KİV nümayəndələri Türkiyəyə gedəcək
21 May 2012 18:37 SiyasətMayın 30-dan iyunun 14-dək Türkiyədə 10-cu Beynəlxalq Türk Dil Olimpiadası keçiriləcək. Dünyanın 140-a yaxın ölkəsindən nümayəndənin iştirak edəcəyi olimpiadanın açılış mərasimində iştirak etmək üçün Qafqaz Universitetinin təşkilatçılığı ilə Azərbaycan bir qrup mətbuat nümayəndəsi qardaş ölkəyə səfər edəcək. İyunun 1-dən 3-dək davam edəcək səfər çərçivəsində Azərbaycan media nümayəndələri Beynəlxalq Türk Dil Olimpiadası ilə bağlı tədbirlərə qatılacaq, olimpiada çərçivəsində təşkil olunacaq Azərbaycan mədəniyyətini tanıtım tədbirində iştirak edəcəklər. Azərbaycan KİV nümayəndələrinin səfər çərçivəsində Türkiyənin tarixi mədəni abidələrini ziyarəti də nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31