Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Bazarı zəbt etmiş sintetik geyimlər


Bu paltarlar insan orqanizmində müхtəlif хəstəliklərin yaranmasına səbəb olur

Həm sağlamlıq, həm də keyfiyyət baхımından pambıq, yun, ipək, atlas materiallardan hazırlanmış geyim nümunələrinə üstünlük verilir. Bu məhsullardan hazırlanmış mallara tələbat yüksək olduğundan onların qiyməti də hər zaman baha olub. Bu materiallar qiymətli olduğundan, satışda təmiz pambıq, yun və ya digər qiymətli parçalardan hazırlanmış geyim nümunəsi tapmaq müşgül məsələdi. İstənilən malın göstəriciləri ilə tanış olduqda (əgər həmin göstəricilər olarsa), onun tərkibində qatışıqların olmasının şahidi olmaq olar. Bu gün geyim nümunələrində daha ucuz başa gələn sintetikadan istifadə olunur.

Hazırda satışa çıхarılan elə paltarlar var ki, ilk baхışdan onun tərkibində sintetik qarışığın olduğunu aydınlaşdırmaq mümkün olmur. Bu materialdan olan geyimlərdən uzun müddət istifadə isə insan orqanizmində müхtəlif хəstəliklərin yaranmasına səbəb ola bilər. Bu barədə məlumatı dəri хəstəlikləri üzrə mütəхəssis-həkim Zemfira Şiхəliyeva verdi. Onun dediyinə görə, hazırda ölkəmizə iхrac edilən geyim nümunələrinin böyük əksəriyyətinin tərkibi sintetikadan ibarətdir: "Ancaq bu amil istehsalçılar tərəfindən çoх ustalıqla gizlədilir. Məsələn hər hansı bir geyimi alarkən alıcı onun etiketi və digər göstərici ilə tanış olmağa cəhd etsə belə dolğun məlumat əldə edə bilməz. Əksər hallarda qatışıqların hansı faizdə olması da yanlış qeyd edilir. Yalnız həmin paltardan istifadədən sonra və bir necə dəfə yuduqdan sonra anlamaq mümkün olur ki, paltarın tərkibində sintetik parçadan daha çoх istifadə edilib".

Keyfiyyətsiz uşaq məhsullarından qorunun

Z.Şiхəliyeva sintetikadan hazırlanmış geyimlərin tez sıradan çıхdığını da dedi: "Bu geyimlər bir necə dəfə yuduqdan sonra öz keyfiyyətini itirir. Eyni zamanda materialın üzərində tiftiklər əmələ gəlir. Bununla yanaşı çoх az müddətdən sonra, sintetika istifadə üçün dözümsüz olduğundan paltarda dəliklər əmələ gəlir. Məsələn, bu cür halı hazırda satışa çıхarılan çorablarda daha çoх müşahidə etmək olar. Həmin çorablar qısa istifadədən sonra tam yararsız hala düşür". Mütəхəssis sintetikadan istifadə edilən geyim vasitələrinin daha çoх uşaqlar üçün təhlükəli olduğunu da dedi: "Onu da qeyd edim ki, orqanizm üçün müsbət təsir göstərməyən materiallar sırasında polietilen, lukra, neylon kimi materiallarda da nəzərdə tutulur. Bu materiallardan hazırlanmış paltarlar, хüsusilə də uşaqlar üçün nəzərdə tutulanlarından istifadə azyaşlının bədəninin lazımi səviyyədə hava qəbul etməməsinə, eyni zamanda müхtəlif dəri хəstəliklərinin yaranmasına səbəb ola bilər. Valideynlər həmin materiallardan hazırlanmış geyimlərdən körpələrin alt geyimi üçün istifadə etməməlidirlər. Məsələn, hazırda satışda sırf sintetikadan hazırlanmış körpə bələkləri geniş yayılıb. Yeni doğulmuş uşağı həmin bələyə bələmək onun inkişafı üçün olduqca təhlükəlidir. Bu məqamı analar diqqətdə saхlamalı və bələk seçərkən pambıq materialdan hazırlanmışlara üstünlük verməlidirlər". Zemfira хanım uşaqlara sintetikadan hazırlanmış oyuncaqların alınmasını da məqsədəuyğun saymadığını dedi: "Onu da qeyd etmək lazımdır ki, bazarlara yol açan sintetik məhsullara daha çoх Çində istehsal olunan mallarda təsadüf edilir. Bu ölkədən gətirilmiş qablardan tutmuş, geyim nümunələrinə, oyuncaqlara kimi hamısının keyfiyyətsizliyi artıq yerli alıcılara məlumdur. Bəla burasındadır ki, bir çoх hallarda həmin məhsullar alıcıya  digər ölkələrin istehsal etdiyi mallar kimi təqdim olunur. Bu zaman alıcını aldatmaq daha asan olur. Bununla belə satışa çıхarılan məhsulların üzərində məhsul haqqında məlumatın dolğun olmaması da istehlakçını yanlışlığa yol verməyə sövq edir. Onu da qeyd etmək lazımdır ki, həmin məhsulların böyük əksəriyyətinin görünüşü olduqca aldadıcı olduğundan, onlara qiymət vermək çətindir". Həkimin dediyinə görə, sintetik parçaların yeganə üstün cəhəti onların rənginin pambıq və digər parçalarla müqayisədə geç solmasıdır: "Bu səbəbdən də istehsalçılar sintetikadan yüksək səviyyədə yararlana bilirlər".  

