Bir nəfər yaralandı, digəri isə xəstəxanaya yerləşdirildi
Bakıda 3 nəfərin davası sonda qətllə nəticələnib. Suraxanı rayon prokurorluğundan "OLAYLARP"a verilən məlumata görə, rayon ərazisində 3 gənc arasında baş vermiş mübahisə sonda bıçaqlanma ilə nəticələnib. Rayon sakini, Məmmədəli Xalıqov 1990-cı il təvəllüdlü, İnqilab Məmmədov və 1988-ci il təvəllüdlü Əhməd Kərimovu bıçaqlayıb. Hadisə nəticəsində İnqilab Məmmədov aldığı xəsarətlərdən dünyasını dəyişib, digər yaralı isə xəstəxanaya yerləşdirilib. Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Məmmədəli Xalıqov tutulub. Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
|