Siyasət |  İqtisadiyyat |  Müsahibə |  Din |  Ölkə |  Sosial |  Mədəniyyət |  İdman |  Güney |  İynə |  Kriminal |  Rusca |  Layihə |  ABUC-layihə | 

   

   
 Əvvəlki xəbər Sonrakı xəbər 

Xalqın ürəyində yaşayan insan...


Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin ölümündən 10 il ötür


Avqustun 22-si Azərbaycanın sabiq prezidenti, Milli Azadlıq Hərəkatının mərhum lideri Əbülfəz Elçibəyin vəfatı günüdür. Düz on il öncə isti yay günlərində bütün Azərbaycanın, türk dünyasının gözü Ankaraya-Gülhanə Hərbi Tibb Akademiyasına dikilmişdi. Ağır xəstəlikdən əziyyət çəkən böyük öndər ölüm yatağında idi. Yaxın ətrafının bildiyi həqiqət tezliklə üzə çıxdı. Bəlli oldu ki, Bəyin xəstəliyi ağırdır və ömrünü türk dünyasının birliyi və bütövlüyünə, Azərbaycanın istiqlal qazanmasına həsr etmiş böyük insan çox yaşamayacaq. Qara xəbər Azərbaycana avqustun 22-si çatdı. Minlərlə insan Milli Elmlər Akademiyasının həyətinə, aeroport yoluna çıxdı. Böyük Bəyi qarşılamağa çıxanların, onun ölümünə için-için ağlayanların çoxu onu şəxsən tanımırdı, Bəyin o insanlara yaxşılığı keçməmişdi. Sadəcə olaraq hamı onu gözəl insan, sözünə düz kişi, yalanı sevməyən, riyakarlara nifrət edən, xalqına yalan danışmağı xoşlamayan siyasətçi kimi tanıyırdı. Elçibəy 62 illik ömründə xalqdan aralı olmadı. Daim xalqla düşündü, xalqın istəkləri ilə yaşadı. Elçibəy 4 iyun Gəncə qiyamı zamanı qiyamçılarla, mülayimliyindən sui-istifadə edib onu ələ salan, barəsində lətifələr qoşanlarla sərt davranmadığına görə onu qınayanlara "bu xalqı imperiya onsuz da çox əzib, bizdəmi əzəkğ" deyə cavab verərdi. Elçibəyi xalqa sevdirən bu sadəliyi, yüksək humanizmi, sözünə bütövlüyü idi.
 Elçibəy həyatda bir kişi kimi də, siyasətdə lider kimi də sözünə bütöv, verdiyi vədlərə əməl edən saleh bir insan idi.
1992-ci il Prezident seçkiləri ərəfəsində xalqa bir sıra vədlər verdi. O zaman köhnə kommunistlər, partnomenklaturanı təmsil edən məmurlar ali məktəbləri bazara çevirmişdilər. Elçibəy vəd verdi: ali məktəblərdə, qəbul və semestr imtahanlarında rüşvət yığışdırılacaq. Dedi də, etdi də. Qəbul imtahanlarında test üsulu tətbiq edildi. Rüşvətxor kommunistlərin əyri əlləri kəsildi. Elçibəy xalqa Qarabağ vədini verdi. Bir neçə ay keçirilən hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağ ərazisinin böyük bir hissəsi erməni işğalçılarından azad edildi. Elçibəy Azərbaycana tam müstəqillik vəd etdi. Yerinə yetirdi. MDB ölkələrində ilk dəfə olaraq Azərbaycandan rus qoşunları çıxarıldı. Amma rus imperializmi Elçibəyin bu arzusunu həyata keçirməyə imkan vermədi. Tezliklə ikibaşlı qartal timsallı şər imperiyası Azərbaycandakı nökərlərinin əlinə silah verərək Elçibəy hakimiyyətinin üstünə qaldırdı. Komandası da özü kimi əməli saleh, xalqa açıq, vicdanlı olsaydı, bəlkə də hakimiyyəti qoruyub saxlamaq olardı. Hakimiyyət əldən verildi. Amma Elçibəy şimal və cənubdakı imperiyaların planını pozaraq dövləti qoruyub saxladı. Qiyamla devrilsə də, hakimiyyəti Heydər Əliyevə verə bildi. Böyük dövlətlərin gözlədiyinin əksinə olaraq Azərbaycan dövləti 1993-cü ildə yıxılmadı. Təcrübəli dövlət xadimi Azərbaycanı tam müstəqil, güclü dövlətə çevirərək xalqın da, Elçibəyin də arzusunu reallaşdırdı.
 Əbülfəz Elçibəyi səriştəsizlikdə, dövlət başçısına uyğun olmayan bəyanatlar verməkdə, qeyri-standart davranışlarda suçlandırırlar. Düzdü, dövlətin zirvəsində hərəkat liderinə xas bəyanatlar verilirdi. Böyük dövlətlərin imperiya ambisiyaları üzünə vurulurdu. Amma Elçibəy bunları şəxsi sərvətini artırmaq naminə, tarixdə qalmaq üçün, populyarlaşmaq xatirinə etmirdi. Xalqının, dövlətinin, böyük türk millətinin maraqları naminə, istəklərinə uyğun edirdi. Daxildə böyük rüşvətxor ordusu ilə də xalqı əziyyət çəkməsin deyə üz-üzə gəlirdi. Elə buna görə də köhnə partnomenklatura tör-töküntülərinin, liderlik etdiyi düşərgə daxilindəki satqınların, simasızların apardığı qara piara rəğmən Elçibəyə ümumxalq məhəbbəti var. Azərbaycan gücləndikcə, qüdrətləndikcə bu məhəbbət daha da artacaq.


