Təbriz stadionunda milli şüarlar səsləndirilib
İran çempionatında oynayan Təbrizin "Traktor" futbol klubu doğma meydanda "Ənzəli" klubunu 2:0 hesabı ilə məğlub edib. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a verilən məlumata görə, oyun zaman və oyundan əvvəl azarkeşlərin fəallığı müşahidə olunub. Əmniyyət qüvvələri öncə azarkeşləri stadiona buraxmaq istəməyib. Azarkeşlərlə polis arasında toqquşma baş verib. Həbs edilənlər var. Azarkeşlər stadionun ətrafında və tribunalarda "Türk dilində mədrəsə, olmalıdır hər kəsə!", "Azərbaycan yurdumuz, "Traktor" bozqurdumuz!" şüarlarını səsləndiriblər.
|