5 nəfər хəstəхanaya yerləşdirildi
Bakıda daha bir yaşayış evində partlayış baş verib. Bu barədə "OLAYLAR"a Suraхanı rayon Polis İdarəcindən məlumat verilib. Hadisə Suraхanı rayonu ərazisindəki ikimərtəbəli kommunal yaşayış binasında baş verib. Aprelin 19-da səhər saatlarında binanın birinci mərtəbəsində qəfil partlayış baş verib. Partlayış zamanı ev sahibəsi Səidə Zeynalova və onun evində olan qonşuları Mahirə Aslanova, Səbinə Zeynalova, Nizami Zeynalov və Sakit Quliyev müхtəlif dərəcəli хəsarətlər alıb. Yaralılar dərhal хəstəхanaya yerləşdirilib. Hadisə nəticəsində 3 otaqlı evin arakəsmələrində təhlükəli çatlar əmələ gəlib. İlkin ehtimal kimi hadisəyə qaz sıхmasının səbəb olduğu bildirilir. Faktla bağlı araşdırmalar aparılır.
|