Bakıda hava

Siyasət

“Əsas məqsəd Ukraynanı parçalamqdır” - AÇIQLAMA

Elşən Manafov: “Ukraynada hakimiyyət də, müxalifətin özü də legitimliyini itirib”

“Ukrayna müxalifətinin mövqeyi aydındır. İlk baxışda müxalifət Ukrayna hakimiyyətinin Rusiya və Gömrük İttifaqı ilə bağlı imzaladığı sənədlərə etirazını bildirib. Müxalifət Ukraynanın gələcəyini Avropa İttifaqı ilə sıx iqtisadi, siyasi münasibətlərdə görür və onların fikrincə, Ukrayna hakimiyyətinin bu mövqeyi Ukraynanın Avropaya inteqrasiyası ilə bağlı proseslərin uzanmasına və Avropa İttifaqı ilə münasibətlərdə gərginlik yaranmasına gətirib çıxara bilər” bu sözləri “OLAYLAR”a açıqlamasında politoloq Elşən Manafov deyib. Elşən Manafov hesab edir ki, Ukraynada istər hakimiyyət, istərsə də müxalifət sadəcə olaraq hakimiyyət uğrunda mübarizə aparır. “Son mitinqlər zamanı meydana çıxan insanlar Ukrayna hakimiyyətinə qarşı çıxan dinc sakinlər olmadığının mahiyyətinə vardıqda görünür ki, onlar təpədən dırnağa qədər silahlanmış insanlardırlar və Ukraynada vətəndaş qarşıdurması yaradıb Ukrayna hakimiyyətinin legitimliyi ilə bağlı məsələni şübhə altına almaq, Qərbin Ukrayna ilə bağlı maraqlarını həyata keçirməkdən başqa bir şey deyil” deyə politoloq öz fikirlərini ifadə edib.

Politoloq eyni zamanda Yanukoviç hakimiyyətinin Ukraynanın maraqları naminə çıxış etdiyini vurğulayıb: “Amma indiki şəraitdə Yanukoviç hakimiyyəti Ukraynanın maraqlarından çıxış edir. Bu tamamilə düzgün mövqedir. Çünki Putinin Gömrük İttifaqı ilə bağlı məsələlərində Yanukoviçin müsbət ümidləri ondan irəli gəlir ki, Rusiya Ukraynaya nəql etdiyi qazın hər 1000 kub metrini əvvəl 500 dollara satırdısa, indi 200 dollara satır və eyni zamanda Rusiya sərfəli şərtlərlə Ukraynaya 15 milyard dollara yaxın kredit ayırdı. Halbuki Avropa İttifaqı bu cür şərtləri Ukraynaya vəd etmirdi”.

Elşən Manafov Ukraynadakı hadisələrin əsas məqsədinin Ukraynanı parçalamaq olduğunu qeyd edib: “Qərbdə çox gözəl anlayırlar ki, Ukrayna faktiki olaraq bu gün iki hissəyə parçalanıb: Qərbi və Şərqi Ukrayna. Şərqi Ukrayna Rusiya ilə sıx əlaqələrin tərəfdarı olduğu halda, Qərbi Ukrayna avrointeqrasiya tərəfdarıdır. Təbii ki, bu konteksdə əsas məqsəd Ukraynanı parçalamaqdır. Ukraynanın parçalanması Rusiyanın MDB məkanında təsir imkanlarını nəzərə çarpacaq dərəcədə zəiflədəcək və gələcəkdə Rusiyanın parçalanmasına yönəldilmiş siyasət olacaq. Bu baxımdan Rusiyanın Ukraynada cərəyan edən hadisələri diqqətlə izləməsi anlaşılandır”.

Bu gün Ukraynada hakimiyyət də, müxalifətin özü də legitimliyini itirib.

Elşən Manafov bildirib ki, Ukraynada Qərblə Rusiyanın ciddi mübarizəsi gedir: “Ukraynada çox ciddi geosiyasi proses gedir. Zamanında narıncı inqilabı həyata keçirib öz maraqlarına xidmət edəcək siyasi elitanı hakimiyyətə gətirən Qərb Yanukoviçin qələbəsindən sonra revanş götürmək və yenidən Qərbin maraqlarına xidmət edə biləcək siyasi elitanı hakimiyyət başına gətirmək istəyir. Rusiya isə əksinə, Ukraynadakı möqeyini əldən vermək istəmir”.

 

Sevda Qurbanqızı


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  






Xəbər lenti

Arxiv

Iyul 2014
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31

































KATEQORİYALAR