74 dollara kompyuter istəyirsiz?
18 May 2012 18:48 İqtisadiyyatÇinin "Zero Devices" şirkəti ən yeni hazırlamasını - "MK802" adlı mikrokompyuteri təqdim edib. Bu mikrokompyuter 198 qram çəkiyə malikdir və insanın ovucunda yerləşə bilir. Bununla belə mikrokompyuter "HD" videonu göstərmək və digər gündəlik məsələləri yerinə yetirməyə qadirdir. "Olaylar"ın ictnews elektron xəbər xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə "pitbit.ru" saytı məlumat yayıb. "MK802" mikrokompyuteri 1.5 QHs takt tezlikli birnüvəli "Allwiner A10" prosessoru, 512 MB əməli yaddaş, 4 QB tutumlu fləş daşıyıcı, "USB 2.0", "microUSB" və "Wi-Fi" modulu ilə təchiz olunub.Yeni mikrokompyuterin qiyməti 74 dollar təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31