Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Fırıldaqçı tikinti şirkətləri ev tikir, yoxsa ev dağıdır?


Minlərlə insanı aldadıb küçələrə atan dələduzlara qarşı niyə tədbir görülmür? 

Bakıda tikinti şirkətləri adı altında vətəndaşları aldatmaq, milyonlarla pul mənimsəyib aradan çıxmaq faktları gün-gündən artır. Artıq bir neçə ildir ki, paytaxt Bakıda yüzlərlə, bəlkə də minlərlə ailə bu cür fırıldaqçıların qurbanına çevrilir. Aidiyyəti qurumlar isə hələ ki susur. Necə deyərlər, bıçaq sümüyə dirənəndən sonra vətəndaşlar etiraz aksiyalarına başlayandan sonra məsələ araşdırılır, hüquq-mühafizə orqanları şirkət rəhbərini həbs edir, dəllallar cəzalandırılır. Amma bununla iş bitmir. Bir neçə nəfərin həbs olunması minlərlə insanın hüququnun bərpası, problemin həlli demək deyil. Həbslər nə dəymiş ziyanın ödənilməsinə kömək edir, nə də zərərçəkmişlərin mənzillə təminatına. Sadəcə həbs edilən bir neçə nəfər cəza çəkməklə iş bitir. 


Bir evin 3-4 sahibi

 Tikinti şirkətləri adı ilə Bakıda vətəndaşları aldadan fırıldaqçılar əsasən bir mənzili bir neçə nəfərə satmaq metodunu seçib. Belə ki, müəyyən yollarla özlərini reklam edən həmin şirkətlər vətəndaşları Bakının mərkəzi hissələrində, əlverişlı yerlərdə mənzillə təmin edəcəyini bildirməklə onlardan külli miqdarda pul alır və sonda da aldadır. Artıq bu proses dəfələrlə təkrarlanıb ki, tikinti şirkətləri ilə razılaşan və onlara külli miqdarda məbləğ ödəyən sakin sonradan eyni mənzilin ondan başqa daha bir və ya bir neçə nəfərə satıldığından xəbər tutur. Vətəndaş elə bir vaxtda xəbər tutur ki, o da artıq gec olur. Bina tikilir, başa çatır, mənzil üstündə vətəndaşlar bir-birini qırır. Onda da nə şirkət rəhbəri tapırsan, nə də səsinə səs verən. Bu dələduzluğun qarşısı da ki hələlik alınmır. Vətəndaşların külli miqdarda pulunu mənimsəyən qalır kənarda, bir mənzili alan 2-3 ailə bir-biri ilə düşmən olur. Çünki, həmin ailələrin hamısının əlində eyni mənzilin sənədləri var. Şirkətin möhürü ilə vətəndaşlara verilən, heç bir yerdə qeydiyyatdan keçməyən bu kağız parçasında yazılanlar vətəndaşları üz-üzə qoyur. Şirkət rəhbəri də mənzillərin pulunu 3-4 dəfə artıq çıxarandan sonra aradan çıxır və bir müddət gözə görünmür. 

