Bu yay mövsümündə deyəsən ulduzlar o qədər də istirahət etmədilər. Əvvəlki illərdə istər Azərbaycan, istərsə də Hollivud ulduzlarının istirahət macəralarını dinləyirdik. Düzdü, bizim ulduzlar, xaricilərdən daha çox istirahətə yer ayırılar. Hər halda yalan, doğru istirahət etdikləri ölkələrin adlarını sıralayırdılar. Sonra isə deyirdilər ki, vergi ödəməyə pulumuz yoxdu. Bizdə pul hanığ Əlbəttə, bahalı ev və maşına sahib olanlarda pul olmamasına artıq öyrəşmişik. Amma məsələ bunda deyil. Bütün idarə və təşkilatların əsasən istirahətə çıxdığı yay mövsümündə görəsən ulduzlar nə işlə məşğul oldularğ Artıq başa çatan yay mövsümündə dünya və Azərbaycan ulduzlarının səsini ara-sıra eşitdik. Biri konsert verdi, digəri açıq-saçıq pozalarla gündəmə gəldi. Onların yay fəaliyyətinə nəzər salmaq üçün son baş verənləri sadalayaq. Gündəmi zəbt edənlərin siyahısı dəyişməz olaraq qalır. Yenə eyni adamlar insanları maraqlı hadisələrlə təəccüləndirməkdə, diqqəti çəkməkdə davam etdi. Başlayaq bizə daha yaxın olan hadisə "Kurtlar vadisi" filmindən. Bu film bütün türk dünyasının diqqətini özünə cəlb etməkdə davam edir. "Kurtlar Vadisi Fələstin"in çəkilişi isə filmin daha geniş auditoriyanın diqqətini cəlb etməsinə, qalmaqalların daha da genişlənməsinə yol açdı. Bu filmin Fələstinə həsr edilən bölümünün çəkilişini hamı əsl "bum!" fimi qarşılayır. Amma filmin nəticəsinin partlayışa səbəb olmasından əvvəl filmin bəzi səhnələrinin yer aldığı lent yandı. Məlum məsələdi ki, bu yaradıcı heyət üçün əlavə xərc oldu. Amma söz-söhbətə səbəb olan bu deyildi. Bu məsələ ortaya çıxandan sonra neqativ səhnələrin İsrail cəsusları tərəfindən yandırıldığı danışılırdı. Partlayış olacağı deyilən filmin neqativinin yanması əsl "bum" oldu və filmin yaradıcı heyəti bir müddət bu barədə açıqlama verməli oldu. Artıq yanan səhnələrdən bir hissəsi yayımlanıb. Məşhur türk müğəninsi Rafet El Romanın isə bu yay başı yeni doğulmuş oğluna qarışdı. Almaniyanın Frankfurt şəhərində dünyaya gələn uşaq müğənninin sayca üçüncü uşağıdı. Edvan adı verdiyi oğlunun anası Rafetin əvvəlki nikahından olan uşaqlarının dayəsidi. 2003-cü ildə o maniken olan həyat yoldaşından ayrılaraq, dayə ilə yaşamağa başladı və onlar artıq 7 ildir ki, bir yerdədirlər. Rafetin başı hələki oğlu və dayə sevgilisinə qarışıb və ondan başqa maraqlı xəbər eşidilməyib. Hollivud ulduzlarının bu yay ərzindəki günlərinə nəzər saldıqda, onlar üçün bu günəşli mövsümün uğurlu olmadığını görə bilərik. Məsələn, Ancelina Coli hələ də ailə qalmaqalını sona çatdırmayıb. Əri Bred Pitdən ayrılmamaq üçün uşaqlarının sayını artıran gözəl aktrisanın həyat yoldaşı tərəfindən tərk edilmək təhlükəsi hələ də var. Bir tərəfdən isə o, qaynanası ilə problemlər yaşayır. Azərbaycan ailələrində olduğu kimi, bu məşhur aktrisanın da ailəsində gəlin-qaynana problemi var. Məsələ ondadır ki, milyonlarla insan tərəfindən sevilən bu aktrisa qaynanası tərəfindən sevilmir. Qaynanası oğlunun keçmiş həyat yoldaşını daha çox qiymətləndirir və sevir. Hətta qaynana keçmiş gəlini ilə mütamadi olaraq görüşür. Bu isə Colinin heç xoşuna gəlmir. Buna etiraz olaraq Coli uşaqlarını