Güneyli milli hərəkatçı Yürüş Mehrəlibəylinin həyat yoldaşı Zəhra xanım Fərəczadə 8 gündür ki, həbsdədir. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, xanım Fərəczadə məhbus həyat yoldaşının durumunu öyrənmək üçün Təbriz məhkəməsinin 4-cü şöbəsinə müraciət etmişdi. Şöbənin rəisi xanım hərəkatçının tutuqlanması barədə göstəriş vermişdi. Həbs olunan gündən Zəhra xanımın azyaşlı övladı himayəsiz qalıb. Qeyd edək ki, Yürüş Mehrəlibəyli mayın 10-da Təbriz yaxınlığında Sofyan şəhərində ETTELAAT qüvvələri tərəfindən həbs edilib.
Xəbər Məlumatları
Rəy Bildir
Rəylər
Xəbər Başlığı :
Zəhra Fərəczadə hələ də həbsdədir
Yazılma Tarixi :
29.06.2010
Xəbər Etiketləri :
Zəhra Fərəczadə hələ də həbsdədir
Oxunma Sayı :
464
Rəy bildirilməyib
Bənzər Xəbərlər
Milli Hərəkatçı Rza Əbrinin məhkəməsi olub
“And ola Səttərxana, od vurarıq Tehrana”
Urmuda voleybol müsabiqəsi zamanı milli şüarlar səsləndirilib