Sellofan torba Bakıya həyəcan yaşatdı

Bakıda avtobus dayanacağında aşkarlanan naməlum torba aranı qarışdırıb. "OLAYLAR"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda avtobus dayanacağında şübhəli sellofan torbanın olması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər. Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görərək şübhə yaradan əşyaya baxış keçiriblər. Baxış nəticəsində qeyd edilən əşyanın təhlükəli olmadığı müəyyən edilib. Əməliyyat saat 19:10-da başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31