Rus politoloq Rusiyanı yıxıb sürüdü - AÇIQLAMA

Nikolay Rozov: “Qarabağ münaqişəsi təkcə etnik qarşıdurmaların yox? həm də Rusiyanın xarici müdaxiləsinin nəticəsidir”

Noyabrın 30-da "Post-sovet təfəkkürünün durulması, liberalizm və münaqişələrin həlli" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə MBAM-ın rəhbəri Leyla Əliyeva, fəlsəfə elmləri doktoru, professor Əli Abbasov, Tiflis Dövlət Universitetinin Qafqaz Tədqiqatları Beynəlxalq məktəbinin müdiri Gia Nodiya, fəlsəfə elmləri doktoru Rəhman Bədəlov və Novosibirsk Dövlət Texniki Universitetinin beynəlxalq münasibətlər və regionşünaslıq kafedrasının professoru Nikolay Rozov iştirak ediblər. "Rusiya idarəedicilərinin əsas siyasi ana xətti etniklər arasında qarşıdurmala yaratmaq dayanır" deyən politoloq Nikolay Rozovun sözlərinə görə  Rusiya tez-tez problemlərlə üzləşir və yüksək mərtəbəyə qalxa bilmir: "Rus elitası insanların azadlıqlarını əllərindən almağı bacarırlar. Lakin, Rusiyanın güc yolu ilə təsiri altına almaq istədiyi ölkələrdəki təsir dairəsi heç də uzunmüddətli olmur. Ukrayna, Qırğızıstan və Gürcüstan nümunələri buna misal ola bilər. Regionda münaqişələrin mövcud olması liberalizmin olmaması və yaxud az olması ilə yox, Rusiyanın etniklərə qarşı sərt siyasi taktikasının nəticəsidir. Dağlıq Qarabağ münaqişəsi də təkcə etnik qarşıdurmaların mübarizəsi yox, Rusiyanın da xarici müdaxiləsinin nəticəsidir"
Tədbirdə çıxış edən politoloq Leyla Əliyeva da Qafqaz və post-sovet məkanında mövcud olan dondurulmuş münaqişələrin Rusiya ilə birbaşa əlaqəsinin olduğunu bildirdi. Politoloq Rusiyanın hələ də imperiya ambisiyalarından əl çəkmədiyinə diqqət edərək qeyd etdi ki: "Rusiya Qafqaz və regiondakı münaqişələrin mövcud olmasında əsas oyunçudur. Çar imperiyasının dağılmasından uzun zaman keçməsinə baxmayaraq regionda olan dondurulmuş münaqişələrin mövcudluğu Rusiyanın hələ uzun müddət öz imperialist ideyalarından əl çəkməycəyinin göstəricisidir" (OLAYLAR) İA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31