Aydın




 
  • Xəbər Məlumatları
  • Rəy Bildir
  • Rəylər
Xəbər Başlığı : Xalqın ürəyində yaşayan insan...
Yazılma Tarixi : 20.08.2010
Xəbər Etiketləri : Xalqın ürəyində yaşayan insan...
Oxunma Sayı : 354
   
Ad Soyad  
E-Mail  
Rəy
 
 
   
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Ərdoğandan aravuranlara sərt sillə
Siyasi partiyalar haqqında qanun yenə gündəmdə
İranın nüvə obyektləri vurula bilər
Ocaqnejad Azərbaycan qanunlarına meydan oxuyur
"İslami İnkişaf modelini yaşatmağa gücü çatmayan İran Şimali Koreya inkişaf modelini seçməyə məcbur oldu"
Arif Hacılı İsa Qəmbərin başqanlıqdan getməsini istəyir


Son xəbərlər
 
  Yanacaqdoldurma məntəqəsində dava düşdü, sürücü döyüldü
 
 
  Ermənilər Rusiya Dumasının Fransa Senatı kimi olmasını istəyirlər
 
 
  9 prokurorluq işçisi vəzifədən, 4-ü isə orqandan xaric edilib
 
 
  Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 142 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
 
 
  Ötən il Penitensiar Xidmətin 35 əməkdaşı ədliyyə orqanlarından xaric edilib
 
 
  Oxuduqlarım, eşitdiklərim, gördüklərim...
 
 
  В Баку вновь ожидается метель
 
 
  Обезврежена группа преступников-наркоманов
 
 
  Оригинальный метод спасения животных от мороза
 
 
  Milli Məclis Gülüstan və Türkmənçay müqavilələrinə hüquqi qiymət verməlidir
 
 
  Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq
 
 
  Təhsil naziri özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədlərinin yenidən araşdırılması barədə əmr imzalayıb
 
 
  Hərbiçilərə dövlət qulluqçusu statusu verilə bilər
 
 
  Əvvəlcədən doldurulmuş vergi bəyannamələri tətbiq olunacaq
 
 
  Uşaq problemlərinin günahı valideynlərdədir
 
2010 © Olaylar Design | Saytdan götürülən hər bir məlumat ücün istinad zəruridir.