Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub bazar ertəsi Azərbaycana qayıdacaq. Bu barədə APA-nın Gürcüstan bürosuna şairin qardaşı Çingiz Yaqubov bildirib. O, qardaşının vəziyyətinin normal olduğunu deyib. Qeyd edək ki, üç gün əvvəl Türkiyəyə gedən Z. Yaqub Türkiyənin “Amerikan” xəstəxanasına yerləşdirilib. Müayinə zamanı onun böyrəyində şiş aşkarlanıb. Sentyabrın 2-də şiş götürülüb. Xatırladaq ki, ötən ilin sonlarında Türkiyədə xalq şairinin bir böyrəyi çıxarılıb. Bundan bir qədər əvvəl Z. Yaqub Almaniyada ürəyindən cərrahiyə əməliyyatı keçirib. 2010-cu ilin martında isə o, Bakıda ayağından əməliyyat olunub.
|