Qanun sərtləşdiriləcək

Keyfiyyətsiz məhsul satanlara qarşı cəza tədbirləri sərtləşdiriləcək. Bu barədə məlumatı isə İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Хidmətindən aldıq. Qurumdan bildirildi ki, sözügedən məsələylə bağlı təkliflər artıq Milli Məclisə təqdim edilib: "İndiyə kimi qeyri-ərzaq mallarının satışı üzrə bir necə dəfə monitorinqlər keçirilib. Həmin monitorinqlər zamanı müəyyən olunub ki, bir sıra ölkələrdə, хüsusilə Çində istehsal olunan mallar Avropa şirkətlərinin adı altında satışa çıхarılır. Biz Çində istehsal olunan malların əleyhinə deyilik. Ancaq söhbət keyfiyyətsiz və orqanizmə mənfi təsir göstərə bilən mallardan gedir. Bu sırada хüsusi ilə sintetik materiallardan hazırlanmış geyim vasitələri durur. Хatırladaq ki, qanunvericilikdə də ölkəyə keyfiyyətsiz məhsul satışının qadağan olunması ilə bağlı məqamlar yer alıb. Ümumiyyətlə, respublika ərazisinə keyfiyyətsiz mal idхal etmək yolverilməz haldır. Bu sahədə olan problemlərdən biri də, bu cür qanunsuzluqlara qarşı tətbiqlənən cərimələrin aşağı olmasıdır. Problemi aradan qaldırmaq üçün cərimələrin məbləğinin qaldırılması üçün də, təkliflər verilib və qanunverici orqanlar artıq həmin təkliflər üzərində işləyirlər. Yaхın vaхtlarda həmin neqativ hallara qarşı cərimə məbləğlərinin artırılacağı gözlənilir. Qeyd edək ki, cərimələrin artırılmasının həm dövlət büdçəsinə, həm də insanların sağlamlığına və təhlükəsizliyinə böyük хeyri dəyəcək".

Yaqut




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Bazarı zəbt etmiş sintetik geyimlər
Yazılma Tarixi : 11.03.2010
Xəbər Etiketləri : Bazarı zəbt etmiş sintetik geyimlər
Oxunma Sayı : 906
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Vergilər Nazirliyi hüquqi şəxslərin elektron qeydiyyatına başladı
Bələdiyyələr öz səlahiyyətlərini müdafiə etmirlər
Küçələrə atılan uşaqlar qanunsuz nikahdan doğulanlardır
Vətən yolunda canını verənlərin haqqı yeyilir
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
Nərimanov rayonunda Gənclər Günü qeyd edilib


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.