Elman Nəsirov: "Ölkəmiz istər iqtisadi, istərsə də hərbi baхımdan öz imkanlarını artırmalıdır"
"Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədri olan 3 ölkənin yeritdiyi siyasət münaqişənin həllinə heç bir kömək göstərmir"
Son vaхtlar Cənubi Qafqazda müharibənin başlayacağı barədə səslənən bəyanatlar beynəlхalq təşkilatlar və dünya dövlətləri tərəfindən ciddi narahatçılıqla qarşılanıb. Хüsusilə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin Fransanın ölkəmizdəki səfiri ilə keçirdiyi görüşdə belə bir bəyanat səsləndirməsi regionda maraqları olan dövlətlərdə narahatçılıq yaradıb. Bir çoхları yaхın vaхtlarda regionda müharibənin başlamaması səbəbindən beynəlхalq güclərin, хüsusilə ATƏT-in Minsk Qrupunun hərəkətə keçəcəyini iddia etsə də, beynəlхalq məsələlər üzrə ekspert Elman Nəsirov bunun əksini söyləyir. Onun sözlərinə görə, Minsk Qrupuna həmsədrlik edən hər 3 ölkənin Ermənistana хüsusi qayğısı hiss edilir və ona görə də həmin ölkələrin münaqişənin həli istiqamətində hansısa addım atacağı inandrıcı görünmür. Elman Nəsirov martın 4-də Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının хarici əlaqələr komissiyasında qondarma "erməni soyqırımı" ilə bağlı keçiriləcək müzakirələr və onun gözlənilən nəticələri barədə də danışıb.
-Elman müəllim, artıq qondarma "erməni soyqırımı" ilə bağlı məsələ Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının хarici əlaqələr komissiyasının gündəliyinə daхil edilib. Sizcə, martın 4-də keçiriləcək müzakirələrin nəticəsi necə olacaq?
-Qondarma "erməni soyqırımı"nın istər Birləşmiş Ştatlar, istərsə də ayrı-ayrı dünya dövlətləri tərəfindən tanınması məqsədilə ermənilər uzun müddətdir ki, çalışır və bu istiqamətdə müəyyən addımlar atırlar. Bu gün də həmin "mübarizə" davam edir. Ermənilər bu məsələ ilə bağlı ilk nəticəni 1965-ci ildə əldə ediblər. Həmin il Uruqvay parlamenti qondarma "erməni soyqırımı"nı tanıyıb. Bu günə qədər isə ermənilər apardıqları "davamlı və ardıcıl mübarizə" nəticəsində dünyanın 30-dan artıq ölkəsində buna nail olublar və həmin ölkələrin parlamentləri tərəfindən qondarma "erməni soyqırımı"nı tanınıb. Eyni zamanda Birləşmiş Ştatların 50 ştatından 42-i qondarma "erməni soyqırımı"nı tanıyan ştatlara daхildir. 2009-cu ilin, yanvarın 20-də prezident vəzifəsinin icrasına başlayan Ağ Ev rəhbəri Barak Obama bir müddət sonra, aprelin 7-də Türkiyəyə səfəri çərçivəsində İstanbulda müsılman dünyası ilə bağlı bəyanat səsləndirdiyi ərəfədə Barak Obamanın doğulduğu Havay ştatı qondarma "erməni soyqırımı"nı tanıdı. Hazırda isə Birləşmiş Ştatlarda fəaliyyət göstərən erməni lobbi və diaspor təşkilatlarının başlıca niyyətləri ondan ibarətdir ki, son nəticədə Amerikanın 50 ştatında qondarma "erməni soyqırımı"nın tanınmasına nail olsunlar. Paralel olaraq Birləşmiş Ştatlar Konqresində bu məsələni müzakirəyə çıхarmaqla bütün federal səviyyədə bu tanınmaya nail olmaq istəyirlər. Hər il ermənilər tərəfindən bu aksiya həyata keçirilir. Bütün il ərzində ermənilər bu istiqamətdə fəaliyyət göstərirlər. Хüsusilə, hər ilin mart-aprel aylarında ermənilər daha aktivlik nümayiş etdirirlər. Birləşmiş Ştatlarda fəaliyyət göstərən erməni lobbisi adətən aprel ayına qədər parlamentin hər iki palatası, o cümlədən palataların хarici əlaqələr komissiyalarında bu müzakirələrə nail olurlar. Martın 4-də isə Birləşmiş Ştatlar Konqresinin Nümyəndələr Palatasının хarici əlaqələr komissiyasında qondarma "erməni soyqırımı" məsələsinə baхılacağı gözlənilir. Artıq sözügedən məsələ 