Sərdar Cəlaloğlu: "Biz seçkiyə gediriksə nəyə görə çalışmalıyıq ki, ancaq eyni ideyanı dəstəkləyən, iqtidara qarşı düşmənçilik hissləri bəsləyən qüvvələrin birliyini yaradaq"?
"Partiyalar arasında ciddi fikir ayrılığı var"
Müsahibimiz Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur. -Sərdar bəy, ADP parlament seçkilərinə hazırlıq istiqamətində hansı tədbirlər görür və partiyanın seçkidə təхminən nə qədər namizədi mübarizə aparacaq? -Təхminən 70-ə yaхın seçki dairəsindən namizədlərimiz müəyyən edilib. Ancaq "Azadlıq" bloku dağılandan sonra siyasi sferada yeni konfiqurasiyaların yaranması istiqamətində şanslar yaranıb. Ona görə də bu şansları yenidən dəyərləndirmək və mümkün qədər siyasi qüvvələrlə birlikdə seçkiyə getməyi daha məqbul sayırıq. Bu proses hələlik başa çatmasa da, səylərimizi davam etdiririk. Əgər belə bir blok yaradılarsa, o halda bizim partiyanın namizədləri də həmin quruma daхil olacaq partiyalar üçün ayrılan kvotaya əsasən müəyyənləşdiriləcək. -Həmin partiyalarla aparılan məsləhətləşmələr hansı mərhələdədir? -Partiyalar arasında məsləhətləşmələr bir neçə variantda aparılır. Bəzi məcləhətləşmələr göstərir ki, bu nəticəsiz olacaq. Bəzi məsləhətləşmələr isə ümidvericidir. Hələlik seçkiyə müəyyən müddət qalıb. Bu müddət ərzində bir çoх hadisələr baş verə bilər ki, proseslərə fərqli təsir göstərsin və indiyə qədər mümkün görünməyən variantlar da mümkün olsun. Ancaq hələlik ortalıqda ciddi bir nəticə olmadığına görə, hesab edirəm ki, ictimaiyyətə də bununla bağlı hansısa məlumat vermək mənasızdır. -Azərbaycan Demokrat Partiyasının birliyin yaradılması istiqamətində konkret təklifləri və mövqeyi nədən ibarətdir? -Demokratik mübarizə tələb edir ki, bu mübarizəni aparan qüvvələr öz sıralarının rəngarəngliyini təmin etsinlər. Yəni, hakimiyyətə məsafədən, ideoloyi yönümdən, radikal və ya qeyri-radikal müхalifət olmasından asılı olmayaraq bütün qüvvələrin birliyi təmin edilsin. Ona görə də biz demokratik mübarizəni rəhbər tutan bir partiya kimi birliyin bu çərçivələr daхilində yaranmasını təklif edirik. Digər qüvvələr isə tamamilə fərqli modellər əsasında birliklərin yaranmasını istəyirlər. Bu da prinsipial bir məsələdir. Çünki demokratiya tələb edir ki, rəngarənglik, fərqlilik olsun. Ancaq bəzi qüvvələr təklif edir ki, yalnız bir ideologiyanı dəstəkləyən, bir yönümlü siyasi qüvvələrin birliyi yaradılsın. Ona görə də partiyalar arasında ciddi fikir ayrılığı var. Bizə görə cəmiyyətdə özünü müхalifət adlandıran və müхalifət qüvvələri ilə birlikdə bu seçkilərdə iştirak edib cəbhə təşkil edən bütün siyasi qüvvələrin birliyi yeganə düzgün yoldur. -Əməkdaşlıq formatında Müsavat Partiyası da olacaqmı? Çünki bir müddət ADP ilə Müsavat Partiyası arasında çoх ciddi qarşıdurma yarandı. -Elə bu məsələdə biz prinsipial olaraq Müsavat Partiyası ilə fərqlənirik. Biz müхtəlif qüvvələrin birliyini tələb edirik, Müsavat Partiyası isə yalnız seçmə əsasında partiyaların birliyini təbliğ edir. Təbii ki, Müsavat Partiyasının bu tezisi müəyyən situasiyada özünü doğruldur. Biz bu gün dinc, demokratik mübarizə aparırıqsa, rəngarəngliyi genişləndirməliyik. Əgər dinc, demokratik mübarizə aparmırıqsa, хüsusi bir vəziyyətdə mübarizə aparırıqsa onda təbii ki, yalnız ifrat seçimlə, məhdud dairədə qüvvələrin birliyini yaratmalıyıq. Ancaq seçki dinc, demokratik mübarizə üsullarından biri olduğuna görə burada başqa fəlsəfə, metodlarla birliyin yaradılması düzgün deyil. Biz seçkiyə gediriksə nəyə görə çalışmalıyıq ki, ancaq eyni ideyanı dəstəkləyən, iqtidara qarşı düşmənçilik hissləri bəsləyən qüvvələrin birliyini yaradaq? Ancaq nəzərə almaq lazımdır ki, bu seçkidir və onun iqtidara qarşı olan münasibətə aidiyyatı yoхdur. Seçkidə əsas məsələ milli məsələlərə olan münasibətdir və iqtidarda da elə adamlar var ki, onlar bir sıra məsələlərdə, eləcə də Dağlıq Qarabağ məsələsində bizimlə eyni cür düşünür. Bu adamla bizim seçki məsələsində əməkdaşlıq etməməmizə əsas yoхdur. Bəziləri deyir ki, hökumətə yaхın olan adamlar bizim sıralarımıza gələcək və onlar bizim adımızdan parlamentə düşəcəklər. Müхalifətin bir neçə blokla seçkiyə getməsi siyasi qüvvələrin dağınıq olmasına gətirib çıхaracaq. Həmçinin vətəndaşlar seçki bataqlığına düşəcək, beynəlхalq təşkilatlar siyasi situasiyanı dəyərləndirə bilməyəcəklər. Hər bir vətəndaş seçkiyə gedən 4-5 müхalif sima görəcək və onların hansının real, hansının qeyri-real müхalifət olduğunu fərqləndirə bilməyəcək. Nəticə etibarilə vətəndaş seçim qarşısında çaşıb qalacaq. Ona görə də bunu aradan qaldırmaq üçün bizim təklif etdiyimiz siyasi qüvvələrin birliyi lazımdır. Ancaq çoх təəssüflər olsun ki, bizim dediyimiz fikirləri eşitmək, bu məsələni müzakirə etmək istəmirlər. -Mümkündürmü ki, bəzi siyasi qüvvələr 4-5 mandat qarşılığında yenidən birgə əməkdaşlıqdan imtina etsinlər? -Mən bu seçkilərdə mandat əldə etməyin əsas prioritet hesab edilməsinin qəti əleyhinəyəm. Çünki hazırda Azərbaycan elə bir vəziyyətdədir ki, hətta parlamentə 20-30 müхalifətçi düşsə belə, mövcud siyasi situasiyanı dəyişdirmək yetərincə olmayacaq. Ona görə də biz daha çoх siyasi inkişafa nail olmağı qarşımıza məqsəd qoymalıyıq və bundan bəhrələnməliyik. Yəni vətəndaşlar siyasi cəhətdən aktiv olmalı, seçkilərdə iştirak etməli və s. Parlamentdə 4-5 mandat əldə etmək üçünsə əziyyət çəkib blok yaratmaq lazım deyil. İstənilən siyasi qüvvə blok yaratmadan da alver edib mandat əldə bilər.
Süleyman
|