Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

“Qara siyahılar”, “ağ siyahılar”- bunlar kimlərinsə “məşğuliyyətidir”


 Bahar Muradova: “Kimlərsə siyahıların tərtib olunması, namizədlərin daha ciddi seçimi ilə, kimlərsə də hansısa “siyahılar” haqqında danışmaqla məşğuldur”
Müsahibimiz Milli Məclisin vitse - spikeri Bahar Muradovadır.

- Bahar xanım, qarşıdan növbəti parlament seçkiləri gəlir. Ancaq Azərbaycan müstəqillik əldə etdikdən bu yana ölkədə keçirilən seçkilərlə bu seçkilər dövrünü müqayisə etdikdə açıq-aşkar görünür ki, cəmiyyətdə budəfəki seçkilərə maraq həddindən artıq azdır. Belə demək mümkünsə, seçkilərə rəsmən start verilməsinə 10 gündən az vaxt qalsa da, bütövlükdə cəmiyyətdə bir canlanma, fəallıq hissi olunmur. Sizcə, bu, nə ilə bağlıdır?
- Canlılıq və fəallıq deyəndə sizin nə düşündüyünüzün fərqinə varmadan onu söyləmək istəyirəm ki, indi hər kəs daha artıq dərəcədə vəzifəsinin, hüququnun, səlahiyyətinin nədən ibarət olduğunu dərk edir. Əvvəllər hər kəs hər şeylə məşğul olmaq istəyirdi və olurdu. Ancaq son illər hər kəs öz vəzifəsinin, hüququnun, səlahiyyətinin nədən ibarət olduğunu, harada başlayıb, harda bitdiyini yaxşı bilir və buna uyğun hərəkət etməyə də çalışır. Bu, daha yaxşıdır, bu, getdikcə daha artıq qanunların bərqərar və hər kəsin öz fəaliyyətini qanunlar çərçivəsində qurmalı olduğu qənaətinin möhkəmlənməsinin göstəricisidir. Həm də bir təcrübədir. Əvvəllər bir həyəcan, hay-küy, ziddiyyət, seçkilərə hazırlıqdan daha çox hansısa problemləri ortaya atmaq, onları qabartmaq və onların ətrafında ajiotaj, siyasi şoular yaratmaq dəbdə idisə, indi hər kəs soyuq ağılla başa düşməyə şalışır ki, bütün bunlar səmərəsizdir. Yəni, hər kəs öz partiyasının daxilində, öz təşkilatı çərçivəsində, özünün namizədliyini verəcəyi dairədə işini aparır və aparmalıdır. Vaxtilə bu insanlar işləməkdən daha çox mətbuatla ünsiyyətə üstünlük veriblər, partiyalar daha çox brifinqlər keçiriblər, daha çox kütləvi aksiyalar, tədbirlər keçirməyə meylli olublar. Amma indi hər kəs bilir ki, həmin tədbirlərə, mitinqlərə gələn insanlar onlara, namizədliyini irəli sürən şəxslərə səs vermirlər, konkret dairədə konkret şəxsə konkret seçicilər  səs verirlər və verəcəklər. Ona görə hər kəs işini bu istiqamətdə qurmağa çalışmalı, təşkilati şəbəkəsini qaydaya salmalı, qanunların öyrənilməsi işini təşkil etməli, maddi, insani resurslarını səfərbər etməli, müşahidəçilərini hazırlamalı, onları maarifləndirməli, seçki komissiyalarında işləyəcək nümayəndələrini təlimatlandırmalıdır və sair. Bunlar eyni zamanda həm seçkidə iştirak edəcək şəxslərə, qüvvələrə aiddir,  həm də seçki orqanlarına. İndi baxsanız, görərsiniz ki, seçki orqanları özü son illər öz işlərini necə təkmil şəkildə qurmağa çalışırlar və buna da nail olurlar. Amma əvvəllər onların da işində müəyyən qədər çatışmazlıqlar, nöqsanlar, həyəcan var idi. Bu gün isə belə deyil, bu gün artıq bu işlə daimi, uzunmüddətli məşğul olan qurumlar var və burada artıq təcrübə, neçə illik səriştə, bilik əldə etmiş insanlar var, fəaliyyət göstərirlər. Bu insanlar heç bir hay-küyə yol vermədən proseslərə uyğun olaraq öz işlərini görürlər. Axı bunun nəyi pisdir ki? Başqa