Pirat audiovizual məhsulların satışının qarşısı alınıb
18 May 2012 18:30 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 16 ünvanında Amin Hümbətova məxsus mağazada aparılan yoxlama zamanı müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçı barədə heç bir məlumat göstərilməmiş pirat audiovizual məhsulların satıldığı müəyyən olunmuşdur.Mağazada aşkar edilmiş 5047 ədəd pirat CD və DVD-lərin məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Amin Hümbətova icrası məcburi göstəriş verilmişdir.Araşdırmalar davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31