Tikintidə dələduzluğun təməlini qoyan “G.E.N”MMC

Bakıda bu cür tikinti şirkətləri gün-gündən artmaqdadır. Proses təxminən 3 il öncə başlanıb. “G.E.N.”MMC şirkətinin Bakı sakinlərinin başına gətirdiyi müsibətdən yəqin ki hamının xəbəri oldu. Şirkət rəhbəri yüzlərlə insanı aldadıb şəhərin mərkəzində “su qiymətinə” ev verəcəyini vəd edib camaatın olan-olmaz pulunu əlindən almışdı və sonda məlum oldu ki şirkət nə ev tikib, nə də özü ortalığa çıxıb. Təxminən iki-üç ay sakinlər etiraz aksiyası keçirəndən sonra şirkətin rəhbəri və onunla birlikdə qurumun bir neçə üzvü həbs olundu, vəssalam. Bununla da hər şey bitdi. Şirkət rəhbəri və digərləri həbs olundu, pullar da batdı. İstintaq araşdırması zamanı məlum oldu ki, “G.E.N”MMC şirkəti ümumilikdə vətəndaşlara 12 milyon manatdan artıq maddi ziyan vurub. Bu hələ maddi ziyan idi. Məsələnin mənəvi ziyan məsələsi isə hələ araşdırılmır. Çünki, bu ziyanı ödəmək mümkün deyil. “G.E.N”MMC-nin rəhbərinin bu fırıldağı onlarla ailəni dağıtdı, bir neçə nəfər hətta əsəbdən, infarktdan dünyasını da dəyişdi. Bəzi qadınlar hətta həyat yoldaşlarından xəbərsiz banklardan külli miqdarda pul götürüb şirkət rəhbərinə vermişdi ki, bu imkanı əldən verməsinlər. Yəni, şəhərin kənar hissələrində satılan evlərin qiymətindən ucuz qiymətə paytaxtın mərkəzi hissəsində mənzil almaq şansı düzgün olsaydı, bu həqiqətən də şans idi. Amma bu biçarələr bilmirdiklər ki, hansısa bir fırıldaqçı əslində onları tora salıb pul mənimsəmək istəyir. Onlarla ailə hazır mənzilini satıb “G.E.N”MMC-yə vermişdi ki, şəhərin mərkəzində ev alsınlar. İki illərlə kirayələrdə sürünüb, min bir əzaba dözən bu ailələr sonda küçədə qalmalı oldular. Neysə, bu yolla, minlərlə insanı aldadıb küçədə saxlayan, kirayələrə sürükləyən “G.E.N”MMC şirkətinin rəhbərinin fırıldağının üstü açıldı. Məlum oldu ki, bu şəxs və onun ətrafındakılar vətəndaşları aldatmaqla külli miqdarda pul mənimsəyib dələduzluq edib. 12 milyon manatı yığıb axırda da aradan çıxmaq istəyən bu dələduzlar nəhayət ki yaxalandı. Amma nə faydası, yenə zərərçəkmişlər zərərçəkmiş kimi qaldılar. Bu hadisədən bir neçə ay sonra məlum oldu ki, bu cür fırıldaqla məşğul olan təkcə “G.E.N”MMC deyil. Bakıda bu şirkətdən də “fəal” adamlar varmış. Söhbət “Muray”MMC-dən gedir. Bu şirkət də millətə hay salmışdı ki, bəs əlverişli kreditlə mənzillər satılır. 500 nəfəri “G.E.N”MMC aldatmışdısa, min nəfəri də “Muray” tora saldı. Bir də məlum oldu ki, bu şirkət də vətəndaşları aldadıb külli miqdarda pul yığıb. Bu şirkət o birindən fərqli olaraq bir neçə mənzil inşa etmişdi. Amma hər mənzili 5-6 adama satmışdı. Bir neçə ay da bu şirkətlə bağlı qalmaqal düşdü və sonda da bu söhbət də yatdı. Bu işdə də aldadılan sakinlərin pulu, dəymiş ziyan yaddan çıxdı. İş orasındadır ki, “Muray” şirkətinin bu dələduzluğu ilə bağlı heç kim saxlanılmadı, həbs edilmədi. Bir-iki ay davam edəndən sonra söhbət necə yatırıldı, heç kimin xəbəri olmadı. 

Fırıldaqçı şirkətlər vətəndaşları aldatmaqda rəqabətə girib

  Daha bir fakt. Bu fakt isə Bakı şəhəri, Xətai rayonu Rahib Məmmədov küçəsində yerləşən “Birlik “ inşaat şirkəti ilə bağlı oldu. Şirkət vətəndaşlardan külli miqdarda pul yığıb onlara mənzillər veriləcəyini bəyan edib və bina tikintisinə başlayıb. Sonradan sakinlərdən biri bu şirkətin də fırıldağının üstünü açıb və aləm qarışıb. Məlum olub ki, şirkət binada yerləşən bir mənzili bir neçə nəfərə satıb. Həmin sakinlərin əlində şirkətlə bağladıqları müqavilə var və müqavilələr eyni mənzilə aiddir. İndi sakinlər şirkət rəhbərini axtarır ki, problemi həll eləsin, şirkət rəhbəri isə sürücüsündən başqa əraziyə heç kimi göndərmir. Sakinlər də gah sürücünü söyüb-döyür, gah da onu ərazidən qovur. 
Vətəndaşları aldadan şirkətlərdən biri də paytaxtın Yeni Yasamal qəsəbəsində bina inşa edən “Kamran-Əziz” MMC-dir. Bu şirkət də tikdiyi binalardan birinin 11-ci mərtəbəsində iki otaqlı mənzili iki ailəyə eyni qiymətə satıb. Sonradan məlum olub ki, şirkət yüzlərlə vətəndaşa qarşı bu cür fırıldaq edib və onların pulunu mənimsəyib. İndi sakinlər həmin şirkətin də rəhbərliyini tapa bilmir. Şirkət rəhbəri min bir bəhanə ilə vətəndaşlarla görüşməkdən yayınır. 
Hazırda daha bir neçə şirkət-“Kamran”MMC, “Şaiq”MMC, “Orxan”MMC şirkətlərinin fırıldaqları ortaya çıxıb. Bu şirkətlər də eyni üsulla vətəndaşları aldadıb, pul yığıb, mənzil verməyib. Ya da ki bir mənzili bir neçə şəxsə satıb ki, millət bir-birini qırsın mülk üstə. “Kamran”MMC-dən 4 nəfər, “Şaiq”MTK-dan isə 1 nəfər hələlik həbs edilib. Bir neçə gün öncə məlumat yayıldı ki, guya “Kamran”MMCnin həbs edilən 4 əməkdaşı artıq istintaqdan azadlığa burxılıb. Amma yanvarın 25-də Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, məlumat əsassızdır və həmin şəxslər həbsdədir və faktla bağlı araşdırmalar davam edir. 
Məsələ ondadır ki, bir neçə nəfər həbs edilsə də, zərərçəkmişlərə dəymiş ziyan ödənilmir. Şikayətçilər deyirlər ki, onlar dələduzların həbsdə olmasından heç bir qazanc əldə edə bilmirlər. Yəni, onların həbs olunmasındansa azadlıqda nəzarət altda saxlanılması lazımdır. Ən azından ona görə ki, azadlıqda olacağı halda sahibkardan zərərçəkmişlər haqlarını tələb edə biləcəklər. Amma həbsxanada ondan kim pul tələb edəcək, heç kim. 

