«Gözlərim aхtarır səni» klipinin təqdimatı oldu
18 May 2012 16:39 MədəniyyətBu gün Trend xəbərlər şirkətində gənc müğənni Bəхtiyar Bilalın sözləri özünə aid olan "Gözlərim aхtarır səni" mahnısının təqdimatı keçirildi. Çəkilişləri İçərişəhərdə aparılan klipin sujet хətti sevgi üzərində qurulub. Kliplə bağlı tədbir iştirakçılarına məlumat verən müğnni bildirib ki, mahnının idyeası üç günə yaranıb: "Dostlarımla bir yerdə yığışmışdıq. Başqa layihə üzərində işləyərkən bu mahnıya klip çəkmək layihəsi ağlımıza gəldi. Üç gündən sonra layihə hazır oldu. Səsyazma studiyasında mahnını yazdırdıq. Və klip ərsəyə gəldi. Sözləri özümə aiddir. Bu mahnı cazın, rokun muğamla sintezidir. Hazırda növbəti iki proyekt üzərində də çalışıram".
Klipin musiqisi və rejissoru Elgün Seyidzadəyə, ideya müəllifi Səlahəddin Kərimova aiddir.