Xalq artisti Yaşar Nuri bu dəfə özünü Kukla Teatrında sınayacaq. Akademik Milli Dram Teatrının aktyoru Kukla teatrında səhnələşdirilən Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" komediyasının baş qəhrəmanı Məşədi İbadı səsləndirəcək. Bu barədə "OLAYLAR"a Kukla Teatrından məlumat verilib. Məlumata görə, sözügedən komediya üçün Sankt-Peterburqdan marionetlər gətiriləcək.