Rusiyada axtarışa verilən manyak Samuxda həbs olunub
18 May 2012 15:08 KriminalRusiyada zorlamada ittiham edilərək axtarışa verilən azərbaycanlı Samuxda yaxalanıb. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Baş Cinayət-Axtarış İdarəsi və Samux RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının CM-nin 131 (zorlama), 132 (seksual xarakterli zorakılıq hərəkətləri) və 161-ci maddələri (quldurluq) ilə axtarışda olan Ruslan Məmmədov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31