24 nümunədən 6-da quduzluq aşkarlanıb
18 May 2012 15:23 SosialBu il mayın 17-dək Respublika Baytarlıq Laborotoriyasına quduzluqla bağlı 24 nümunə daхil olub. Bu barədə "OLAYLAR"a məlumat verən Dövlət Baytarlıq Xidmətinin mətbuat rəhbəri Yolçu Xanvəli bildirib ki, nümunələrdən 6-da хəstəlik aşkarlanıb. Qalan nümunələrin nəticəsi isə mənfi olub. Quduzluq aşkarlanan nümunələr arasında sahibsiz itlər, çaqqal və pişiklə yanaşı, iribuynuzlu heyvan nümunəsi də olub. Y.Xanvəli bildirdi ki, quduzluğa yoluхan heyvanın ətindən və südündən istifadə qadağandır. Xəstə heyvan yerindəcə zərərsizləşdirilməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31