Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Teyyublu ilə bağlı sual verməyin


Qəzetdən Azadlıq Partiyasının lideri Əhməd Oruca telefon açırlar.
- Əhməd bəy, Xəzərlə bağlı sual vermək istəyirik. İranın Xəzərin bölgüsündə tutduğu mövqe sizcə, yumşalacaqmığ
Mövzudan bir şey anlamayan Əhməd Oruc sualdan diplomatik tərzdə yayınır:
- Mənə Xəzərlə bağlı sual verməyin. Əlində qəzeti var, mənə qarşı qara piara başlayacaq.


Vahid Kaçinski

Bu şəkildəki kimdirğ Vahid Qazi, yoxsa Polşa prezidentliyinə namizəd Yaroslav Kaçinskiğ


Aydınlıq

Son nömrəmizdə Milli Dirçəliş Hərəkatı Siyasi Partiyasının lideri Fərəc Ulusoyla bağlı yazıda getmiş cümlə anlaşılmazlıq yaradıb. Bəziləri elə başa düşüb ki, "90-cı illərdə Fərəcin xəstələri çox idi" cümləsində söhbət Fərəcin azarkeşlərindən, fanatlarından gedir. Belə deyil. Məsələ burasındadır ki, o vaxt Fərəc kənddə feldşer idi, çoxları xəstələri vardı.


Siyasi reklam və şüarlar

"İynə"nin "İmic" Piar Mərkəzi seçkilərə qatılmaq istəyən maddi cəhətdən imkansız partiya sədrləri və funksionerləri üçün reklamlar hazırlayır. Hazır mətnlərdən bir neçəsini təqdim edirik.
- İranı dağıtmağa Qadir lider!
- Qadirə səs verin, iqtidar olsun!
- Zəfərə Qadir lider!
           (Qadir İbrahimli üçün yazılıb)
- Sandıq başına gələndə...Qorxmaz olun!
- Qorxmaz adam, cəsarətli lider!
           (Qorxmaz İbrahimli üçün yazılıb)


Gəzəyən Merkel

QAT-ın Qarabağla bağlı keçirdiyi tədbirlərin birində Tərəqqi Partiyasının sədri ağızdan pərto Çingiz Dəmiroğlu Qərb dövlətlərinin ünvanına kəskin danışır, onların liderlərini yıxıb sürüyür:
- Götürək Angela Merkeli. Gəzəyən arvadın biridir!
Bu yerdə Almaniya səfirliyinin nümayəndəsi Çingizin böyrünü dürtmələyir:
- Çingiz müəllim, belə olmaz! Bu sözlər Almaniya dövlətinə qarşı həqarətdir. Təkzib etməsəniz, məhkəmyə verəcəyik. "Gəzəyən arvad" nədirğ
Qorxuya düşən Çingiz cəld dillənir:
- Ə, gündə bir yerə səfər edir, Parisdən vurub Londondan çıxır də, ona görə deyirəm. Sən niyə pis başa düşürsən. 


Siyasi qarğış və alqışlar

- Başına Rəhim Hüseynov boyda daş düşsün!
- Basabasda, Elçin Behbudovun altında qalasan!
- Teledebatda Hafiz Hacıyevə rəqib olasan!
- Ariz Abduəliyev kimi urvatsız ediləsən, partiyadan qovulasan.


Qayınana nəsihəti

Postmodernist yazar Elnur Astanbəyli həmkrı Sevinc Pərvanəgilə qonaq gedir. Tərslikdən Sevincin qayınanası da həmin gün evdə olur. Elnur yemək-zad yeyir, arağını hörtdədib qalxır. Gedəndən sonra qayınana səhərdən boş-boş danışıb zəhlətökən qonağın qarasına deyinir:
- Ay qızım, bunu bir dəfə içəri alma.
- Niyə ay xalağ Axı biz həmkarıq.
- Nə olsun həmkarsınızğ Bədheybət burnu var, uşaqların da xırdadır, baxıb qorxarlar.


"Samir Bağırovu da çağıryadın"

Özlə televiziyalardan birinin milli ailə, ailə bütövlüyü ilə bağlı verilişinin aparıcısı Aqil Abbasa telefon açır:
- Aqil müəllim, mövzu "Boşanmalar niyə artır və ailəni necə qorumalı" olacaq. Qonaqlarımız Məleykə Əsədova, Mətanət İsgəndərli və Nüşabə Ələsgərlidir.
Aqil məzələnir:
- Sən elə kişi yerinə də Samir Bağırovu çağıraydın, qurtarıb gedəydi də. Məni neynirsənğ


Xaliq Bahadıra qəmbər atdılar

AXCP Rəyasət Heyətinin üzvü, modernist yazar Xaliq Bahadır yolla gedirmiş. Katolik kilsəsinin qarşısından keçəndə naməlum şəxs Xaliqə balaca çay daşı atır. Daş Xaliqin bütün günü "Müsavatı, İsa Qəmbəri necə bitirməli" üzərində düşünənə başına dəyir. Xaliq daşı əlinə götürüb Əli Kərimlinin yanına gəlir və əhvalatı danışır və suçlunu üzə çıxarır:
- Məncə, bunu Müsavat təşkil edib.
Əli təəccüblə:
- Nədən elə düşünürsənğ
Xaliq ciddi görkəmdə:
- Katolik kilsəsinin qarağı-İsa, çay daşı-Qəmbər. Əlavə sübuta ehtiyac varğ Mənə mesaj verdilər.


Ağız ədəbiyyatı

Siyasətçilər, deputatlar və digər tanınmış şəxslər haqqında yaranmış şifahi xalq ədəbiyyatı nümunələri.

Mən aşiqəm Ucara
Balakənə, Ucara.
Loğmanlar aciz qalıb
Dərdinə yoxdu çara.
      (Dəli Jirinovski barədə yaranıb)
Əzizim Kəlbəcərə
Laçına, Kəlbəcərə.
Söz verib ki gələn il
Gedəcək türkə ərə.
       (Kandaliza Rays barədə yaranıb)


Noxud falı

Müsavat- Sərdar Cəlaloğlu ilə atı daşlığa sürməyin. Noxudlar ADP-yə qarşı qara piarın dayandırılmasını tövsüyyə edir. Əks halda Müsavatdakı sabiq ADP-çilər hərəkət keçəcək. Sülhəddin Əkbərə nəzarəti artırın. ADP-nin qurucularından biri olub.
KXCP-Ali Məclis sədliyi uğrunda savaş başlanıb. Firqədən gələn xəbərlərə görə, Xəzər Teyyublu Bəybala Əbili bu posta buraxmaq istəmir. Onun AM-ə sədr olmaq üçün gəncləri, rayon şöbələrini səfərbərliyə aldığı barədə xəbərlər var.


Yeni əsərlər

- Gənc yazar Turxan Qarışqadan təsirlənən Orxan Cırcırama yeni povest üzərində işləyir. Orxanın povesti kənd həyatından bəhs edir. "Pambıq tarlasında eşq" hekayəsi yuxarı yaşlı gənclər üçün nəzərdə tutulub.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Teyyublu ilə bağlı sual verməyin
Yazılma Tarixi : 23.06.2010
Xəbər Etiketləri : Teyyublu ilə bağlı sual verməyin
Oxunma Sayı : 436
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
"İynə"
“İynə”
"İynə"
"İynə"
“İynə”
“İynə”


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.