Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Pirr qələbəsi, mir qələbəsi


 

KXCP-də sədrin siyasətinin əleyhinə olan sədr müavinlərindən biri təzyiqlərə davam gətirmir və istefa verir. İstefa qəbul olunur, sonra partiyanın qərargahında çay masasında müzakirəyə çıxarılır. Loğman Abdulla kefi kök halda:
- Buna nə deiyrlər: "Pirr qələbəsi?"
Bəybala Əbil qımışır:
- Yox, o ayrı şeydi...Bu, mir qələbəsidir. Yəni seyidin, ağanın qələbəsi.


Axara qarşı çıxdı, Talehi söydü

Axar.az portalının sahibi Taleh Şahsuvarlı saytın müxbiri, gənc yazar Dilqəm Əhməd barədə yazını oxuyub qəzəblənir. Dilqəmi yanına çağıran Taleh qəzəblə:
- Bu nədi? Sənə dedim axı Şamaxıya mənim düşmənlərimə yaxın gənclərlə getmə!
Talehi daha çox qəzəbləndirən "Dilqəm Əhməd axara qarşı çıxdı, Talehi söydü" xəbəri olur. Taleh:
- Nədi bu? Axara qarşı niyə çıxmısan? Bu sayt sənə nə edibğ Səni bu sayt tanıtmadı? Məni niyə niyə söymüsən?
"Paxmel"dən ayılmayan Dilqəm yazıq-yazıq dillənir:
- Hamısı Ramin Dekonun işləridir. Çayda çimirdik, mən axara qarşı üzdüm. Gördüm boğuluram, taleyimi söyməyə başladım. Ramin də dedi ki, bu məsələni mətbuata çıxaracam. Dəyyus fırladıb belə yazıb nə edim?

 

Yanlışlıq

Ötən sayımızda millət vəkili Əhəd Abıyevlə bağlı yazıda səhvə yol verilib. Korrektorun xətası üzündən "Əhəd müəllim ərəbləri çox sevir" cümləsi belə verilib: "Əhəd müəllim əqrəbləri çox sevir".
- Başqa bir xəta neftlə bağlı yazıda gedib. "Son aylar neft xeyli ucuzlaşıb" fikri belə verilib: "Son aylar "Neftçi" xeyli ucuzlaşıb".
- Parlament Jurnalistləri Birliyi ilə bağlı yazıda da səhvə yol verilib. "PJB fəalları şənbə günü Media Mərkəzində keçirilən debatda politoloq Rasim Musabəyovla görüşəcəklər" fikri səhvə belə verilib: "PJB fəalları şənbə günü Media Mərkəzində keçirilən debatda politoloq Rasim Musabəyovla söyüşəcəklər".

 


Ağız ədəbiyyatı

Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında yaranmış şifahi xalq ədəbiyyatı nümunələri.

Kamillik batindədir
Deyildir o zahirdə.
Pıxıllıq, kin-kidurət
Cəmləşibdi Tahirdə.
        (Tahir Kərimli haqqında Bakı və Kəndlər Birliyində yaranıb)

SEPAH postlar qurubdu
Ərdəbildə, Kərəcdə.
İranı dağıtmağa
And içibdi Fərəc də.
     (Fərəc Ulusoy barədə Kəleybərdə yaranıb)


Xəzərin şəkli

Qəzet çapa gedərkən məsul katib Ceyhun Musaoğluna yaxınlaşır.
- "Xəzər mükafatı təqdim olundu" xəbərinə nə şəkil verimğ Mükafatın şəkli yoxdu.
Ceyhun qımışır:
- İki Xəzər var da. Bir dəniz, biri də tayfa. Bu mükafat da bu ikisindən birinin adınadır. Əşirət şəkli yoxdu. Xəzər dənizinin şəklini qoy.


Qapısı Xəzər(gil)ə açılan ofis

Bədrəddin Quliyev CXP-yə ofis axtarır. Maklerlə görüşən Badri deyir:
- El ofis olsun ki, üzü Xəzərə baxsın, qapısı Xəzərə açılsın. Mən Xəzərsiz, Arazsız yaşaya bilmərəm.
Makler ona "Gənclik" metrosunun yaxınlığındakı həyət evlərindən birinə aparır. Ətrafı gözdən keçirən Badri çığırır:
- A kişinin oğlu, burada Xəzər nə gəzirğ Dolmasına məni?
Makler qımışır:
- Qardaş, bax o qarşıdakı həyətdə Xəzər Teyyublu qalır. Qapını açan kimi onu görəcəksən. Hər gələndə özü də olmasa oğlu Araz qarşına çıxacaq.


