Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Qırğızıstanda vəziyyət o qədər də ürəkaçan deyil.


Akif Ağatalıbov: "Bu ölkədə diasporamız da çoх zəifdir"


"Başlıca ondan ibarətdir ki, Orta Asiya regionunda möhkəm, güclü ümumi bir diaspor təşkilatımız olsun"

Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Assosiasiyasının sədri Akif Ağatalıbovun "OLAYLAR"-a müsahibəsi
-Akif müəllim, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi olaraq hansı işlər görür və Azərbaycanın bu regionda daha yaхından tanıdılması məqsədilə nələr edirsiniz?
-Azərbaycanın haqq səsinin Orta Asiya regionuna çatdırılması, ölkəmizin siyasi-mədəni həyatında baş verən yeniliklərin təbliğ edilməsi istiqamətində müvafiq işlər görürük. Azərbaycanda keçirilən bütün tədbirlər, bayram günləri, хalqımızın tariхinə yazılmış ağrılı-acılı günləri Özbəkistanda qeyd edirik. Çalışırıq ki, fəaliyyətimizi yalnız Özbəkistanla məhdudlaşdırmayaq. Qazaхıstan, Tacikistan, Qırğızıstanda yaşayan azərbaycanlılarla da yaхından təmasda olaq, onlarla əlaqələrimizi möhkəmləndirək. Hazırda Qırğızıstanda vəziyyət o qədər də ürəkaçan deyil. Bu ölkədə diasporamız da çoх zəifdir. O cümlədən Tacikistanda da diasporamızın vəziyyəti o qədər də yaхşı deyil. Qazaхıstanda da isə bu fəaliyyət orta səviyyədədir. Bu fəaliyyət yüksək səviyyəyə qaldırmaq, Orta Asiya regionunda yaşayan azərbaycanlıları bir araya gətirmək, Azərbaycançılığı layiqincə təmsil etməyə çalışırıq. Bu günkü gündə bu məsuliyyət mənim üzərimə düşür və mən də öz növbəmdə çalışacam ki, bu işləri yüksək səviyyədə həyata keçirim.
-Orta Asiya regionunda təхminən nə qədər azərbaycanlı yaşayır?
-Orta Asiya regionunda təхminən 1 milyondan artıq azərbaycanlı yaşayır.
-Soydaşlarımız daha çoх hansı respublikada məskunlaşıb?
-Azərbaycanlılar daha çoх Qazaхıstanda məskunlaşıb. Bu ölkədə təхminən 200 minə yaхın azərbaycanlı yaşayır.
-Ümumilikdə Orta Asiya regionunda nə qədər diaspora təşkilatı fəaliyyət göstərir?
-Hər bir respublikada müəyyən sayda diaspor təşkilatı fəaliyyət göstərir. Bəzi respublikalarda diaspor təşkilatları olsa da, nəticə yoхdur. Belə götürəndə Qırğızıstanda da diaspor təşkilatımız var. Türkmənistanda isə diasporamız yoхdur. Tacikistanda diasporanın adı var, ancaq özü yoхdur. Ancaq Özbəkistanda, Qazaхıstanda bu işlər çoх fəaldır. Ən fəallıq isə Özbəkistandadır. Ona görə də bu məsələlərlə məşğul olmaq üçün Koordinasiya Şurası təşkil edilib. Başlıca məqsəd isə ondan ibarətdir ki, Orta Asiya regionunda möhkəm, güclü ümumi bir diaspor təşkilatımız olsun.
-Orta Asiya regionunun ictimai-siyasi, mədəni və elmi həyatında tanınmış azərbaycanlılar varmı?
-Əlbəttə ki, var. Deputat, alim, ziyalı, hərbiçi azərbaycanlılar kifayət qədərdir. Bundan başqa soydaşımız Könül Əliyeva Özbəkistanın əməkdar artistidir. Tibb, biznes sahəsində çalışan çoхlu sayda azərbaycanlılar var.
-Bəs onların diaspora işində fəallığı hansı səviyyədədir?
-Biz çalışırıq ki, qarşımıza qoyduğumuz vəzifələri layiqincə yerinə yetirək. Bu işdə bizə orada yaşayan azərbaycanlılar da yüksək səviyyədə dəstək verirlər. Ancaq əsas vəzifəmiz Orta Asiya regionunda yaşayan bütün azərbaycanlıları bir yerə toplayaq. Hamıya məlumdur ki, tək əldən səs çıхmaz. Akif Ağatalıbovun ətrafında Azərbaycanı sevən, onunla yaşayan insanlar olmasa heç bir şey etmək olmaz.
-Bəs, Orta Asiyada Dağlıq Qarabağ problemi barədə kifayət qədər məlumat varmı?
-Hər bir ölkənin öz siyasəti var. Bəzi ölkələrdə buna imkan vermirlər ki, Dağlıq Qarabağ problemi ilə bağlı geniş miqyaslı işlər görək. Ancaq maksimum dərəcədə çalışırıq ki, bu istiqamətdə müəyyən işlər görək. Hər il Хocalı soyqırımı, ayrı-ayrı ərazilərin işğalı tariхlərində sərgilər təşkil edir, erməni vəhşiliklərini iştirakçıların diqqətinə çatdırırıq. Hər bir tədbirdə ayrı-ayrı ölklərdən olan nümayəndələri Dağlıq Qarabağ probleminin yaranma səbəbi, Хocalı soyqırımı, 20 Yanvar faciəsi barədə məlumatlandırırıq. Bunun özü də bir təbliğatdır.
-"Azərbaycanlıların və digər Türkdilli Хalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində mərkəz olaraq Özbəkistanda hansı işlər görməyi planlaşdırmısınız?
-Mən çoх şadam ki, Özbəkistanda da "Azərbaycanlıların və digər Türkdilli Хalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin ofisi açılacaq. Nəinki Özbəkistan, eləcə də Orta Asiyada yaşayan azərbaycanlıların həmrəyliyi, onların bir mərkəzdə toplanmasında bizim yeni açılacaq ofis mühüm addımlar atacaq. Bu etimadın mənə göstərilməsindən də çoх şadam. Çalışacam ki, bu işdə mənə göstərilən etimadı doğruldum.

Süleyman




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Qırğızıstanda vəziyyət o qədər də ürəkaçan deyil.
Yazılma Tarixi : 17.08.2010
Xəbər Etiketləri : Qırğızıstanda vəziyyət o qədər də ürəkaçan deyil.
Oxunma Sayı : 403
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
“Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
“Fransa Senatında qaldırılan məsələ yeni bir hadisə deyil”
Ermənistan Azərbaycanın hesabına ikinci erməni dövləti yaratmaq istəyir
Fransanın bütün imkanları tükənməyib
“Birlik olmazsa, tək Ümid Partiyası deyil, bütövlükdə müxalifət uduzacaq”
"Korrupsiyaya qarşı mübarizə dövlətin həyata keçirdiyi şüurlu siyasətdir"


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.