Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Bakı İstintaq Təcridxanasında


"Starşina Elxan" məhbusları döyməkdən şikəst edib

Bakıda yeni istifadəyə verilən Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərə amansız işgəncələr olur. Bu barədə "OLAYLAR"a təcridxanada saxlanılan məhbuslar məktub göndərib. Məktubda bildirilir ki, təcridxanada təqsirləndirilən şəxs qismində saxlanılan şəxslərlə amansız davranırlar: "Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərə qarşı xüsusi işgəncələr verilir. Saxlanılan şəxslər rezin kameralara salınır, onlara qarşı amansız münasibət bəsləyirlər. Nəzarətçilər burada saxlanılan şəxslərə heyvani münasibət bəsləyirlər. Narazılıq edənlərə qarşı isə daha amansız olurlar. Təqsirləndirilən şəxsləri "cərimə kameraları" kimi tanınan rezin kameralarda paltarsız saxlayırlar. Təqsirləndirilən şəxsləri heç bir əsas olmadan döyür, incidir, onlara xəsarət yetirirlər". Məktubda həmçinin konkret faktlar da göstərilib. Müraciətdə bildirilir ki, bir müddət əvvəl bir təqsirləndirilən şəxs xüsusi amansızlıqla döyülərək şikəst edilib: "Məsələn, təcridxanaya martın 1-də Lənkərandan Aslan Zeynalov adlı təqsirləndirilən şəxs gətirilib. Həmin məhbus təcridxanaya gətirilən kimi nəzarətçilər tərəfindən döyülməyə başladı. Təqsirləndirildən şəxs kameraya gətirilən kimi döyüldü. Təcridxananın nəzarətçisi "Starşina Elxan" kimi tanınan Elxan Əzizov Aslan Zeynalovu rezin kamerada 4 gün ac saxladı. Daha sonra onu Elxan Əzizov bir gün axşama qədər döydü. Nəticədə təqsirləndirilən şəxsin ayaqları sındı. Ondan sonra isə Elxan Əzizov təqsirləndirilən şəxsin guya yıxılaraq xəsarət aldığını deyib və həkimlər də təqsirləndirilən şəxsi bu adla müalicə ediblər. Hörmətli media nümayəndələri, xahiş edirik, təcridxanadakı bu özbaşınalığın ictimailəşdirilməsində bizə yardım edəsiniz".
Müraciət sahibləri bildirirlər ki, təcridxanada baş verən bu qanunsuzluqdan müəssisə rəhbəri xəbərsizdir. Bu barədə məlumatlar nəzarətçilər tərəfindən gizlədilir və təcridxana rəhbərinin məlumatlandırılmasına mane olurlar: "Təcridxananın rəhbəri Elxan Sadıqov bu məsələdən xəbərsizdir. Ona bu barədə məlumat verməyə imkan vermirlər. Saxlanılan şəxslərə hədə-qorxu gəlinir ki, bu işgəncələr barədə rəisə məlumat verilməsin. Təqsirləndirilən şəxslər də qorxusundan rəisə bu barədə məlumat vermirlər".




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Bakı İstintaq Təcridxanasında
Yazılma Tarixi : 12.03.2010
Xəbər Etiketləri : Bakı İstintaq Təcridxanasında
Oxunma Sayı : 573
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Vergilər Nazirliyi hüquqi şəxslərin elektron qeydiyyatına başladı
Bələdiyyələr öz səlahiyyətlərini müdafiə etmirlər
Küçələrə atılan uşaqlar qanunsuz nikahdan doğulanlardır
Vətən yolunda canını verənlərin haqqı yeyilir
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
Nərimanov rayonunda Gənclər Günü qeyd edilib


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.