Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

"Dünya bilir ki, gözəl musiqi Azərbaycandan gəlir"


Tomas Qoldz: "Erməni ha oxusun, çalsın, nə fərqi?"

Azərbaycana tələbələri ilə səfər edən amerikalı professor, "Montanada muğam" filminin təşəbbüskarı Tomaz Qoldzla söhbət etdik. Əslində ilk baxışdan bizə bu insan çox maraqlı gəldi. Hər bir halda erməni lobbisinin yetərincə güclü olduğu bir ölkədə Azərbaycan muğamı haqqında film çəkənə ilk baxışdan rəğbət bəsləyirsən. Biz adətən ABŞ-da musiqi şirkətlərinin Azərbaycan mahnılarını erməni mahnısı kimi buraxmalarına, radiokanallarında mahnılarımızın erməni musiqisi kimi təqdim olunlarına adət etmişik. Elə bütün bunlara görə də şəxsən tanımadığımız Tomas bəyə içimizdən təşəkkür etmək gəlirdi. Doğurdan da, indiki zamanda belə bir insanın olması nadir tapıntı kimi görünürdü. Bu səbəbdən onunla Azərbaycan muğamı, mədəniyyəti barədə danışmaq istədik. Ən azından 1992-ci ildən bəri Azərbaycana gəlib-gedir və məmurların bir çoxu ilə də dostlaşıb. Amma Tomas bizi görərkən ilk olaraq əsəbi halda xəbərdarlıq etdi ki, əgər Xocalı faciəsi haqqında danışmağa gəlmisinizsə danışmayacam: "Mən Azərbaycan mətbuatına müsahibə vermirəm. Çünki Xocalıdan savayı bir şey haqqında danışmırlar. Sanki sizin Xocalı faciənizdən başqa bir şeyiniz yoxdu". Onun bir xeyli acı sözlərini dinlədikdən sonra hardasa bu professoru anladım. O, ABŞ kimi bir ölkədə doğulub. Ölkəsinin işğal olmasının, insanlarının tikə-tikə doğranmasının nə olduğunu bilmir. Əlbəttə , o da bizim kimi müharibə xofu ilə böyüməyib. O bizim dərdimizi bilsəydi, əlbətdəki bizi anlayardı. Həm də onun nə vecinə bizim Qarabağımız, Xocalımız və öldürülən insanlarımız. O sadəcə öz işini görür, vəssalam. Elə buna görə də, əsasən layihəsindən danışdı. Daha sonra isə Tomas ilk dəfə yeni iddia ilə çıxış etdi.   
- Bu layihədə 10 Amerika, 3 türk və Azərbaycan tələbələri iştirak edir. Layihə Azərbaycan daxili həyata keçirildi. Tərəfdaşımız Montana dövlət universiteti, Azərbaycan təərfindən isə Dipomatik Akademiyadı. Rəsmi olaraq isə bizim tərəfdaşımız "Free universitu"di. Qrupumuzdakı türk tələbələr Türkiyə Ankara universitetinin tələbələridi. Beynəlxalq tələbə qrupuna ABŞ, Türkiyə, Azərbaycan və Gürcüstan daxildi. İndi bizim qurduğumuz bu əlaqələr illərlə davam edəcək. Prezident İlham Əliyev Azərbaycanda bu ili Ekologiya ili elan edib. Bu barədə dərslərimiz oldu. Başqa təşkilatların da fəaliyyətləri haqqında məlumatlar veriləcək. Akdademiyada isə dərslər keçirildi. Ekoloiya naziri Hüseynqulu Bağırovun rəhbərliyi ilə ekologiyanın problemləri haqqında məlumat aldıq. Azərbaycanı gəzirik. Marşurut belədi-Sumqayıt, sonra Qəbələ. Bəlkə Baqkalda bir ipək muzeyi yaratdıq. Qəbələ səfəri  udi və albanların yaşadığı yerlərə baxmaqdan ibarətdi. Sonra isə qaçqınlar-Bərdə, 4 yol. Qaçqınların vəziyyəti necədir-bunu bilməliyik. Azərbaycandan sonra isə Gürcüstana səfər edəcəyik. Gürcüstanda da çox böyük proqram var. Bir sıra şəhərləri gəzəcəyik. Sonra isə Türkiyəyə keçəcəyik. Bakı-Tbilisi-Qars dəmir yolu ilə yaxından tanış olacağıq. Burada siyasi bir baxış var. Ermənistan bu layihədə niyə yoxduğ  Niyə ermənilər bu layihələrdən kənarda qalırlar? Cavab asandı-işğalçıdı vəssalam. İstanbulda səyahətimiz sona çatacaq.
- Bütün bu məlumatları aldıqdan sonra nə edəcəksiniz, dediyiniz həqiqətlər haqqında ölkənizdə çıxışlar edəcəksiniz?
- Tələbələrim bütün bunlar haqqında  yazacaqlar. Bu onlar üçün bir dərsdi. Dərsi nə qədərə yaxşı qavradıqlarını mən yoxlayıb, qiymət verəcəm. Səyahətimiz kef üçün deyil. Dərs üçündü. Bu səyahətlə bağlı jurnalda məqalə çıxacaq. Həmçinin veb saytı da olacaq.
- İllərdir ki, Azərbaycana gəlib-gedirsiniz. Ən çox nə sizi bura cəlb edir?
- Bu suala cavab vermək çox çətindi. 1991-ci ildən gəlirəm. Kitab yazdım, bu kitab Azərbaycan dilində çap olunacaq. Həmin kitab 1998-ci ildə Amerikada çap olundu. Tanınan, oxunan kitabdı. Adı "Azerbaijan dailu" (Gündəlik Azərbaycan) olan kitabda Azərbaycan haqqında yetərincə ətraflı məlumatlar yer alıb.
- "Montanada muğam" filminin yaranmasından danışın. Qoçaq Əsgərovun ifası necə oldu ki, sizi bu qədər cəzb etdi və siz hətta bu çıxışı ekranlaşdırdınız?
- Hamı kimi mənim də həyatımda təsadüfi hadisələr olur. Bir gün Azərbaycanın baş konsulu Vəli Süleymanov Kaliforniyadan mənə zəng vuraraq dedi ki, Heydər Əliyev Fondu bir muğam qrupunu Amerikaya yollayır. O vaxt təsadüfən bir konfrans var idi. Orta Asiya, Özbəkistan, Tacikistan, Əfqanıstan iştirak edirdi. Mənim də çıxışlarım var idi. Amma konfransdan savayı mədəni bir gecə planlaşdırılmamışdı. Dedim ki, baxın, bir qrup azərbaycanlı muğamçılar Amerikaya gəlirlər. Biz onları dəvət edək. Bilirsiniz ki, Montana Amerikada böyük bir ştatdı. Yəni böyüklüyünə görə 4-cü ştatdı. 4 böyük konsert keçirildi. İnsanlar azərbaycanlı ifaçıların çıxışlarına çox heyrətləndilər. Onu etiraf edim ki, əvvəllər Amerikada Azərbaycan deyəndə hamı "nəğ" sualını verirdi. Azərbaycanın harada yerləşməsindən insanlar xəbərsiz idilər. İndi isə bir çoxu məlumatlıdı. Qoçaq Əsgərovun çıxışından sonra bir operator tapdım və dedim ki, film çəkəcəm. 10-15 dəqiqəlik film yaradıldı. 