Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Urmiya gölünə həsr olunmuş qurultay keçirilib


Güney Azərbaycanın Qərbi Azərbaycan ərazisində yerləşən Urmiya gölünün qurudulmasına qarşı tədbirlər davam edir.
Lent.az-ın “canaz.tv”-yə istinadən məlumatına görə, Tehranın Behişti Universitetinin azərbaycanlı tələbələrinin fəaliyyəti nəticəsində Urmiya gölünün qurumasının səbəblərinə həsr olunmuş elmi-nəzəri qurultay keçirilib. Beynəlxalq Ətraf Mühit günü keçirilən bu tədbirdə ekologiya üzrə doktorlar, ətraf mühitin qorunması uğrunda mübarizə aparan könüllülər, tələbələr, elm adamları, araşdırmaçılar iştirak edib. Qurultayda çıxış edənlər Urmiya gölündəki son durumla bağlı fikrilərini bildirərək, onun qurumasının elmi səbəblərini söyləyiblər. Araşdırmalar nəticəsində bir daha aydın olub ki, göl hakimiyyətin apardığı plansız və elmi əsası olmayan işlər ucbatından quruyur. Alimlərin qənaətinə görə, həmin səbəblər aşağıdakılardır:
- Gölü su ilə təmin edən 40-dan artıq çayda su bəndlərinin inşası;
- Gölün ortasından suyun təbi axınına əngəl olan körpünün tikilməsi;
- Minlərlə qanunsuz su quyularının, artezianların qazılması;
- Güney Azərbaycanda son zamanlar baş verən ardıcıl quraqlıqlar və s.

Mütəxəssislər və araşdırmaçılar gölün böhrandan qurtulması üçün aşağıdakı təklifləri irəli sürüblər:
- Başqa çay və göllərdən kanal vasitəsi ilə Urmiya gölünə su çəkmək;
- Süni yağış yağdırma üsulundan faydalanılması;
- İkiyə bölünən gölün bölmələrinin arasından su axınına imkan yaradılması;
- Urmiya gölünün dibindəki duzun başqa yerə daşınması;
- Ənənəvi suvarma üsullarını yeniləşdirmək və s.
Xatırladaq ki, bu ilin yazında İran prezidenti Qərbi Azərbaycana səfərdən öncə Urmiya gölü ilə bağlı yaranmış gərginliyin aradan qaldırılması, bu su hövzəsinin qurumasının qarşısının alınması məqsədi ilə dövlət komissiyasının yaradılması haqda qərar vermişdi. Amma ötən bu müddət ərzində hakimiyyət tərəfindən heç bir addım atılmayıb.




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Urmiya gölünə həsr olunmuş qurultay keçirilib
Yazılma Tarixi : 08.06.2010
Xəbər Etiketləri : Urmiya gölünə həsr olunmuş qurultay keçirilib
Oxunma Sayı : 420
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
“Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
«Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır


Son xəbərlər
 
  Экспорт газа из Азербайджана в Турцию приостановлен
 
 
  В Европе цены на газ и электричество резко подорожали
 
 
  Orta məktəblərdə dərslər yenidən dayandırıla bilər
 
 
  REKORD: Gəmini batıran kapitana 2697 il həbs istənilir!
 
 
  “Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi haqqını itirib”
 
 
  Azay Quliyev ABŞ Şərq-Qərb Menecment İnstitutunun rəhbərliyilə görüşdü
 
 
  Palembanq konfransının sənədlərinə Dağlıq Qarabağ və Xocalı faciəsi haqqında qətnamə və yekun deklorasiyaya müddəalar salındı
 
 
  Eldar və Nigar «İlin adamı» oldu
 
 
  “Space” və “Connect” MMC-nin lisenziya müddəti 6 il uzadıldı
 
 
  İş adamını qətlə yetirən avtoritetin məhkəməsi başlandı
 
 
  «Eurovizion» ərəfəsində Səbaildə abadlıq işləri aparılır
 
 
  Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir
 
 
  Atmosfer havasının fon monitorinqi stansiyası fevralda işə başlayacaq
 
 
  8 şəhərdə atmosfer havasının çirklənmə dərəcəsi monitorinq olunub
 
 
  Dövlət orqanları bələdiyyələrin sənədlərini qəbul etmir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.