GAMAC bəyanat yayıb

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi I Xordad və Urmu gölü ilə bağlı etiraz çağırışlarına dəstək bəyanatı yayıb. "OLAYLAR"-a daxil olan bəyanatda qeyd olunur ki, 6 il bundan öncə Xordad ayının 1-də Güney Azərbaycanda yaşayan azərbaycan türkləri fars rejiminin illərdən bəri apardığı təhqir siyasətinə etirazını kütləvi şəkildə nümayş  etdirərək milli hərəkatının yeni mərhələsini başlatmış oldu. Nəticə etibarilə 22 may, 2006-cı il   hadisələri Azərbaycan türklərinin mübarizə  tarixində əhəmiyyətli dönüş nöqtəsinə çevrildi. Bəyanatda həmçinin qeyd edilir ki, Güney Azərbaycan Milli Azadlıq hərəkatı həmçinin, Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə, ərazi bütövlüyünə, hakimiyyətinə və cəmiyyətə qarşı İran molla rejiminin düşmənçilik siyasətinə həmişə öz kəskin mövqeyini  ortaya qoyan, bötüv bir milli ideyanı gerçəkləşdirən hərəkatdır və faşist molla rejimininin  Azərbaycana qarşı apardığı təxribat planlarının qarşısında duran əsas gücdür. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi əmin olduğunu bildirir ki, millətimizin gələcək taleyi ilə birbaşa bağlı olan Urmu gölünün qurudulması faciəsinə  millətimiz kütləvi etirazlarını davamlı şəkidə aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31