Şirvan şəhərində sabiq müstəntiq intihar edib. Bu barədə məlumatı "OLAYLAR"a Şirvan şəhər Polis şöbəsindən veriblər. Hadisə şəhərin Ş. Şükürov küçəsində qeydə alınıb. Həmin küçədə, döngə 1, ev 11-də yaşayan 55 yaşlı Rafiq Mirzəyev martın 9-da səhər saatlarında yaşadığı evdə özünü asıb. Ailə üzvləri mərhumun meyidini asılmış vəziyyətdə aşkarlayıb. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci(özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb. Məlumata görə, Rafiq Mirzəyev əvvəllər hüquq müşhafizə orqanlarında müstəntiq işləyib, bir neçə ilo əvvəl isə vəzifəsindən azad edilib və vəkilliklə məşğul olurmuş.
|