Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Rusiya Azərbaycanı taxıl faktoru ilə sıxmaq istəyir?


"Hökümət çörəyin bahlaşmaması üçün mümkün addımlar atacaq"

Ölkədə taxıl istehsalında gözlənilən nəticə əldə olunmadığına görə, un və un məhsullarının qiymətində artım müşahidə olunur. Regionlardan gələn xəbərlərə görə, 50 kq-lıq unun qiymətində 3, bəzi yerlərdə isə 5-6 manata qədər artım olub. Bir müddət öncə İqtisadi İnkişaf Nazirliyinin müvafiq qurumu yerlərdə un və un məhsullarının qiymətində süni qiymət artımının yaşanmaması üçün monitorinqlər keçirdi. Monitorinqin nəticələrinə görə, cözügedən məhsullar üzrə qiymət artımı olmayıb. Düzdür, məlumat yayılan müddət ərzində taxıl və taxıl məhsullarının qiymətində artım olmasa da məlumat yayılandan sonra yuxarıda qeyd etdiyimiz kimi qiymət artımı qaçılmaz oldu. Qiymət artımı ilk öncə Şəkidə, daha sonra Lənkəran, İsmayıllıda yaşansa da Hacıqabulda vəziyyət daha kritik həddə qaçıb. Hacıqabul rayonunda 50 kq-lıq un 20 manata təklif olunmasına baxmayaraq bəzi işbazlar unun satışına süni əngəllər yaradıb. Satışa məhdudiyyətlər qoyulub. Maraqlıdır ki, bu kimi hallarla bağlı mətbuatda kifayət qədər məlumat getməsinə baxmayaraq rəsmi qurumlar məsələ ilə bağlı heç bir addım atmır. Bu kimi işlərə birbaşa cavabdeh olan Kənd Təsərrüfatı Nazirliyi isə ölkədə taxıl qıtlığının yaşanmayacağını qeyd edir. İqtisadi İnkişaf Nazirliyi də öz növbəsində çörəyin qiymətində hər hansı artım olmayacağını bəyan edir. Ümumilikdə ölkədə taxıl istehsalının azalacağı hələ biçin başlamamışdan öncə məlum idi. Ötən illə müqayisədə əkin sahələrinin azalması, bundan əlavə ölkədə quraqlıq hava şəraitinin olması, Kür və Araz çaylarının məcrasından çıxaraq 60 min ha əkin sahəsini su altında qoyması buna zəmin yaradırdı. Artıq rəsmi rəqəmlərə görə, Azərbaycanda 1 milyon 852 min ton taxıl istehsal olunub. Ölkənin daxili tələbatının 3 mln ton olduğunu nəzərə alsaq bu il 1 mln 148 min ton taxıl idxal etməliyik. Yaranan fərqin aradan qaldırılması istiqamətində Qazaxıstan rəsmiləri qiymətdə razılaşma əldə olunduğu təqdirdə bunun mümkünlüyünü qeyd edirlər. Bir sıra ekspertlər Qazaxıstan rəsmilərinin dünyada taxılın qiymətində artım olduğunu nəzərə alıb ixracda bunun fərqinə varacaqlarını bildirirlər. Belə olan təqdirdə ölkədə də bu artımın müşahidə olunacağını vurğulayırlar. Bu arada Azərbaycan daxili tələbatını ödəmək üçün müraciət edəcəyi ölkələr arasında Ukraynanın da adı hallanır. Son bir həftə ərzində isə Ukraynada üçüncü sinif taxılın qiymətində nəzərəçaracaq artım müşahidə olunur. Belə ki, üçüncü sort taxılın qiyməti 45 dollar artaraq 225 dollara qalxıb ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 46 faiz bahadır. Belə olan təqdirdə Azərbaycanın ixrac edəcəyi taxılda qiymət fərqinin olacağı qaçılmazdır. 
Bununla yanaşı bəzi ekspertlər ölkədə baş verən qiymət artımında Rusiya faktorunu xüsusi vurğulayırlar. Qeyd edirlər ki, Rusiyada taxıl istehsalının azalması, bununla yanaşı ixraca müəyyən məhdudiyyətlərin qoyulması ilə yanaşı Rusiyanın bəzi ölkələrə, xüsusən Ukraynaya da taxıl ixracına məhdudiyyət qoyması yönündə çağırış etməsi Rusiyanın məkrli niyyətindən xəbər verir. Rusiya Azərbaycanı müəyyən mənada nəzarətdə saxlamaq üçün taxıl faktoru ilə sıxmaq istəyir.
Ekspertlər bütün bunlara baxmayaraq taxılın qiymətində baş verən artımın qorxulu tendensiyalarla nəticələnməyəcəyini vurğulayırlar. Bu yöndə fikir yürüdənlər, neftin qiymətini əsas gətirənlər hökümətin bütün imkanlardan istifadə edib bu artımın qarşısını almaq gücündə olduğunu qeyd edirlər. Qeyd edək ki, 2010-cu ilin dövlət büdcəsində neftin qiyməti 75 dollar nəzərdə tutulub. İqtisadi böhranın davam etdiyi bir vaxtda hazırda bu qiymət 75 dolların üstündədir. Bu da büdcədə bu kimi artımların qarşısının alınması üçün kifayyət qədər vəsaitin olmasından xəbər verir.

Ədil


P.S
Son məlumatlara görə, Rusiya hökuməti taxıl ixracına qoyduğu qadağanı qismən aradan qaldırıb. “RİA Novosti” xəbər verir ki, taxıl məhsullarının humanitar yardım göstərmək, Rusiyanın beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün, eləcə də digər hallarda ölkədən aparılmasına icazə verilir.Qeyd edək ki, bu ilin yay aylarında Rusiyada baş verən quraqlıq səbəbindən taxıl məhsullarının bir hissəsi məhv olub. Bu səbəbdən Rusiya hökuməti avqustun 15-dən etibarən ölkədən taxıl ixracını qadağan edib. Qadağa dekabrın 31-nə qədər qüvvədə olacaq.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Rusiya Azərbaycanı taxıl faktoru ilə sıxmaq istəyir?
Yazılma Tarixi : 02.09.2010
Xəbər Etiketləri : Rusiya Azərbaycanı taxıl faktoru ilə sıxmaq istəyir?
Oxunma Sayı : 326
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Ukrayna: Rusiya Avropaya nəql olunan qazın həcmini azaldıb
Əmanətlərin qaytarılmasına ümidlər tükənir
“Azərbaycan xarici şirkətlər üçün cəlbedici ölkədir”
Sovet əmanətləri qaytarılacaq
510 kiloqram yararsız mal məhv edildi
Sovet əmanətlərinin geri qaytarılması üçün təxminən 2,5 milyard dollar tələb olunur


Son xəbərlər
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
 
  Dövlət orqanları bələdiyyələrin sənədlərini qəbul etmir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.