Altay Məmmədovun cəzası 4 ildən 3,6 ilə endirildi
Şirvan Apellyasiya Məhkəməsində hərbi hissədə əsgərlərə işgəncə verməkdə təqsirləndirilərək həbs olunan bir qrup hərbçinin apellyasiya şikayətinə baxılıb. Bu barədə məlumatı "OLAYLAR"a məhkəmədən veriblər. Prosesdə şikayət araşdırılıb və qismən təmin edilib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Altay Məmmədovun cəzası 4 ildən 3 il 6 aya endirilib. Digər məhkumların şikayəti isə təmin edilməyib. Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər Altay Məmmədov 4 il, Əziz Abdullayev 3 il 6 ay, Vahid Əhmədov 3 il 6 ay, Rəşid Rzayev 1 il, Elvin Qurbanov isə 6 ay azadlıqdan məhrum edilmişdi. Digər hərbçi Adil Xiyilov isə 2 il azadlıqdan şərti məhrum edilmişdi. Təqsirləndirilən şəxslər hərbi hissədə əsgərlərə işgəncə verməkdə təqsirləndirilirlər. Təqsirləndirilən şəxs Altay Məmmədov isə "Hürriyyət" qəzetinin baş redaktoru Süleyman Məmmədovun oğludur.
|