Azərbaycanda taxıl qıtlığı və bununla əlaqədar problemlərin yaranmaması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi taxıl idxalının əlavə dəyər vergisindən (18%) azad edilməsinə dair təkliflərini Nazirlər Kabinetinə təqdim edib.Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, hökumətə təqdim olunmuş təkliflərlə bağlı yaxın günlərdə müvafiq qərarın qəbul ediləcəyi gözlənilir.Nazirlikdən həmçinin əlavə ediblər ki, cari ildə Azərbaycanda taxıl əkilmiş sahələr 157 min ha az olub. Üstəlik 26 min ha taxıl sahəsi yaz aylarında sel sularının altında qalıb ki, bu da ümumilikdə istehsalın 400 min ton azalması deməkdir. Məhsuldarlığın azalmasında hava şəraiti ilə yanaşı buğdanın alış qiymətinin aşağı olması, əkin sahələrinə subsidiyaların verilməsində ləngimələr, pas xəstəliyi də rol oynayıb. Xatırladaq ki, 2008-ci ilin may ayında Azərbaycan hökuməti taxıl idxalını 1 il müddətinə ƏDV-dən azad etmişdir. APA
|