Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Türkiyə Ermənistan qarşısında geri çəkilir?


"Heç kim zəmanət verə bilməz ki, yaxın vaxtlarda Türkiyənin də ciddi cəhdlə daxil olmaq istədiyi Avropa İttifaqının Ermənistanda tədbiri keçirilməyəcək və həmin tədbir çərçivəsində Türkiyə yenidən Ermənistanla sərhədləri açmayacaq"

Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yenidən gündəmə gəlib. Yayılan məlumatlarda bildirilir ki, Ankara-İrəvan sərhədlərinin açılması sentyabrın 11-17-i tarixlərində Ermənistanda keçiriləcək NATO təlimləri ərəfəsinə təsadüf edəcək. Qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç da yerli mətbuata verdiyi açıqlamada Ermənistanla sərhədlərin müvəqqəti də olsa açılacağını istisna etməyib.
Politoloq Cümşüd Nuriyev "OLAYLAR"-a verdiyi açıqlamada Ankara ilə İrəvan arasında kifayət qədər yaxınlaşmanın müşahidə edildiyini söyləyib: "Bu prosesin ilkin başlanğıcı Van gölü yaxınlığındakı Axtamar kilsəsinin açılışı ilə start götürüb. Türkiyə tərəfi iddia edir ki, guya bu tarixi abidənin bərpasıdır. Ancaq reallıq ondan ibarətdir ki, ermənilər birmənalı şəkildə oranı özlərinin həcc ziyarəti səviyyəsinə çevirirlər. Yəni bu o deməkdir ki, ermənilər oranı öz doğma vətəni, torpağı kimi sevdirməyə başlayırlar". Politoloq bildirib ki, Türkiyə Qərbin təzyiqləri qarşısında belə bir addım atır. Beynəlxalq məsələlər üzrə ekspert Elman Nəsirov da qeyd edib ki, NATO-nun Ermənistanda keçiriləcək hərbi təlimlər fonunda Türkiyənin bu ölkə ilə sərhədləri açacağı barədə yayılan xəbərlər Azərbaycan cəmiyyətini ciddi narahat edir. Ekspert hesab edir ki, bu narahatçılıq üçün müəyyən əsaslar var: "Azərbaycan cəmiyyətində belə bir narahatçılığın yaranmasına rəvac verən hadisə o oldu ki, Türkiyə prezidenti Abdullah Gül Bakıda ona sözügedən məsələ ilə bağlı ünvanlanan suala birmənalı şəkildə cavab vermədi və "səssiz diplomatiya"dan bəhs etdi. Abdullah Gül ölkəsinin şərtinin dəyişmədiyini açıq şəkildə qeyd etmədi". Elman Nəsirov bildirib ki, bunun ardınca Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıçın sərhədlərin açılacağını istisna etməməsi Azərbaycan cəmiyyətinin narahatçılığını bir qədər də artırmış olub: "Məsələ ondadır ki, səfir dövlətinin mövqeyini ifadə edən bir şəxsdir. Narahatçılıq doğuran başqa bir məqam isə ondan ibarətdir ki, sözügedən məsələdə səfir bir fikir, ancaq onun rəhbəri olan xarici işlər naziri isə tamam başqa fikir səsləndirir və qeyd edir ki, heç bir halda sərhəd açılmayacaq". Ekspert deyib ki, yaranmış anlaşılmaz vəziyyət Azərbaycan cəmiyyətini narahat etməyə bilməz. Elman Nəsirovun sözlərinə görə, heç kim zəmanət verə bilməz ki, yaxın vaxtlarda Türkiyənin də ciddi cəhdlə daxil olmaq istədiyi Avropa İttifaqının Ermənistanda tədbiri keçirilməyəcək və həmin tədbir çərçivəsində Türkiyə yenidən Ermənistanla sərhədləri açmayacaq: "Həmişə ən çətin olan birinci addımdır. İkinci və üçüncü addımları atmaq isə nisbətən asan olur. Belə bir prosesin baş verməsi presidentə çevrilə bilər ki, Azərbaycan cəmiyyəti də bundan ciddi narahatçılıq keçirir". Elman Nəsirov deyib ki, Türkiyənin Ermənistanla sərhədləri açması bu ölkənin regiondakı nüfuzuna da mənfi təsir göstərəcək: "Bu həm də Türkiyənin Ermənistanın qarşısında geri çəkilməsi anlamı yarada bilər".

Süleyman




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Türkiyə Ermənistan qarşısında geri çəkilir?
Yazılma Tarixi : 23.08.2010
Xəbər Etiketləri : Türkiyə Ermənistan qarşısında geri çəkilir?
Oxunma Sayı : 393
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
İrana qarşı müharibə ehtimalı yüksəlir
İran dövləti çıxılmaz durumda
Suriya rejimi azğınlaşır
Ermənistan laçınlı sultanlarının mülkündə otel tikdirib
Senatın qərarı Fransa Konstitusiyası ilə ziddiyyət təşkil edir
Rus müxalifəti Kremli lərzəyə saldı


Son xəbərlər
 
  Нигяр и Эльдар удостоены премии «Человек года»
 
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.