Vergidən yayınan şirkətlərə necə etibar etmək olar?

Maraqlıdır, görəsən bu cür halların qarşısı nə vaxt alınacaq? Əzab-əziyyətlə qazandığı pulu toplayıb özünə mənzil almaq istəyən yüzlərlə vətəndaş sonda bu cür fırıldaqçılara rast gəlir və həm mənzilsiz qalır, həm də pulsuz. Nəticədə də sakin heç bir yerə müraciət edə bilmir. Birincisi ona görə ki, ona veriləcək mənzil barədə əlində hər hansısa bir order olmur. Ona görə də sadəcə kağız parçası ilə vətəndaş heç kimə sübut edə bilmir ki, onun mənzili əlindən alınıb və ya aldadılıb. İkincisi, həmin vətəndaş şirkətə rəsmi sənədlə pul ödəmir və hissə-hissə ödənilən məbləğ heç bir rəsmi sənəddə əks olunmur. 30,40, 50 min, hətta bəzi hallarda 100-150 min manata qədər pul ödəyən vətəndaş bu pulu şirkətə notariat qaydada vermədiyindən məhkəmə çəkişməsində də onu sübuta yetirə bilmir. Nəticədə aldadılan vətəndaş verdiyi pulun sənədləşdirilən məbləğini, yəni ən yaxşı halda üçdə birini məhkəmə qaydasında sahibkardan min bir zülmlə ala biləndə sevinir. Ona görə ki, fırıldaqçı şirkətlə ilk ğncə vergidən yayınmaq üçün vətəndaşla ev alqı-satqı müqaviləsi bağlayarkən evin məbləğini mümkün qədər rəsmiyyətdən gizlədir. 100 min manatlıq mənzil satan şirkət rəhbəri həmin məbləğin 20-25 min manatını əvvəlcədən alır və həmin məbləği rəsmiləşdirir. Qalan məbləğ uzunmüddətli və ya qısamüddətli kreditlə olanda bu məbləğ yalnız adı kağızda rəsmiləşdirilir və alıcıya qeydiyyatsız qəbz təqdim edilir. Bu da sonda mübahisə doğuran problemə çevrilir. Sonda alıcı ödədiyi 100 min manatdan 20-25 min manatını sübuta yetirə bilir və qalan məbləğ nəzərə alınmır. 

Samir





 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Fırıldaqçı tikinti şirkətləri ev tikir, yoxsa ev dağıdır?
Yazılma Tarixi : 27.01.2012
Xəbər Etiketləri : Fırıldaqçı tikinti şirkətləri ev tikir, yoxsa ev dağıdır?
Oxunma Sayı : 284
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Azərbaycan mətbuatında uşaqların özəl həyatı ilə bağlı şəxsi məlumatların verilməsinə qadağa təklif edilib
Qonşu qonşu olsa...
Narkomaniya xəstəlik, asılılıq, yoxsa...
İcra başçısının Sumqayıt sahibkarlarını müflisetmə üsulu
Türkiyə, yoxsa Azərbaycan türkcəsi?
Missiyaları nədir?


Son xəbərlər
 
  Meşkinli hərəkatçılar həbs edilib
 
 
  “Uşaqlar və müharibə”
 
 
  Qonaqlar vizaları hava limanında alacaq
 
 
  Filip Kirkorov plagiatda ittiham olunur
 
 
  Teves rəsmən üzr istədi
 
 
  Çempionlar Liqası: Joze Mourinyo və tələbəsi qonaqlıqda
 
 
  Xəzərdə azərbaycanlı balıqçılar itkin düşüb
 
 
  TBMM Komissiyasından Xocalı faciəsi ilə bağlı bəyanat
 
 
  “Birlik” MMC-nin fırıldağı üzə çıxıb
 
 
  Bakıda qanunsuz ovun qarşısı alınıb
 
 
  Xeyli miqdarda saxta sement aşkarlandı
 
 
  Magistr namizədləri “buraxılış vərəqəsi”ni fevralın 29-dan ala biləcəklər
 
 
  В Австралии обнаружен розовый алмаз в 12,76 каратов
 
 
  Минобразования предлагает предоставить педагогам статус госслужащих
 
 
  Вышла в свет новая книга Юнуса Огуза
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.