Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Son iki ayda 3 pulköçürmə şirkətinin fəaliyyəti dayandırılıb


Vüqar Bayramov: “Mərkəzi Bank metodları dəyişməlidir” Azərbaycan Mərkəzi Bankı (AMB) Rusiyanın «Kontakt» pulköçürmə sistemi ilə əlaqələrini kəsib. Səbəb bu sistem vasitəsi ilə işğal altında olan ərazilərdə pul köçürmələrin həyata keçirilməsidir. MB-nın məlumatına görə , xəbərdarlıqlara baxmayaraq «Contact» pulköçürmə sistemi Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz fəaliyyətini davam etdirib. Nəticədə Mərkəzi Bank avqustun 2-dən etibarən Azərbaycandakı bütün banklara bu sistemlə işgüzar münasibətlərin dayandırılmasını tapşırıb. Qeyd edək ki, Azərbaycan bankları iyunun 8-də və 11-də müvafiq olaraq «Migom» və «Leader» pulköçürmə sistemləri ilə eyni səbəblərə görə əməkdaşlığı dayandırıb. İqitisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Mərkəzi Bankın pulköçürmə şirkətinin lisenziyasını geri alması səbəblərini başadüşülən hesab edir : “Çünki, bütün hallarda Mərkəzi Bank həmin şirkətlərə Azərbaycanın işğal olunmuş ərazilərində işləməməklə bağlı rəsmi xəbərdarlıq edib. Lakin onlar bankın bildirişinə məhəl qoymadan bu fəaliyyəti həyata keçiriblər. Xatırladım ki, Mərkəzi Bank əvəllər də işğal olunmuş ərazilərdə fəaliyyət göstərən pulköçürmə şirkətlərinin lisenziyalarının geri alınması istiqamətində qərar vermişdi. Praktiki son aylar bankın lisenziyaları geri alması ənənəvi xarakter daşıyır”. Mütəxəssis hesab edir ki, Mərkəzi Bank işğalı olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən pulköçürmə şirkətlərinə qarşı tətbiq etdiyi metodları dəyişməlidir. Şirkətlərə lisenziyaları geri almaqla deyil, digər metodlarla təsir göstərməyə çalışmalıdır: “Lisenziyaların geri alınması hələlik şirkətlərə ciddi təsir göstərmir. Yəni lisenziyası geri alınmayan digər şirkətlər də var ki, sözügedən ərazilərdə faəliyyətlərini davam etdirirlər. Mərkəzi Bank bütün şirkətlərin lisenziyasını geri alacaq?” beynəlxalq konvensiyaların Mərkəzi Banka Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən addımlar atan şirkətlərlə bağlı beynəlxalq məhkəmələr qarşısında vəsatət qaldırmağa imkan verdiyini söyləyir. . V.Bayramov bildirir ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən şirkətlərlə əlaqədar məsələnin beynəlxalq məhkəmələr qarşısında qaldırılması Mərkəzi Banka bu şirkətlərə barəsində ciddi addımların atılmasına nail olmağa imkan verəcək: “Mərkəzi Bank beynəlxalq məhkəmələr vasitəsilə həmin şirkətlərə qarşı maliyyə sanksiyalarının tətbiq edilməsinə, hətta bir sıra hallarda fəaliyyətlərini dayandırmalarına yönəlik addımların atılmasına nail ola bilər. Əgər Mərkəzi Bank bir şirkətə qarşı belə bir iddia ilə cıxış edtsə, bu, digərlərinə də mesaj olacaq. Şirkətlər artıq Mərkəzi Bankın onların lisenziyasını ləğv etmək qorxusundan deyil məsələlərin beynəlxalq arenada qaldırılmasından çəkinəcəklər. Ekspertə görə, Mərkəzi Bankın işğal olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərlə bağlı hazırda tətbiq etdiyi metodla nə pulköçürmə şirkətlərinin oradakı fəaliyyətinin qarşısını almaq mümkün olacaq, nə də gələcəkdə bu cür faktların təkrarlanmayacağından sığortalanmaq: “Mərkəzi Bank məsələyə daha qlobal yanaşmalıdır. Çalışmalıdır ki, problemi qlobal səviyyədə həll etsin. Bu eyni zamanda həmin şirkətlər üçün əlavə xərcin yaranmasına, Azərbaycanın ərazilərinin işğal olunması faktının beynəlxalq müstəviyə çıxarılmasına gətirib çıxaracaq”.


 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Son iki ayda 3 pulköçürmə şirkətinin fəaliyyəti dayandırılıb
Yazılma Tarixi : 05.08.2010
Xəbər Etiketləri : Son iki ayda 3 pulköçürmə şirkətinin fəaliyyəti dayandırılıb
Oxunma Sayı : 351
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Ukrayna: Rusiya Avropaya nəql olunan qazın həcmini azaldıb
Əmanətlərin qaytarılmasına ümidlər tükənir
“Azərbaycan xarici şirkətlər üçün cəlbedici ölkədir”
Sovet əmanətləri qaytarılacaq
510 kiloqram yararsız mal məhv edildi
Sovet əmanətlərinin geri qaytarılması üçün təxminən 2,5 milyard dollar tələb olunur


Son xəbərlər
 
  Kəskin hava şəraiti regionlarda rabitənin işinə necə təsir etdi?
 
 
  “Aztelekom” İB xəbərdarlıq edir
 
 
  XİN: Suriyada diplomatlarımızın ailələrinin təhlükəsizliyi diqqət mərkəzindədir
 
 
  Ceyranbatan Su Anbarı donur!
 
 
  Rabitə xətlərinin keçdiyi ərazilərdə icazəsiz işlər aparanlar cinayət məsuliyyətinə cəlb ediləcək
 
 
  MHP İğdır millət vəkili Sinan Oğan Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib
 
 
  Ötən il ərzaq məhsullarından 1190 insan zəhərlənib
 
 
  Şaxtalı havada 53 nəfər travma alıb
 
 
  Ötən il 30 botulizm hadisəsi qeydə alınıb
 
 
  Brilliant Dadaşova pərəstişkarlarına sürpriz hazırlayır
 
 
  Bəşər Əsədin xanımı danışdı
 
 
  Süd və süd məhsullarının monitorinqi təхirə salınıb
 
 
  Dərmandan zəhərlənənlərin 10 faizi özünəqəsd edənlər olub
 
 
  Umud Rəhimoğlu Nyu-Yorkda BMT-nin toplantısına qatılıb
 
 
  Ötən il Kliniki Tibbi Mərkəzə 535 müraciət olub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.