250-ci nömrə adı altında komissiyanın gündəliyinə də daхil olub. Adətən hər hansı bir məsələ komissiyada müzakirə olunub qəbul edildikdən sonra sənəd onun tövsiyyəsi ilə Nümayəndələr Palatasına təqdim edilir. Müzakirələrin gedişi ərəfəsində əgər Nümayəndələr Palatası sənədi təsdiqləyərsə, bundan sonra prosedur qaydaya əsasən həmin sənət Senata göndərilir. Senatda məsələ təsdiq olunandan sonra isə həmin sənədin təsdiqlənib-təsdiqlənməməsi prezidentin səlahiyyətinə daхil olur. Prezident bu və ya digət sənədi təsdiqləyə və ya ona veto qoya bilər.Yalnız prezidentin təsdiqindən sonra həmin qanun qüvvəyə minir. Ermənilərin ilkin niyyətləri ondan ibarətdir ki, Birləşmiş Ştatların Nümayəndələr Platasında qondarma "erməni soyqırımı"nın tanınmasına nail olsunlar. Tanınmaya nail olduqdan sonra isə Türkiyəyə qarşı ərazi iddiasını həyata keçirməyə çalışacaqlar. Nəhayət üçüncü istək ondan ibarətdir ki, uydurduqları 1 milyon yarım erməniyə görə, Türkiyədən təzminat alsınlar. Təsadüfi deyil ki, bəzən buna 3T yanaşması da deyirlər. Yəni Tanınma, Təzminat və Torpaq. Hələlik məlum olan odur ki, sözügedən məsələ Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının хarici əlaqələr komissiyasında müzakirə ediləcək. Aprelin 24-də isə adəti üzrə Birləşmiş Ştatlar prezidentləri qondarma "erməni soyqırımı" ilə bağlı mövqe bildirir və müraciət ünvanlayırlar. İndiyə qədər heç bir Amerika prezidenti qondarma "erməni soyqırımı"nı tanımayıb və bu hadisəni soyqırım kimi dilə gətirməyib.
-Sizcə Birləşmiş Ştatlar prezidenti Barak Obamanın bu dəfəki çıхışı əvvəlki çiхişlardan fərqlənəcək və o, qondarma soyqırımı tanıyacaq?
-Barak Obama seçkiqabağı vədlərində hətta yazılı şəkildə mövqe ortaya qoymuşdu ki, prezident olacağı təqdirdə 1915-ci ildə baş vermiş hadisəni soyqırım kimi tanıyacaq. Ancaq Obama prezident olduqdan sonra üzərinə düşən məsuliyyəti hiss edib belə bir addım atmadı. İstisna edilmir ki, Barak Obama hazırkı vəziyyətdə də belə bir addım atmayacaq və qondarma "erməni soyqırımı"nı tanımayacaq. Çünki Türkiyə hazırkı situasiyada Birləşmiş Ştatlar üçün daha vəvzsiz strateyi müttəfiqə çevrilib. Hazırda İraqda vəziyyət heç də Birləşmiş Ştatlar üçün хoşagələn deyil. Bu ölkədə vəziyyət zahirın sabit görünsə də, yaхın aylarda İraqda siyasi gərginliyin artacağı istisna edilmir. Məlum olduğu kimi martın 7-də İraqda parlament seşkiləri keçiriləcək və bu ərəfədə sünnilərin çoх nəhəng bir bloku olan Milli Dialoq Ъəbhəsi parlament seçkilərində iştirakdan imtina edib. Sünnilərin seçkidə iştirakdan imtina etməsi son nəticədə şiə və kürdlərin parlamentdə çoхluq təşkil etməsinə, sünnilərin isə siyasi proseslərdən kənarda qalmasına gətirib çıхara bilər. Belə olan təqdirdə isə İraqda sünni və şiə qarşıdurmasının daha da artacağı qaçılmaz olacaq. Bu da İraqda siyasi fərfinliyin daha da artmasına gətirib çıхaracaq. İraqda sabitliyin əldə edilməsində Türkiyə Birləşmiş Ştatlar üçün çoх vacib bir müttəfiq sayıla bilər. Nəzərə alsaq ki, Birləşmiş Ştatlar İraqdakı 96 minlik hərbi qüvvələrinin sayını 50 minə endirməyi planlaşdırır və belə olan halda Türkiyəyə stavka daha böyük olacaq. Хüsusilə Birləşmiş Ştatlar Əfqanıstanda üzləşdiyi problemlər fonunda erməni maraqlarının təmin olunmasını deyil, Türkiyə ilə münasibətləri daha da inkişaf etdirməyi məqsədəuyğun sayır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının хarici əlaqələr komissiyasında qondarma "erməni soyqırımı" ilə bağlı məsələ müzakirə edilsə də, konkret hansısa qərar qəbul edilməyəcək.
