Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Rusiyada inqilab yetişir


Kreml müxalifətə qarşı qara piara başladı

Rusiyada prezident seçkiləri ərəfəsində müxalifətə qarşı qara piar kampaniyası başlanıb. Xəbər saytlarının verdiyi məlumata görə, ana müxalifət liderlərindən olan Boris Nemtsovun Dubayda bir qadınla gizli çəkilən görüntüləri yayılıb. Qeyd edək ki, videogörüntüləri yayan “Life News” saytının Putinin dostu Yuri Kovalçuka məxsus olduğu bildirilir. Bundan öncə, həmin sayt müxalifət liderinin telefon danışıqlarını yaymışdı. Bu hadisə ötən ilin dekabrında, Duma seçkilərindən sonra başlanan aksiyalar zamanı baş vermişdi. Bəlli məsələdir ki, telefon danışıqlarınının stenoqramını və videogörüntüləri sayta xüsusi xidmət orqanları vermişdi. Xüsusi xidmət orqanlarının isə Putinin göstərişi ilə bu əməliyyatı həyata keçirdiyi aydın məsələdir. Görünür, demokratik mübarizədə məğlubiyyətə uğrayan Rusiya hakimiyyəti müxalifətə qarşı əski metodlardan istifadə edərək, onları ictimaiyyətin gözündən salmaq xətti tutub. Bunun nə dərəcədə effekt verəcəyini indidən söyləmək mümkün deyil. Rus mentaliteti fərqli olduğundan bu ölkədə bu cür hadisələr hər zaman ola bilər. Amma Rusiya cəmiyyəti də Sovet buxovundan çıxmış 90-cı illərin cəmiyyəti deyil. Yəqin ki dəyişkliklər istəyən Rusiya cəmiyyəti müxalifət lideri ilə bağlı bu kadrları düzgün qiymətləndirəcək və haqlı olaraq avtoritar Putin hakimiyyətini qınayacaq. Rusiya müxalifətinin əsas liderlərindən biri olan Boris Nemtsov kifayət qədər demokratik imicli, açıq cəmiyyət tərəfdarı olan bir şəxsdir. Hələ birinci çeçen müharibəsi zamanı o zamankı Rusiya prezidenti Boris Yeltsin qarşısında məsələ qaldırmış, müharibənin sona çatdırılmasını, muxtar respublikalara səlahiyyət verilməsini təklif etmişdi. Rusiyada kölgə iqtisadiyyatından bezən iş adamları, yenilik istəyən gənclik, yeni düşüncəli ziyalılar Nemtsovun əsas dəstəkçiləridir. Müxalifəti parçalamaq istəyən Kremlin qarşısında əsas sədlərdən biri Nemtsovdur. Avtoritar Putin rejiminin Nemtsova qəzəbi boşuna deyil. Ehtimal var ki, Qriqori Yavlinskinin yoxluqunda (Rusiya hakimiyyəti onun namizədliyini qeydə almayıb) müxalifətin əsas namizədi Nemtsov olacaq. 
 Siyasi müşahidəçilər martda keçiriləcək prezident seçkilərinin yenidən Kremlə sahiblənmək istəyən baş nazir Valdimir Putin üçün çətin keçəcəyini bildirirlər. Bəzi siyasi ekspertlər hesab edir ki, bu dəfə seçkilərdə əsas yarış Putinlə kommunistlər arasında gedəcək. Rusiyada sol ideyalar son vaxtlar xeyli yayğındır, bu baxımdan söylənilən fikri diqqətə almaq olar. Amma bir iş var ki, hazırda Rusiyada və bütün dünyada yayğın olan sol ideyalar heç də Lenin bolşevizmi deyil. Leninin, ardınca da Stalin kimi qəddar liderin apardığı “zorla sosializm” siyasətinin fəsadları uzaq tarix deyil. İnsanlar 1937-ci ilin qanlı repressiyalarını unutmayıblar. Hazırkı kommunistlər, onların lideri Züqanov Avropanın keçdiyi və xalqlara azadlıq, insanlara rifah gətirmiş sosializmin təmsilçisi deyil, Lenin bolşevizminin nümayəndəsidir. Maraqlıdır ki, bütün dünyanı bürümüş inqilabi ideyalar, sol meyllər daha çox sosial ədalətə, insan bərabərliyinə əsaslanır. Rusiyada bu ideyaların təmsilçisi Yavlinski, Nemtsov və yeni nəsil siyasətçilərdi. Hakimiyyəti zəbt etməyə hazırlaşan Putinə əsas rəqib də demokratik dünyadan güclü dəstək alan demokratik müxalifət təmsilçiləri olacaq. Putin onlara yalnız zorakılıqla qalib gələ bilər. Böyük ehtimalla, seçkilər saxtalaşdırılacaq və Putin prezident elan ediləcək. Bunun ardınca isə ölkədə Putin əleyhinə izdihamlı aksiyalar başlanacaq. Putin prezident elan edilsə də, hakimiyyəti uzun müddətə saxlaya bilməyəcək. Sələfi Yeltsin kimi vaxtından əvvəl istefa vermək zorunda qalacaq. Rusiya hakimiyyətinin yeganə yolu islahatlara getmək, heç olmasa namizədi dəyişməkdir. Bu, baş verməsə Putinin zəfəri “Pirr qələbəsi” olacaq və uzun çəkməyəcək.

Aslan 






 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Rusiyada inqilab yetişir
Yazılma Tarixi : 27.01.2012
Xəbər Etiketləri : Rusiyada inqilab yetişir
Oxunma Sayı : 120
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
İctimai Palata daxilində rəqabət artır
İran beynəlxalq təhlükəsizliyə meydan oxuyur
“İran ətrafında gedən proseslər Ermənistanın içinə işləyir”
Müsavatın qurultayı niyə ertələndi?
Vasitəçilərin dəyişdirilməsi Qarabağ probleminin həllinə necə təsir göstərə bilər?
İranın Bakıdakı anklavı-Nardaran


Son xəbərlər
 
  Meşkinli hərəkatçılar həbs edilib
 
 
  “Uşaqlar və müharibə”
 
 
  Qonaqlar vizaları hava limanında alacaq
 
 
  Filip Kirkorov plagiatda ittiham olunur
 
 
  Teves rəsmən üzr istədi
 
 
  Çempionlar Liqası: Joze Mourinyo və tələbəsi qonaqlıqda
 
 
  Xəzərdə azərbaycanlı balıqçılar itkin düşüb
 
 
  TBMM Komissiyasından Xocalı faciəsi ilə bağlı bəyanat
 
 
  “Birlik” MMC-nin fırıldağı üzə çıxıb
 
 
  Bakıda qanunsuz ovun qarşısı alınıb
 
 
  Xeyli miqdarda saxta sement aşkarlandı
 
 
  Magistr namizədləri “buraxılış vərəqəsi”ni fevralın 29-dan ala biləcəklər
 
 
  В Австралии обнаружен розовый алмаз в 12,76 каратов
 
 
  Минобразования предлагает предоставить педагогам статус госслужащих
 
 
  Вышла в свет новая книга Юнуса Огуза
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.