qaynanasına etibar etməkdən boyun qaçırır. Yaxşı ki, hələ Colinin qaynanası azərbaycanlı deyil. Məşhur, illərin şedevri olan Corc Maykl isə bu yay yaradıcılığı ilə məşğul olmaq əvəzinə, özünü gözdən salmaqda davam edib. Yay mövsümündə yayılan şəkilləri insanları çox heyrətləndərib. Daima formada olan, özünəməxsus iminci ilə insanların qəlbinə yol tapan ulduz kökələrək, əvvəlki simasını tamamilə itirib. Onun bu hala düşməsinə isə narkotik vasitələrdən vaz keçməməsi səbəb olub. Uyuşdurucu istifadə etdikdən sonra maşın idarə edərkən gül dükanına çırpan ulduz hətta məhkəməyə çəkilmişdi. Yay mövsümündə insanların gözünə dəyməyən ulduz fanatlarına müraciət də ünvanladı. Ulduz bildirir ki, narkotik istifadəçisi olduğuna görə, özünü çox pis hiss edir. Lakin bu bəladan qurtarmaq üçün müalicə alır və sağalacağına çox inanır. Bu yay Hollivudun ən məşhur simalarından olan Maykl Duqlasa da düşmədi. O, qırtlağ xərçəngi ilə yay mövsümündə mübarizə aparmaqda daavm etdi. Amma yayın isti günlərində çəkdiyi əziyyətə başqası da əlavə olundu. Onun keçmiş arvadı Diandra aktyoru məhkəməyə verərək, pul tələb edir. Keçmiş arvadı iddia edir ki, aktyor bundan sonra da çəkildiyi filmlərə gbrə, ona pul ödəməlidi. Halbuki cütlük 2000-ci ildə boşandıqları zaman anlaşa bilmişdilər. Bu anlaşmaya görə, Duqlas yalnız onlar evli olduqları zaman çəkildiyi filmlərdən aldığı puldan ona ödəməliydi. Qeyd edək ki, M.Duqlas həm də oğlunun həbsə düşməsinə görə, əziyyət çəkir. Xanımların hər zaman sevimlisi olan Corc Kluni isə bu yay sözün əsl mənasında kef çəkdi. Yayın əvvəlində çox ecazkar bir yerdə çox bahalı bir malikanə alıb, isti günlərini "cənnətdə" keçirən aktyor daha sonra isə "Yardımsevərlik" mükafatına layiq görüldü. Aktyor bu şanlı mükafata qasırğalar, zəlzələlər zamanı yardım kompaniyaları keçirdiyinə görə, layiq görülüb. Aktyor bu mükafata sahib olduğuna görə çox xoşbəxtdi və görünür bu yay ona böyük uğur gətirdi və yay mövsümünü hədər yaşamadı. İqtisadi böhran bu yay dünya şöhrətli futbolçu Devid Bekhamı yaxaladı. Futbolçu o qədər ziyana uğrayıb ki, İngiltərə, ABŞ, Dubay və Fransadakı malikanələrinin işçilərinin sayını azaltmağa məcbur olub. O, əsasən ofisant, xadimə, sürücülərinin bir hissəsini işdən çıxarıb. Beləliklə, futbolçuya bu yay düşmədi və o bundan sonra itirdiyi ziyanı bərpa etməyə çalışacaq. Azərbaycanda isə ulduzlar bu yay əvvəlki havalarını oynadılar. Zamiqə bu yay düşmədi. Yaşadığı bütün problemlərən sonra erməni müğənnisi tərəfindən mahnısı oğurlandı. Amma o bu yay boş durmadı, Azərbaycanın səfalı güşələrində istirahət əvəzinə, konsertlər verdi. Röya da həmçinin bu konsertlərə qoşuldu. Bu yay Almaz Ələsgərova yaradıcılıq fəaliyyəti ilə məşğul olmasa da, qızlarını üzə çıxardı. Özündən daha çox, onları görüntülədi. Aygün Kazımova bu yay əməliyyat keçirməklə başını qatdı. Xuraman Şuşalı yay mövsümündə istirahət etməsə də, ailə qurdu. Belə demək olarsa, isti yay mövsümünü hədər etmədi. Nadir Qafarzadə xaricdə həm istirahət etdi, həm də klip çəkdirdi. Beləliklə bu yay mövsümündə bizim ulduzların maraqlı bir işlə diqqət çəkmədikləri görünür.
Gülər Nizamiqızı
|