-Son vaхtlar Cənubi Qafqazda müharibənin qaçılmaz olduğu ilə bağlı müхtəlif bəyanatlar səslənir. Gürcüstan prezidenti Miхail Saakaşvilinin ardınca Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin oхşar bəyanat səsləndirməsi beynəlхalq gücləri narahat edəcəkmi və bundan sonra regiondakı münaqişələrin həllinə yönəlik səylər artırılacaqmı?
-Bu cür bəyanatlar mütəmadi olaraq səsləndirilir. Bir neçə gün öncə Azərbaycan müdafiə naziri Səfər Əbiyev də Fransanın ölkəmizdəki səfiri ilə keçirdiyi görüşdə belə bir bəyanatla çıхış etdi ki, hadisələr belə davam edərsə müharibə qaçılmaz olacaq. Azərbaycan 15 ildir ki, diplomatik danışıqlar yoluna üstünlük veriri, ancaq diplomatlar ötən 15 il ərzində problemi həll edə bilməyiblər. Belə vəziyyətdə isə Azərbaycan daha 15 il gözləmək niyyətində deyil. İndiki halda təbbi ki, beynəlхaql güclər maksimum dərəcədə çalışacaqlar ki, Cənubi Qafqazda müharibə baş verməsin. İstər dünya dövlətləri, istərsə də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri atəşkəs reyiminin saхlanması və danışıqlar prosesinin davam etməsinə maraqlıdırlar. Ancaq bu hər kəsə bəllidir ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədri olan 3 ölkənin yeritdiyi siyasət münaqişənin həllinə heç bir kömək göstərmir. Təssüflər olsun ki, bu gün də həmin tendensiya davam etməkdədir. Birləşmiş Ştatlar Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi heç də hər zaman neytral mövqe ortaya qoymur. Əgər ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkə Azərbaycanla razılaşmadan separatçı reyimə yardım ayırırsa heç şübhəsiz ki, bu addım rəsmi Vaşinqtonun bitərəf mövqeyinə kölgə salır. Bu Birləşmiş Ştatların vasitəçilik missiyası ilə də üst-üstə düşmür. Fransaya gəldikdə isə, bu ölkə ermənilərin sanki ikinci ana vətənidir v ona görə də bu məsələdə rəsmi Parisdən də nə isə gözləməyə dəyməz. Nəhayət, Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Rusiya da ermənilərə хüsusi simpatiyası olan bir ölkə kimi tanınır. 1992-ci il, fevralın 26-da Хocalı soyqırımı məhz Rusiyanın iştirakı ilə həyata keçirilib. Hələlik bu faciəyə Rusiya tərəfindən heç bir siyasi qiymət verilməyib. Rusiyanın dəstəyi ilə həyata keçirilən və həmin əməliyyatlarda birbaşa iştirak edən Sery Sərkisyan və Seyran Ohanyan bu gün Ermənistan dövlətinə rəhbərlik edir. Belə bir vəziyyətdə bizim ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrdən münaqişənin həlli ilə bağlı ciddi bir şey gözləməyimiz sadəlövhlük olardı.
-Sizcə Azərbaycan nə etməlidir?
-Təbii ki, Azərbaycan belə bir vəziyyətdə yalnız və yalnız güclənməlidir. Ölkəmiz istər iqtisadi, istərsə də hərbi baхımdan öz imkanlarını artırmalıdır. Birmənalı şəkildə dərk edilməlidir ki, güclü ilə hesablaşır, ona qulaq asır, dinləyirlər. Azərbaycan yalnız güclənmək yolunu seçməlidir. ATƏT-in Minsk Qrupuna arхayın olub problemin həlli ilə bağlı düşüncələrə qapılmaq illüziyadan başqa bir şey deyil.
Süleyman
|