10 min dollar filmə qoyuldu. O vaxt dostum və dəstəkçim Taleh Heydərovla görüşdüm və dedim ki, bu filmə 10 min dollar qoydum. Sən sahib çıx. Filmi ona göstərdim. Baxdı və dedi ki, çox ləzzətli bir ekran əsəridi və beləliklə filmə dəstək oldu. Kaliforniya və digər festivallarda bu film müvəffəqiyyət qazandı. Filmə baxanlar çox heyrətlənərək bunu deyirdilər-bu nədi, bu nə musiqidiğ Mən deyərdim ki, "Montanada muğam" filmi Azərbaycan haqqında yumşaq təbliğat idi. Qarabağ, Xocalı, dəhşət, cəsədlər-bunlar təbliğat deyil, bəsdi artıq. Azərbaycanın musiqisi, mədəniyyəti var. Bu Azərbaycanın ən qüvvətli silahıdı. Tüfəng, təyyarə deyil əsl silah. Muğam, musiqi-bax bunlar ləzzətdi və ən böyük silahdı.
- Düzdü, ən böyük mübarizə mədəni mübarizədi. Amma ermənilər bizim mədəniyyətimizi oğurlayırlar. Oğrularla dediyiniz kimi necə təmiz mübarizə aparaq?
- Yavaş-yavaş öz mədəniyyətinizə sahib çıxacaqsınız. Addım-addım hər şey yoluna qoyulacaq. Bizim dərslərimiz və bütünlükdə layihə özü bir böyük təbliğatdı. Səyahətdən sonra 10 gənc montanalı Azərbaycan haqqında öz dostlarına danışacaq. Onlar mənim tələbələrimdi və çox şey öyrəndilər. Həqiqətlər meydana çıxacaq. Musiqini başqa xalqlara çalma deyə biməzsən, bu günahdı. Onlar bu musiqini çalmalıdılar. Amma Azərbaycana məxsusdu deməklə ifa edə bilərlər. Musiqinin, mədəniyyətin sərhəddi yoxdu. Amerika xalq musiqisinin 80 faizi Şotlandiyadan, İngiltərədən gəlib. Amma bu şotlandiyalılara aiddimiğ Yox, bu dünyaya aiddi. Azərbaycan musiqisi, özəlliklə muğam dünyaya aid bir musiqidi. Təəssüflər olsun ki, ermənilər deyir mənimdi, bunu bilirəm. Amma dünya bilir ki, bu gözəl musiqi Azərbaycandan gəlir. Erməni çalsın, oxusun, niyə də yoxğ Amma musiqinin müəllifini saxlamaq şərtilə istifadə olunmalıdı.
- Azərbaycan muğamını ilk dəfə eşidəndə hansı hisslər keçirdiniz, ilkin təəssüratınız necə oldu?
- Muğam haqqında danışmaq mənim üçün çox çətindi. Çünki mütəxəssis deyiləm. Mən əvəllər Türkiyədə yaşamışam. Şərq musiqisi haqqında anlayışım var idi. Azərbaycana gəldiyim zaman isə muğamı eşidərkən çox təəccübləndim-"bu nədi, bu necə musiqidi" deyə öz-özümə sordum. Muğamdakı alətlərlə isə xüsusi maraqlandım. Böyük adları-Alim Qasımovu tanıyıram. Montanada məndə muğam ifaçılarının kolleksiyaları da var. Onları çox dinləmişəm. Qısaca onu deyə bilərəm ki, muğam mənim ruhumu oxşayan bir musiqidi.

Gülər Nizamiqızı




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : "Dünya bilir ki, gözəl musiqi Azərbaycandan gəlir"
Yazılma Tarixi : 18.08.2010
Xəbər Etiketləri : "Dünya bilir ki, gözəl musiqi Azərbaycandan gəlir"
Oxunma Sayı : 342
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
“Kəbinim cəzaçəkmə müəssisəsində kəsildi”
«Bizim ən böyük qazancımız Cavad хandır»
Gədəbəyin Keçəl Dağından başlayan tam fəlsəfə yolçuluğu
Əhəmənilər dövrünə aid türkcə yazı nümunəsi
«Oхuyur Müslüm Maqomayev» filminə həsr olunmuş tədbir keçiriləcək
“Mənimlə dil tapmaq çox çətindir”


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.