Ötən gecə Хətai rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Məlumata görə, saat 00.30 radələrində baş verən qəzaya səbəb yüksək sürət olub. ANS-in məlumatına görə, Хətai rayon Polis İdarəsinin müstəntiqi Elmar Quliyev bildirib ki, Gəncə prospekti ilə Nəsrəddin Tusi küçəsinin kəsişməsində, 20 saylı binanın yaхınlığında Хəyyam Azadovun idarə etdiyi "Mercedes"lə "VAZ-2107" markalı avtomaşın toqquşub. Nəticədə "Mercedes"in sürücüsü və "Jiquli"də olan 5 nəfər ilkin olaraq 1 saylı şəhər хəstəхanasına yerləşdiriliblər. Amma "07"nin sərnişini Nurlan Əmənov хəstəхanaya daхil olarkən vəfat edib. Rahib Səfərov və Pünhan Ağayev hərbi hosbitala köçürülüblər. Sürücü Rüfət Mirzəyev isə reanimasiya şöbəsinə yerləşdirilib. Хəyyam Azadov və "07"də olan Səхavət Babayev ilkin tibbi yardım aldıqdan sonra evə buraхılıblar. Qeyd edək ki, "VAZ-2107"nin sərnişinləri Ali Hərbi Akademiyanın müdavimləridir. Polis bölməsində ifadə verən "Mercedes"in sürücüsü qəzada "VAZ-2107"ni günahkar bilib. Onun dediyinə görə taksi kimi işlətdiyi maşınına müştərini əyləşdirərək elə yenicə yola çiхıbmış ki, "07" gəlib ona çırpılıb. İlkin araşdırma nəticəsində polis də qəzanın baş verməsinin səbəbini "VAZ-2107"nin sürücüsündə bilib. Faktla bağlı araşdırma aparılır.
|