Zəhra Fərəczadə "rejimə qarşı çıxmaqda suçlandırılır"
Güney Azərbaycanda siyasi fəallara və onların ailə üzvlərinə təzyiqlər səngimir. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, milli fəal Yürüş Mehrəlibəylinin xanımı Zəhra (Sona) Fərəczadə həbs edilib. 4 saylı məhkəmədə keçirilən prosesdə hakim xanım Fərəczadəni rejim əleyhinə fəaliyyət göstərməkdə suçlandırıb. Qeyd edək ki, Yürüş Mehrəlibəyli özü 40 gündür ki, təbriz ETTELAAT-ında saxlanılır. Güneydə hesab edirlər ki, Zəhra xanımı Yürüş bəyə təyziq etmək üçün saxlanılıb.
|