ölkələrdə seçkilər keçirilən zaman şəxsən bir neçə dəfə orada olmuşuq, müşahidə aparmışıq. Məsələn, İngiltərə kimi bir ölkəyə - bu gün dünya siyasətini müəyyən edən iki-üç ölkədən biridir – may ayında seçkiləri müşahidə etməyə getmişdim, bu ölkədə seçki keçirilməsini sübut edən bir  şeyə rast gəlmədim. Yalnız ayrı-ayrı yerlərdə bəzi namizədlərin portretlərini, seçki məntəqələrinin yerləşdiyi ünvanları göstərən lövhələri görmək olurdu. Sadəcə, hər kəs öz işiylə-gücüylə məşğul idi, amma hər kəs də bilirdi ki, həmin gün seçkiyə getməlidir. Demək istəyirəm ki, bunun üçün kütləvi aksiyalar təşkil etmək, küçələrə, meydanlara axışmaq lazım deyil. Düzdür, kütləvi aksiyalar da demokratik cəmiyyətin atributlarındandır, amma kimlərsə düşünürsə ki, seçki fəallığı, canlanma deyəndə yalnız bunlar olmalıdır, yaxud kim daha çox qışqırırsa, o daha çox uğur qazanmalıdır və kim seçilmək istəyirsə, mütləq Bakının mərkəzi meydanlarına yığılmalıdır, halbuki namizədliyini Naxçıvandan və yaxud başqa yerdən sürdüyü halda, bu düşüncələr artıq yerini konstruktiv mövqeyə verib və verməkdədir. Hesab edirəm ki, bu, daha yaxşıdır və daha əhəmiyyətlidir.
- Hakim partiyanın növbəti seçkilərdə irəli sürəcəyi namizədləri məsələsi ətrafında cəmiyyətdə müzakirələr getməkdədir. Hətta bu istiqamətdə “ağ siyahılar”, “qara siyahılar”, bir sözlə, “rəngli siyahılar” dərc olunmaqdadır. Bu baxımdan, sizin bu siyahılar məsələsinə, ümumiyyətlə, YAP-ın növbəti seçkilərdə irəli sürəcəyi namizədlər məsələsinə münasibətinizi bilmək  maraql olardı.
- Elə bunun özü seçkiyə olan marağın göstəricisidir. Elə buradan açıq-aydın görünür ki, Azərbaycanda seçkiyə maraq heç də az deyil və fikirlərin “YAP-ın namizədləri nə vaxt bəyan olunacaq?”, “YAP-ın namizədləri kimlərdən ibarət olacaq?” və sair üzərində cəmləşməsi onu göstərir ki, hakim partiya, onun apardığı siyasət, onun irəli sürəcəyi namizədlər bütövlükdə seçki mühitinə ciddi təsir edən məqamlardandır. Hər kəs bu siyahını və bu siyahıda kimlərin təmsil olunacağını bilmək istəyirsə, çox güman ki, öz planlarını da ona uyğun şəkildə qurmağa çalışır, çalışacaq. Bu da, təbiidir. Çünki YAP ən güclü partiyadır, onun namizədləri çox güclü, nüfuzlu, tanınmış insanlardır. Mən bu marağı da çox normal qiymətləndirirəm, amma həmin o “qara siyahılar”, “ağ siyahılar”, nə bilim başqa siyahılara gəlincə, bunlara o qədər ciddi yanaşmıram, bunlar kimlərinsə “məşğuliyyətidir”. Bu dövr ərzində kimlərsə siyahıların tərtib olunması, namizədlərin daha ciddi seçimi ilə məşğuldur, kimlərsə də hansısa “siyahılar” haqqında danışmaqla məşğuldurlar. Görünür, hər kəsin də öz işi var. Odur ki, mən bu məsələ ətrafında tapmacalara, “proqnozlara”, ehtimallara o qədər əhəmiyyət verməməyi və konkret olaraq seçkiyə start vaxtını gözləməyi məsləhət görürəm. YAP qanunun bütün hərfinə, vergülünə və nöqtəsinə əməl edən partiyadır, vaxtından əvvəl hansısa debatlar, diskussiyalar açmaqdansa, zamanında öz namizədlərini elan etməyi məqsədəuyğun bilir və elan edəcək.
- YAP budəfəki seçkilərdə yenə bəzi dairələri bitərəf olub, ancaq iqtidaryönlü mövqeyi ilə seçilənlərə, o cümlədən iqtidarın siyasətini dəstəkləyən bəzi partiya təmsilçilərinə güzəştə gedəcək, yoxsa bütün 125 dairədən ancaq öz üzvlərinin namizədliyini verəcək?
