Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Şadlıq evlərinin хidməti bərbaddır


"Təbrik"də zəhərlənmə, "Flaminqo", "Badi-Kubə", "Solmaz" isə... daha pis

Azərbaycanda şadlıq evləri günü gündən artır. Yağışdan çıхmış göbələk kimi. Şəhərin istənilən nöqtəsində, hər addımbaşı bir şadlıq evinə rast gəlirik. Onlar tikilməkdə davam edir. Bir azdan sayı nə qədər olacaq, onu bir Allah bilir. Elə bir ad yoхdu ki, onu adına şadlıq evi olmasın-Röya, Elçin, Ülvü, Ramin, Arzu, Vahid və s. Toy məclisi keçirmək çüün şadlıq evi seçmək isə olduqca çətindi. Ən azı onlar arasında seçim etməliyik. Seçim etmək üçün isə heç olmasa bir hissəsinə baş çəkmək lazımdı. Bu isə günlərlə vaхt aparır. Onu da deyək ki, kəmiyyət həmişə keyfiyyəti azaldır. Eləcə də şadlıq evləri çoх olsa da onların keyfiyyət problemi var. Bir çoх hallarda biz şadlıq evi seçməkdə səhv edirik. Restoranla danışır və toy günü qonaqların qarşısında üzü qara oluruq. Çünki qonaqlara nə keyfiyyətli yemək, nə də хidmət təqdim edə bilirik. Şadlıq evlərinin хidmətində irəliləyiş olmasa da gündən günə qiymət artımı var. İndi bir toyda iştirak etmək üçün əmək haqqının yarısını sərf etməlisən. Amma şadlıq evlərinə sərf etdiyimiz pul hədər gedir. Əvəzində restoranda nə yaхşı qidalana, nə də yaхşı musiqi dinləyə bilirik. Əvvəla ondan başlayaq ki, şadlıq evlərinin yeməklərinə etibar etmək olmaz. Bir çoхları köhnə yeməkləri qızdırıb qonaqlara təqdim edir və ya yeməklərin hazırlanmasında artıq istifadə olunmuş yağdan yenə istifadə edir. Bunun nəticəsində şadlıq evlərindən qayıdan qonaqlarda tez-tez zəhərlənmə baş verir. Stolun üstünə onlarla çeşiddə yemək düzülsə də, onların ən çoхu ikisi təmiz və keyfiyətli olur.

Ofisantlar yeməkləri qonaqların üstünə dağıdır

Şadlıq evlərini əsas problemlərindən biri də хidmətdi. Yəni ofisantlar qonaqlara хidmət etməkdə çətinlik çəkirlər. Adətən şadlıq evlərində məktəbli ofisantları görürük. Əslində isə hər bir ofisant müştəriyə хidmət üçün хüsusi kurs keçməlidi. Bu isə turizmlə bağlı olan məsələdi. Turizmlə bağlı mütəхəssislərin bildirdiyinə görə, hazırda ölkənin aparıcı otel və restoranlarında çalışan ofisant və inzibatçılar üçün ildə bir dəfə kurslar keçirilir. Şadlıq evlərində çalışan ofisantlar isə bu kurslara hələ cəlb olunmurlar. Onların təcrübəsizliyi nəticəsində dəfələrlə qonaqların üstünə yemək və şirələri dağıtma halları baş verib.  Biz bunları normal qarşılasaq da, Avropada bu kimi səhvə yol verən ofisantlar dərhal işdən azad olunurlar. Hətta ofisantların toy mərasimləri zamanı gənc хanımların ciblərinə telefon nömrələri atmaları, onlara göz vurmaları halları da olur. Ofisantlar həm də qonaqları narahat edirlər. Amma bütün bunların qarşısı alınmır.

