Radikal dini cərəyanlar xarici havadarlarının sifarişini icra edirlər

Tarixən müstəqil siyasət yürüdən dövlətlər və liderlərə qarşı təzyiqlər olub. Edilən təzyiqlər həmişə ən həssas nüanslar üzərində qurulub. Həmin nüanslar içərisində dini faktor və separatizm amilləri mühüm yer tutub. Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət yürüdür, heç kimdən və heç bir ölkədən asılı deyil. Bu isə böyük dövlətləri qane etmir və onları qıcıqlandırır. Odur ki, belə ölkələr Azərbaycana təzyiq etmək və onun rəhbərliyini dünya ictimaiyyətinin gözündən salmaq fürsətini əldən vermək istəmirlər. Elə buna görə də mütəmadi olaraq Azərbaycanda dini qarşıdurma yaratmaq cəhdində bulunurlar. Qeyd edilməlidir ki, Azərbaycan dini tolerantlıq baxımından dünya ölkələri arasında nümunəvi sayıla biləcək dövlətdir. Azərbaycanda müxtəlif dinin daşıyıcıları təhlükəzis şəraitdə yaşayır, sərbəst halda dini ayinləri icra edirlər. Lakin görünür ölkədə yaranmış təhlükəsiz şərait bir çoxlarını qane etmir. Elə buna görə də guya ölkədə vətəndaşların hüquq və azdlıqlarının pozulması, insanların siyasi baxışlarına görə təqib edilməsi kimi əsassız iddialar irəli sürülür. Bu iddiaların əsaslı olmasını sübut etməkdən ötrü isə müxtəlif üsullara əl atılır. Elə Sabunçu rayonunda dinə heç bir aidiyyatı olmayan şəxslərdən dövlətə qarşı istifadə cəhdi dediklərimizi bir daha təsdiq edir. Kiçik bir araşdırma zamanı bəlli oldu ki, özlərini "Müsəlman Birliyi Hərəkatı"nın nümayəndəlri kimi təqdim edən Taleh Bağırov və Elçin... xarici qüvvələr tərəfindən idarı olunur. Xarici himayədarları və radikal müxalifətdən dəstək alan kəsim dini məsələləri kənara qoyaraq siyasi çağırışlarda bulunurlar. Başqa sözlə, "dindar" avantüristlər fanatların etibarından sui-istifadə edərək insanları itaətsizliyə, sorakırlığa sövq edirlər. Sual olunur, cəhalət daşıyıcılarının siyasi çağırışlar etməkdə məqsədləri nədir? Konstitusiyaya görə dünyəvi və hüquqi dövlət olan Azərbaycanda dini-siyasi çağırışlar etmək, ölkənin konstitutsion dövlət quruluşunu dəyişmək iddiası haradan qaynaqlanır? Cavab aydındır, bu insanlar xarici havadarlarının sifarişini icra etməklə Azərbaycanda qarşıdurma yaratmaq iddialarını ortaya qoyublar. Təəsüfləndirici haldır ki, ssenarisi xarici kəşfiyyat orqanlarının mətbəxtində hazırlanan təxribatların icraçıları məhz "sapı özümüzdən olan baltalardır". Bu insanlar antiAzərbaycan qüvvələrinin ölkəmizə qarşı dişlərinin necə qıcırtdıqlarının fərqində deyillər.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda hələ də qanunsuz fəaliyyət göstərən dini icmalar mövcuddur. Onlar heç bir hüquqi statusu olmadan dini ayinlər icra edir, ölkədə zərərli dini təbliğatla məşğul olur, qapı-qapı gəzərək dövlətçilik əlehinə ifadələr əksini tapmış kitablar paylayır, məqam düşdükcə isə öz məkirli məqsədlərini reallaşdırmağa şalışırlar. Hətta xarici ölkələrdə fəaliyyəti qadağan olunmuş dini ideyaları yaymaqdan belə çəkinmirlər. İndiyə qədər bəzi radikal islamçıların həbs olunması və onların məhkəmə önünə çıxarılması sübut edir ki, hələ həbs olunmamış, amma Azərbaycanda fəaliyyət göstərən radikal qruplar hələ də qalmaqdadır. Onların içərisində radikallığı ilə fərqlənən qruplar da yox deyil. Konkret "Müsəlman Birliyi Hərəkatı"nın qanunsuz hərəkətlərinə gəldikdə, qeyd etmək olar ki, bu qurumun rəhbərlərinin dinə və xüsusən İslama qətiyyən aidiyyatı yoxdur. Dini ekstremizmlə məşğul olan bu kəsim atdığı addımlarla cəmiyyət və dövlət üçün kifayət qədər təhlükə mənbəyi olduğunu sübut ediblər. Onlar qarşılarına mənəviyyatımıza təsir göstərmək, tərəfdarlarının şüurunu öz istədikləri kimi dəyişmək məqsədi qoyublar. Radikallığı, dövlət əleyhinə kəskin münasibətləri ilə fərqlənənlər qrup əslində cəmiyyət üçün "qara yara"ya çevrilib. Düzdür, MBH Azərbaycanda hakimiyyət üçün heç bir halda müxalifət təşkil etmir, sadəcə olaraq müvafiq şərait yaranarsa, mütləq radikal metodlara keçməyə hazırdır. Çünki onların xarici havadarları bunu istəyirlər. Sirr deyil ki, həmin qüvvələrin radikal dini qruplaşmaların vasitəsilə ölkədə terror aksiyalarının törədilməsi planları da mümkün variantdır. Belə halda qarşıda duran əsas məsələ səpilmiş dini toxumların cücərməsinin qarşısını almaqdan ibarətdir. Ancaq ümidverici məqam da var ki, Azərbaycanın hüquq-mühafizə orqanları ölkədə sabitliyin təmin olunması, ictimai asayiş stabilliyin bərqərar olmasının keşiyində ayıq-sayıq durublar. Ancaq bütün bunlara baxmayaraq terrorçuların ölkəmizə daxil olmasını gözləmək lazım deyil. Mümkün haldır ki, ökəmizdə hər an potensial təhlükəyə çevrilə biləcək qeyri-ənənəvi dini cərəyanlar beynəlxalq terror şəbəkələri ilə əlaqəyə girsin. Belə halların qarşısını almaq məqsədilə hüquq-mühafizə orqanları daim ayıq-sayıq olmalıdır.


Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31