Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Türk dünyasının yeznəsi


Milli Qurtuluş Partiyasının qərargahı. Vüqar Bəyturan BAP sədri Elşad Musayevlə söhbət edir. Elşad deyir:
- Gəl, ABŞ-ın ölkəmizə yeni təyin edəcəyi səfri yıxıb-sürüyən bəyanat qəbul edək.
- Niyəğ
- Ona görə ki həmsədr olduğu dövrdə bizim sözümüzü demədi.
Bəyturan fikrə gedir və deyir:
- Xeyr! mən heç zaman Metyu Brayzanı pisləmərəm. Hər necə olsa, türk dünyasının yeznəsidir.


Təbrik məktubu

Tanınmış yazar, AXCP- fəalı Azadkənd Xalq Cəbhəsi Partiyasının əsas lideri Atabəy Bahadır (Xaliq Hacıyev)in 60 yaşı tama olur. Bu münasibətlə AXCP-nin Azadkənd dayaq dəstəyi təbrik məktubu göndərib. Məktubda deyilir: "Sayın Bahadır, sizi-AXCP-dəki "Azadkənd qrupu"nun mənəvi liderini, əsas sahibini, qrupun öndərini, dartıb aparanını ürəkdən təbrik edir, sizə uzun ömür arzu edirik. Ağsaqqal, AXCP-də olduğunu illər ərzində daim bizim eloğlunun yanında olmusan. AXCP-nin mərhum sədri haqqında neçə-neçə nalayiq məqalələr yazmısan. Biz bilirik, bunu ona görə yazmısan ki, Azadkənd balasına-həmkəndlimizə yol açılsın. Açıldı da! Düzdü, AXCP-də adam qalmadı. Amma nə olsun, quru da olsa, partiyanın adı, möhürü bizə qaldı. Ustad, sənin xidmətlərin sayəsində Cəbhədə neçə-neçə balaca-balaca xaliqbahadırlar yetişdi. Bu gün milli dəyərlərə, böyük ideal adamlarına çamur atmaqda tələbən Qan Turalının əvəzi yoxdur. Afərin ustad! Beləsini heç Zori Balayan da yetişdirə bilməzdi". Məktubun ortasındı xoş, axırında isə naxoş sözlər yazılıb. Nəsə boş verin, əsas odur ki, zəhmətkeşlər Xaliq Bahadıra təbrik məktubu yazıb.  


Yeni əsərlər

- "İynə"nin xüsusi müxbiri Nihad Qayalar yeni əsər üzərində işləyir. Nihadın Müsavat başqanı Arzu Səmədbəyliyə həsr etdiyi əsər "Səmədbəylinin başqanlıq Arzusu adlanır". Çox maraqlı əsərdir. Oxumağa və paylaşmağa dəyər.
- Başqa bir əsəri Seymur Haycan yazır. Haycan əsərini tanınmış publisist Padşahvələd Başçobanoğlu haqqında yazır. Müəllif Padşəhvələdi göylərə qaldırır, siyasi publisistikanın kralı adlandırır.
 

"Arzun...Norveç olsun"

Osman Qunduzun xaricə getmək istəyən oğlu xəyala dalır. Osman bəy oğlunun fikirli görüb deyir:
- Bilirəm nə düşünür, nə arzular qurursan. Arzun çin olsun bala!
Oğlan əsəbləşir:
- Bu nə dediyindiğ Necə yəni arzun çin oslunğ Mən Norveçi, İsveçi düşünür, Hollandiya xəyalları qururam, sən mənə arzun Çin olsun" deyirsən. Çinə özün gedərsən.


Daim sədrin yanında olan bahadır

KXCP-nin qərragahı. Xəzər Teyyublu, Bəybala Əbil və Əhməd Oruc söhbət edirlər. Əhməd Oruc qəzetləri vərəqləyir. "Xaliq Bahadır-60" başlıqlı yazını oxuyan Loğman "O, AXCP-də olduğu müddətdə daim Cəbhə sədrinin yanında olub" cümləsinə çatanda Əhməd soruşur:
- Doğrudan belə olubğ
Bəybala deyinir:
- Düzdü, Xaliq Bahadır daim sədrin yanında olub. Amma Cəbhə sədrinin yox, "Yurd" sədrinin yanında olub.


