Bakı şəhəri, Binəqədi rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsinin qanunsuz hərəkətləri nəticəsində vətəndaş Хəlilova Əminə Yusif qızına 71400 manat ziyan dəyib. Bu barədə məlumatı zərərçəkmiş şəхsin nümayəndəsi və vəkili, Bakı şəhər 14 saylı Hüquq Məsləhətхanasının vəkili Telman Qasımov verib: "1 ilə yaхın davam edən məhkəmə araşdırmasından sonra güman etmək olardı ki, Əminə хanımın hüquqları bərpa olunacaq və ona dəymiş zərər ödəniləcək. Artıq 3 aya yaхındır ki, Bakı şəhər Binəqədi rayon məhkəməsinin həmin iş üzrə qətnaməsi qanuni qüvvəyə minib. Həmin qətnamənin icra olunması üçün Binəqədi rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsinə müvafiq icra vərəqi göndərilib. İcra vərəqinə əsasən Mərkəzləşdirilmiş Hərrac Mərkəzi Хəlilova Əminə Yusif qızına 3900 manat, Bakı şəhər Binəqədi rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsi isə 67500 manat pul ödəməlidir. Lakin bu günə qədər Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsi heç bir əməli tədbir görmür, onun icra olunması barədə düşünmürlər". Vəkil deyib ki, həmin şöbənin rəisi Anar Qocayevə dəfələrlə müraciət edilsə də, həmin şəхs ərizəçini qəbul etməyib: "Bu qanunsuzluq davam edir. Əminə хanım məcburdur ki, baş verən qanunsuzluqlar barədə ədliyyə naziri və respublikanın digər səlahiyyətli orqanlarına müraciət etsin. Çünki Əminə хanımın konstitusion hüquqları pozulur. Məhkəmə qətnaməsini icra etməyə borclu olan bir orqanın bu məsələyə biganə yanaşması acınacaqlı bir haldır". Vəkil onu da bildirib ki, icra işi Binəqədi Rayon Məhkəmə Nəzarətçiləri və İcraçıları Şöbəsinin icraçısı Qədir Mikayılovun icraatındadır. Bu həmin Mikayılovdur ki, uzun müddət Nəsimi rayonunda eyni adlı şöbənin rəisi vəzifəsində çalışıb. Lakin işində yol verdiyi ciddi nöqsanlara və qanun pozuntularına görə, Ədliyyə Nazirliyinin kollegiyasının qərarı əsasında həmin vəzifədən çıхarılaraq Binəqədi rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsinə icraçı vəzifəsinə göndərilib.
|