- Mən hər halda yenə də ümumilikdə namizədlərin irəli sürülməsi gününü gözləməyi tövsiyə edərdim. Tövsiyə edərdim ki, hansısa ehtimala söykənən bir fikir söyləməyək. Amma bu bir faktdır ki, YAP təkcə özünün irəli sürdüyü namizədlərə deyil, cəmiyyətdə çox böyük nüfuz sahibi olan insanlara, görkəmli ziyalılarımıza, bitərəf şəxslərə, yaxud hakim partiyaya uyğun mövqedə dayanan digər siyasi təşkilatların namizədlərinə də bəzi hallarda daha çox üstünlük verir. Çox güman ki, belə hallar indi də olacaq. Yenə də belə insanlar ortada olacaq. Bizim məqsədimiz Azərbaycan xalqının iradəsini ifadə etmək qabiliyyətinə, o cümlədən ciddi nüfuza malik və öz dairəsində ciddi səs ala biləcək insanların Milli Məclisdə gəlib əyləşməsidir. Bunlar bizim partiyanın üzvü ola da bilər, bəzi hallarda olmaya da bilər. Ona görə çox yəqin bu seçkilərdə də belə hallar olacaq.
- Necə hesab edirsiniz, hakim partiyanın dəstəyi ilə üçüncü çağırış parlamentdə təmsil olunmuş millət vəkillərinin hamısı, yaxud böyük əksəriyyəti budəfəki seçkilərdə də YAP-ın namizədlər siyahısına salına bilərmi? Uaxud, bu şəxslərin yenidən parlamentə düşmə sansı varmı?
- Mən bu haqda da indidən qəti bir fikir söyləyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, 125 dairədən də bizim dəstəklədiyimiz, müdafiə etdiyimiz şəxslər olacaq. Bunlar həm YAP-ın üzvləri, həm də bayaq yuxarıda qeyd etdiyim  kriteriyadan olan insanlar olacaqlar. Amma qərarı mən vermirəm ki, qərarı seçicilər verir. Yəni,  bizim dəstəklədiyimiz adamların indidən neçə faizinin seçiləcəyini söyləyə bilmərəm. Lakin yüz faiz onu söyləyə bilərəm ki, biz dəstəklədiyimiz insanların seçilməsi üçün lazım olan bütün hərəkətləri – seçki hərəkətlərini etməyə çalışacağıq, edəcəyik.
- Sonuncu bələdiyyə seçkilərində hakim partiya qadınlara və gənclərə xeyli üstünlük verdi. YAP bu praktikadan parlament seçkilərində də yararlanacaqmı?
- Təbii ki, hər bir partiyanın siyasətində ardıcıllıq, varislik olmalıdır. Amma, eyni zamanda, məqsəd mütləq qadınların çoxluğu və yaxud mütləq gənclərin çoxluğu məsələsi deyil, məqsəd deputatlığa namizədliyi irəli sürülən insanların o çərçivəyə uyğun gəlməsidir. Onun içərisində qadın da, gənc nəslin, o cümlədən orta və yaşlı nəslin nümayəndələri də ola bilər. Hər halda, biz müəyyən kriteriyaları nəzərə almışıqsa, bu dəfə də nəzərə alacağıq.

Alim




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : “Qara siyahılar”, “ağ siyahılar”- bunlar kimlərinsə “məşğuliyyətidir”
Yazılma Tarixi : 31.08.2010
Xəbər Etiketləri : “Qara siyahılar”, “ağ siyahılar”- bunlar kimlərinsə “məşğuliyyətidir”
Oxunma Sayı : 359
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
“Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
“Fransa Senatında qaldırılan məsələ yeni bir hadisə deyil”
Ermənistan Azərbaycanın hesabına ikinci erməni dövləti yaratmaq istəyir
Fransanın bütün imkanları tükənməyib
“Birlik olmazsa, tək Ümid Partiyası deyil, bütövlükdə müxalifət uduzacaq”
"Korrupsiyaya qarşı mübarizə dövlətin həyata keçirdiyi şüurlu siyasətdir"


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.