Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Təhsil işçilərinin sentyabr konfransına start verilib


 

Misir Mərdanov: “Bizə kəmiyyət yox, keyfiyyət təhsili lazımdır”

Həftə sonu Gülüstan sarayında təhsil işçilərinin respublika konfransı keçirilib. Son illər təhsil sahəsində əldə edilən uğurları özündə əks etdirən videoçarxın nümayişi ilə başlanan konfransda çıxış edən təhsil naziri Misir Mərdanov 2009-cu və 2010-cu illər ərzində rəhbərlik etdiyi sahədə görülən işlər, əldə edilən nailiyyətlər və mövcud problemlər barədə məruzə ilə çıxış edib. Nazir bildirib ki, təhsil sahəsinin inkişaf etdirilməsi daim dövlətin diqqətindədir və bu diqqət-qayğı ildən-ilə artır. Misir Mərdanov son illər ərzində prezident tərəfindən təhsil sahəsinə aid olan fərman və sərəncamların imzalanması, yeni məktəb binalarının tikintisi, eləcə də təmirə ehtiyacı olan təhsil müəssisələrinin əsaslı şəkildə təmir edilməsini buna əyani sübut kimi göstərib. Onun sözlərinə görə, indi yeni məktəb binaları təkcə ölkəmizdə deyil, eləcə də Azərbaycandan kənarda da tikilib istifadəyə verilir. Misir Mərdanov bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib. Bildirib ki, bu günlərdə Rusiyanın Ulyenovski vilayətində Heydər Əliyev Fondunun dəstəyi ilə yeni məktəb binası tikilib istifadəyə verilib. Bundan başqa fond Gürcüstan ərazisində də yeni məktəb binalarının tikintisi layihəsini həyata keçirir. Misir Mərdanov mövcud problemlər barədə danışıb. Nazir qeyd edib ki, hazırda 1173 uşaq bağçasının təmirə ehtiyacı var. Onun sözlərinə görə, hazırda ölkə üzrə 3532 yaşayış məntəqəsi var ki, onların 75 faizində isə ümumiyyətlə bağça yoxdur. Ən ciddi problemlərdən biri isə bağçada verilən yeməklərlə bağlıdır. Bu il ölkədə 49 yeni məktəb binasının tikildiyini deyən nazir bununla yanaşı 10 məktəb binası üçün əlavə korpusun inşa olunduğunu, 356 məktəbdə əsaslı təmir işlərinin həyata keçirildiyini vurğulayıb. Eyni zamanda 25 yeni məktəb binasının tikintisinə başlanıb ki, həmin məktəb binalarının tikintisi növbəti ildə də davam etdiriləcək. Azərbaycanla yanaşı Gürcüstanda da soydaşlarımızın təhsil aldığı 3 məktəb binası əsaslı təmir edilib. Bütün bunların nəticəsidir ki, hazırda ölkə üzrə şagirdlərin 80 faizi yaxşı təmir olunmuş məktəblərdə təhsil alır. Bununla yanaşı hələ də respublika üzrə 262 məktəb binası qəzalı vəziyyətdədir və həmin məktəb binalarının da yaxın gələcəkdə əsaslı şəkildə təmiri və ya yeni məktəb binalarının tikintisi nəzərdə tutulub. Misir Mərdanov paytaxt Bakıda da təmirə ehtiyacı olan mıəktəb binalarının olduğunu söyləyib. Bildirib ki, paytaxtda 141 məktəbin təmirə ehtiyacı var. Təhsil naziri ən ciddi problemlərdən birinin də məktəb şəbəkəsinin irrosionallaşdırılması işinin olduğunu deyib. Misir Mərdanovun sözlərinə görə, hazırda ölkə üzrə 38 məktəb var ki, həmin məktəblərdə şagirdlərin sayı 50 nəfərə yaxındır. Hətta şagird sayı 9 nəfər olan məktəblər də var. Texniki-peşə təhsilinə də diqqət artmaqdadır. Məhz bütün bunların nəticəsində peşə təhsili müəssisələri əsaslı təmir edilir, yeni təhsil müəssisələri inşa olunur. Bir neçə təhsil müəssisəsinin akkreditasiyadan keçdiyini deyən Misir Mərdanov bu mıəqsədlə Təhsil Nazirliyinin nəzdində Akkreditasiya Şöbəsinin yaradıldığını vurğulayıb. Bu işin təhsilin keyfiyyətinə xidmət etdiyini söyləyən Misir Mərdanov deyib ki, bizə kəmiyyət yox, keyfiyyət təhsili lazımdır. Hazırda Azırbaycanın ali təhsil müəssisələrində 7 min əcnəbi tələbənini təhsil aldığını diqqətə çatdıran nazir təhsil sənədinin tanınmasının da ciddi problemlərdən biri olduğunu söyləyib və bu sahədə bir sıra problemlərlə rastlaşdıqlarını vurğulayıb. Çixişinin sonunda son illər ərzində ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentlərin əldə etdiyi nailiyyətlər toxunan nazir bu istiqamətdə müsbət tendensiyanın müşahidə edildiyini deyib. Bildirib ki, 2003-cü ildən bu günə qədər 0-100 bal arası nəticə gösətərn abituriyentlərin sayı xeyli azalıb, bunun qarşlığında isə yüksək nəticələrlə ali təhsil ocaqlarına qəbul olunan abituriyentlərin sayında artım qeydə alınıb. Misir Mərdanov bunu təhsilin keyfiyyəti ilə əlaqələndirib. Daha sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə çıxış edib. Komissiya sədri rəhbərlik etdiyi qurumun son illər ərzində gördüyü işlər, qəbul prosesində tətbiq edilən yeniliklər, əldə edilən nəticələr barədə konfrans iştirakçılarını məlumatlandırıb. Məleykə Abbaszadə də son illər yüksək bal toplayaraq ali təhsil ocaqlarına qəbul edilən abituriyentlərin sayında artım müşahidə edildiyini diqqətə çatdırıb. Konfransda çıxış edən ali təhsil ocaqlarının rəhbərləri də təhsil sahəsində əldə edilən nailiyyətlər, rəhbərlik etdikləri təhsil müəssisələrində tətbiq edilən yeniliklər, eləcə də təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumat veriblər.


Süleyman




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Təhsil işçilərinin sentyabr konfransına start verilib
Yazılma Tarixi : 06.09.2010
Xəbər Etiketləri : Təhsil işçilərinin sentyabr konfransına start verilib
Oxunma Sayı : 311
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Vergilər Nazirliyi hüquqi şəxslərin elektron qeydiyyatına başladı
Bələdiyyələr öz səlahiyyətlərini müdafiə etmirlər
Küçələrə atılan uşaqlar qanunsuz nikahdan doğulanlardır
Vətən yolunda canını verənlərin haqqı yeyilir
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
Nərimanov rayonunda Gənclər Günü qeyd edilib


Son xəbərlər
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
 
  Dövlət orqanları bələdiyyələrin sənədlərini qəbul etmir
 
 
  Türkiyə Baş Qərargahının rəisi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
 
 
  Həbs yerlərində saxlanılanların hüquqlarının qorunması ilə bağlı qanun layihəsi müzakirə olunub
 
 
  Azərbaycanın 3 şəhəri xalq yaradıcılığı paytaxtı seçilib
 
 
  Kür çayı da dondu
 
 
  Sumqayıtın sabiq hərbi komissarının məhkəməsi başlayır
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.