Əkiz alimlərə həsr edilmiş “Əkizlər” bədii-sənədli filminin təqdimat mərasimi keçirildi
18 May 2012 15:48 SosialAMEA Rəyasət Heyətində tanınmış əkiz alim qardaşlar, AMEA Genetik Ehtiyatlar və Zoologiya institutlarının elmi işçiləri olan, biologiya elmləri namizədləri Ziyad Məmmədov və Atlıxan Xanməmmədovun həyat və elmi fəaliyyətlərinə həsr edilən "Əkizlər" bədii-sənədli filminin təqdimat mərasimi keçirilib. AMEA mətbuat xidmətinin məlumatına görə, AMEA-nın vitse-prezidenti, akademik Arif Həşimov Ziyad Məmmədov və Atlıxan Xanməmmədovların dərin biliyi, cəsarətli mühakimələr yürütmək qabiliyyəti, ürəkləri oxşayan və düşüncələrə mənəvi qida verən söhbətlərinə hamının heyran qaldığını bildirib. Sonra "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (AzTV) tərəfindən istehsal edilən əkiz alim qardaşlardan bəhs edən "Əkizlər" bədii-sənədli filmi nümayiş etdirilib. AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Milli Məclisin sosial məsələlər komitəsinin sədri Hadi Rəcəbli və başqaları Z.Məmmədov və A.Xanməmmədovun töhfələrindən söz açıblar. ("OLAYLAR"İA)