Aydınlıq

- Son nömrələrimizdən birində Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ilə bağlı xəbərdə də yanlışlığa yol verilib. Oxuculardan xahiş edirik ki, ""Qriqori Yavlinski Jirinovskiyə "sən dılğırsan" dedi" cümləsi belə oxunsun: ""Qriqori Yavlinski Jirinovskiyə "sən çılğınsan" dedi".
- Barziliyalı futbol ulduzu Edson Arandes du Nasimentonun (Pele) Maradonaya çağırışı da düz getməyib. Oxuculardan xahiş edirik "Maradona o komandada qatıqdır" cümləsini belə oxusunlar: "Maradona o komandada qatıqdır".

Moskvanın, yoxsa Putinin kuklası?

Kiyevdə səfərdə olan Rusiyanın baş naziri Vladimir Putin yaxşıca yeyib-içir. Dəm halda mətbuat konfransına gələn Putin jurnalistlərin suallarını məzə ilə cavablandırır. Yuşşenkoya meylli jurnalistlərdən biri soruşur:
- Deyilənə görə, Viktor Yanukoviç Moskvanın kuklasıdır. Bu fikrə münasibətiniz necədir?
Putin təəccüblə:
- "Kuklasıdır" nə mənadadır?
- Yəni Moskvanın dediyi ilə oturub-durur.
Putin qımışır:
- Belə də yazın: Yanukoviç Moskvanın deyil, şəxsən mənim istəyimlə oturub-durur.


Qəhrəmanlı kimi strateq olsaydı...

Oğlu Gürcüstan prezidenti Mixail Saakaşvilindən soruşur:
- Ata, Ukraynada narıncılar niyə məğlub oldu?
Saakaşvili köks ötürür:
- Eh, bu uzun söhbətdi bala.
- Necə?
- Ukraynada narıncı qüvvələr güclü idi. Amma güclü strateq yox idi. Bir sözlə ordu vardı, sərkərdə yox. Ukrayna müxalifətinin Fuad Qəhrəmanlı kimi strateqi, Sahib Kərimov kimi igid rəhbəri olsaydı, narıncılar Rusiyapərəstlərə uduzmazdı.


Sərhəd məsələsini necə həll edəkğ

Media Mərkəzində müxalifətin böyük tədbiri keçirilir. Tədbirdə Müsavat, KXCP, "Azadlıq" blokunun liderləri iştirak edir. İsa Qəmbər çıxış edir və həmişəki kimi müxalifətin sərhədlərindən, psevdomüxalifətdən, əsl müxalifətdən danışır. Ondan sonra söz alan AVİP lideri Əli Əliyev deyir:
- Mən təklif edirəm ki, İsa bəy deyilən məsələ ilə bağlı ya Torpaq və Xəritəçəkmə Komitəsinə, ya da Sərhəd Qoşunlarına müraciət edək.
Əli Kərimli təəccüblə:
- Onlarla nə işimiz?
Əli Əliyev ciddi görkəmdə:
- Müxalifətin sərhədlərini ayrı kim və necə müəyyən edəcək?

 




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Pirr qələbəsi, mir qələbəsi
Yazılma Tarixi : 02.07.2010
Xəbər Etiketləri : Pirr qələbəsi, mir qələbəsi
Oxunma Sayı : 484
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
"İynə"
“İynə”
"İynə"
"İynə"
“İynə”
“İynə”


Son xəbərlər
 
  Kəskin hava şəraiti regionlarda rabitənin işinə necə təsir etdi?
 
 
  “Aztelekom” İB xəbərdarlıq edir
 
 
  XİN: Suriyada diplomatlarımızın ailələrinin təhlükəsizliyi diqqət mərkəzindədir
 
 
  Ceyranbatan Su Anbarı donur!
 
 
  Rabitə xətlərinin keçdiyi ərazilərdə icazəsiz işlər aparanlar cinayət məsuliyyətinə cəlb ediləcək
 
 
  MHP İğdır millət vəkili Sinan Oğan Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib
 
 
  Ötən il ərzaq məhsullarından 1190 insan zəhərlənib
 
 
  Şaxtalı havada 53 nəfər travma alıb
 
 
  Ötən il 30 botulizm hadisəsi qeydə alınıb
 
 
  Brilliant Dadaşova pərəstişkarlarına sürpriz hazırlayır
 
 
  Bəşər Əsədin xanımı danışdı
 
 
  Süd və süd məhsullarının monitorinqi təхirə salınıb
 
 
  Dərmandan zəhərlənənlərin 10 faizi özünəqəsd edənlər olub
 
 
  Umud Rəhimoğlu Nyu-Yorkda BMT-nin toplantısına qatılıb
 
 
  Ötən il Kliniki Tibbi Mərkəzə 535 müraciət olub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.