Bakıda narkotik və silah alverində ittiham olunan şəxslərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik və silah alverində ittiham olunan Fəzail Həsənov və Rəfael Abbasova hökm oxunub. "Azadinform" xəbər verir ki, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər 2011-ci il yanvarın 4-də Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs ediliblər. Onların paytaxtda narkotik və silah satmaları məlum olub. Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü   (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham ediliblər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31