Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Türkiyə yığmasının futbolçusu “Borussiya”ya xəbərdarlıq etdi


Türkiyə millisinin və Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Nuri Şahin “Qarabağ”la keçirəcəkləri Avropa Liqasının “pley-off” mərhələsinin cavab oyunu öncəsi komanda yoldaşlarına xəbərdarlıq edib. ent.az-ın “Reviever Sport” nəşrinə istinadən verdiyi məlumata görə, 21 yaşlı yarımmüdafiəçi Dortmunddakı ilk qarşılaşmada 4:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, Bakıda baş tutacaq təkrar matçın heç də asan olmayacağını bildirib. Şahinin fikrincə, rəqibi qiymətləndirməmək və arxayınçılıq “Borussiya”ya baha başa gələ bilər. O, xüsusən ilk dəqiqələrdə diqqətli olmağın gərəkliyini vurğulayıb. Gənc futbolçu fikirlərini əsaslandırmaq üçün Almaniya çempionatının ilk turunda öz meydançalarında 0:2 hesabı ilə uduzduqları “Bayer”ə qarşı matçı misal göstərib. Avqustun 22-də baş tutan görüşdə leverkuzenlilər Trankilyo Barnettanın 19-cu, Renato Auqustonun isə 22-ci dəqiqəqə vurduqları qolların sayəsində qələbəyə nail olublar. Şahin “Qarabağ”ın da məhz ilk yarım saat ərzində yüksək səviyyəli oyun sərgilədiyini qeyd edib: “Rəqibimiz 0:4 hesablı məğlubiyyəti aradan qaldırmaqdan ötrü erkən qol vurmağa çalışacaq. Bu zaman biz “Bayer”lə matçda olduğu kimi səhvlərə yol verməməliyik”. Türkiyəli oyunçu “Bayer”ə məğlubiyyətin “Borussiya”nın psixoloji hazırlığına hər hansı təsir göstərib-göstərmədiyi haqda sualı da cavablandırıb: “Biz “Bayer”ə qarşı pis çıxış etmədik. Sadəcə, rəqib səhvlərimizdən maksimum yararlandı. Amma “Qarabağ”la görüşdə biz ustalıq səviyyəsi baxımından daha üstünük. Ona görə də ilk qarşılaşmadakı böyük fərqi əldən verməyəcəyik”.

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Borussiya” matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Türkiyə yığmasının futbolçusu “Borussiya”ya xəbərdarlıq etdi
Yazılma Tarixi : 26.08.2010
Xəbər Etiketləri : Türkiyə yığmasının futbolçusu “Borussiya”ya xəbərdarlıq etdi
Oxunma Sayı : 302
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
"Fənərbağça"dan 45 milyon avroluq təzminat iddiası
"Arsenal"dan türk futbolçu üçün rekord təklif
"Mourinyo oyunu "Barselona"ya hədiyyə etdi"
Baş məşqçinin istefası qəbul olunmadı
Nəsimov: "Oyunu biz diqtə etdik"
AFFA-nın baş katibi FİFA-nın seminarında iştirak edəcək


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.