. Baş verənlərdən sonra geri dönməm mümkün deyil», - deyə Anelka qeyd edib.Xatırladaq ki, CAR-da keçirilmiş son Dünya Çempionatı zamanı Anelka millinin o zamankı baş məşqçisi Raymon Domeneki təhqir etdiyi üçün komandadan qovulmuşdu. Nəticədə o, ölkənin futol federasiyası tərəfindən 18 oyunluq cəza alıb.
|