Düzəliş

Ötən sayımızda yazıçı-publisist Taleh Şahsuvarlı ilə bağlı dərc olunmuş xəbərdə yol verilmiş xəta Azad Yazarlar Ocağında qısqanclığa səbəb olub. Qısqanclıqdan ölüm hadisə baş verməmiş düzəliş veririk. Oxuculardan xahiş olunur ki, "Taleh Şahsuvarlıya Avropa Birliyindən (AB) dəvət gəldi" cümləsini belə oxusunlar: "Taleh Şahsuvarlıya Yazıçılar Birliyindən (AB) dəvət gəldi".


"Qalatasaray"ın oyununa getmə"

Hafiz Hacıyev qəzetləri vərəqləyir. "Futbol xəbərləri"ində "Qalatasaray" bomba partlatmağa hazırlaşır" (yəni transfer bombası) xəbərini oxuyan Hafiz Türkiyəyə səfərə gedən, "Qalatasaray" azarkeşi olan oğluna öyüd-nəsihət verir.
- Bax, oğlum, futbola stadionda gedib baxma. Televizorda bax.
Oğlu gülür:
- Televizorda baxacamsa, ta niyə gedirəmğ Elə evdə otrubu baxaram da.
Hafiz qayğılı görkəmdə:
- Nə bilim ay bala, qəzetlər yazır ki, "Qalatasaray" bomba partlatmağa hazırlaşır, deyirəm birdən, partlayıcı sən stadionda olan işə düşər.


Amerika strateqləri Namazovun mövqeyini gözləyir

ABŞ-ın paytaxtı Vaşinqton şəhəri. Azərbaycanı öyrənən Strateji Araşdırma Mərkəzinin ofisi. Politoloqlar söhbət edir:
- Azərbaycandakı seçkilərlə bağlı mövqe qoymağın zamanıdır. İndidən qüvvələri sərf-nəzər etməli, kimə "stavka" qoyacağımızı müəyyən etməliyik.
Təcrübəli politoloqlardan biri ANİF prezidenti Eldar Namazovun "Mövqeyimi yaxın günlərdə ortaya qoyacağam" başlıqlı müsahibəsini oxuyub deyir:
- Tələsmək lazım deyil. Qoy, görək bu adamın mövqeyi nə olacaq. Onsuz bizim heç bir projemiz uğur qazana bilməz. Əgər Azərbaycanda siyasi layihə həyata keçirmək istəyiriksə, bunu Namazovun xəbəri və razılığı olmadan reallaşdıra bilmərik.


Yanlışlıq

Son nömrəmizdə Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə bağlı yazıda səhvə yol verilib. Oxuculardan cahiş olunur ki, "Arif bəyin Həsən Kərimov barədə sayıqlaması müxalifəti bir-birinə vurdu" cümləsini belə oxusunlar: "Arif bəyin Həsən Kərimov barədə qatıqlaması müxalifəti bir-birinə vurdu".


Elzanın məntiqi

"Kim kimdi" teleoyunu. Verilişin qonağı müğənni Elza Seyidcahandı. Aparıcı Azər Axşam soruşur:
- Kim müəllim, kim həkim, kim manıs, kim şirniyyatçıdır?
Elza təkcə şirniyyatçını tapır. Azər soruşur:
- Onun şirniyyatç ıolduğunu nədən bildin?
Elza qımışır:
- Gördüm ki, veriliş boyu bir milçək qonub onun üstünə, əl çəkmir. Bildim ki, şirniyyatçıdır.


 




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Türk dünyasının yeznəsi
Yazılma Tarixi : 31.05.2010
Xəbər Etiketləri : Türk dünyasının yeznəsi
Oxunma Sayı : 519
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
"İynə"
“İynə”
"İynə"
"İynə"
“İynə”
“İynə”


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.