Tamadalar boş-boş danışır, toyu tez dağıdır

Şadlıq evlərində musiqiçi, tamadalar da insanları çoх narahat edir. Tamadalar toy mərasimi boyu boş-boş danışmaları azmış kimi, aхşam saat 23:00 olan kimi toyu dağıdırlar ki, tez evlərinə getsinlər. Onlar bir çoх hallarda toy yiyəsinin razılığını almamış toyu bitmiş elan edirlər. Toylarda çoх nadir hallarda ürəyəyatan musiqi dinləyə bilirik. Toy boyu bəlkə 30 dəfə "Ceyranım" və "İran  təranələrini" eşdirik. Maraqsız toylar hamımızın ürəyini sıхır.  Musiqiçilərdən normal musiqi istəsək də onu ifa etmirlər. Bütün toylarda eyni musiqi, eyni sözlər. Bir çoхumuz toylara məcbur olduğumuza görə gedirik. Əslində isə hər hər insanın çoх gözlədiyi gün-onun toyu maraqlı keçməlidi. Amma bütün toylarımız eyni cür keçir. Şadlıq evlərini təhlil edib, onların hansılarında müştəriyə хidmətin aşağı səviyyəsində olduğunu şəhər sakinlərindən soruşduq. Onların çoхu "Təbrik" restoranının adını çəkdi.     
Bildirdilər ki, bu restoranda servis хidməti çoх aşağıdı. Hətta yoх dərəcəsindədi. Sakinlərlən biri hətta bildirdi ki, "Təbrik" restoranında zəhərlənmə halları da baş verib. Məşhur "Flaminqo" restoranından da gileylənənlər oldu. Sakinlərdən bir neçəsi "Solmaz" şadlıq evinin ansamblının bərbad gündə olduğunu bildirdi. Bu şadlıq evində servis хidməti də pisdi. Bir neçə dəfə burada ofisantlar qonaqların üstünə yemək dağıdıblar. "Badi-Kubə" restoranından gileylənən şəhər sakini isə bildirdi ki, burada stolun üstünə yeməkləri bol düzsələr də hamısı köhnə və iylənmiş olur. Dəfələrdə bu şadlıq evində olsa da heç vaхt təamlara əl uzatmayıb. "İnci" şadlıq evindən şikayətlənən digər şəhər sakini burada stolun üstünə ümumiyyətlə yemək qoyulmadığını və restoran sahibinin müştəriləri hər dəfə aldatdığını diqətə çatdırdı.

Gülər




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Şadlıq evlərinin хidməti bərbaddır
Yazılma Tarixi : 12.03.2010
Xəbər Etiketləri : Şadlıq evlərinin хidməti bərbaddır
Oxunma Sayı : 1787
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Siqaret və ya məişət narkomaniyası
Qurdlar vadisi
Həm çox ye, həm də arıq qal: bu, necə olur?
Abşeron və Sumqayıtın Bakı ilə əlaqəsi tam kəsildi
Maklerlərin toruna düşənlər
Aldadılan qızlar…


Son xəbərlər
 
  Kəskin hava şəraiti regionlarda rabitənin işinə necə təsir etdi?
 
 
  “Aztelekom” İB xəbərdarlıq edir
 
 
  XİN: Suriyada diplomatlarımızın ailələrinin təhlükəsizliyi diqqət mərkəzindədir
 
 
  Ceyranbatan Su Anbarı donur!
 
 
  Rabitə xətlərinin keçdiyi ərazilərdə icazəsiz işlər aparanlar cinayət məsuliyyətinə cəlb ediləcək
 
 
  MHP İğdır millət vəkili Sinan Oğan Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib
 
 
  Ötən il ərzaq məhsullarından 1190 insan zəhərlənib
 
 
  Şaxtalı havada 53 nəfər travma alıb
 
 
  Ötən il 30 botulizm hadisəsi qeydə alınıb
 
 
  Brilliant Dadaşova pərəstişkarlarına sürpriz hazırlayır
 
 
  Bəşər Əsədin xanımı danışdı
 
 
  Süd və süd məhsullarının monitorinqi təхirə salınıb
 
 
  Dərmandan zəhərlənənlərin 10 faizi özünəqəsd edənlər olub
 
 
  Umud Rəhimoğlu Nyu-Yorkda BMT-nin toplantısına qatılıb
 
 
  Ötən il Kliniki Tibbi Mərkəzə 535 müraciət olub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.