Pensiyalar vahid mərkəzdən idarə olunacaq

"Pensiya təyinatı üzrə əməliyyatların vahid mərkəzdən aparılmasını həyata keçirəcək proqram təminatının hazırlanması və tətbiqi ilə bağlı tədbirlər görülür". "Olaylar"ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF)  İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib. "Elektron xidmətlərin təşkili məqsədilə DSMF-nin rəsmi internet səhifəsində interaktiv və informativ xidmətlərdən ibarət elektron xidmətlər bölməsi yaradılaraq şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilib və fondun bu sahədəki fəaliyyəti keçirilən monitorinq və müsabiqələrin nəticələri üzrə xüsusi qiymətləndirilib".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31