Bakıda hava

Sosial

Bu peşələr sizi sevgilinizdən ayıra bilər - MARAQLI

Həyat üçün riskli peşələrin sahibləri heç də yaxşı sevgili olmurlar

  

Mançester universitetinin ekspertləri kişilərin intim sferasında problemlər yaradan peşələri açıqlayıblar. Alimlər müxtəlif işlərlə məşğul olan kişilərin cinsi həyatları üzərində uzun araşdırmalar aparıblar. Onların siyahısında isə ən pis peşə kimi biznesmen, polis, xilasedicilər, musiqiçilər və idmançılar olub.

 Seksual mənada ilk problem yaşanan peşə biznesmenlərdir. Biznesmenlərin intim həyatına təsir edən çoxsaylı faktorlar var ki, bunlara stress, planlaşdırılmamış iş günü, iş düşüncələrindən ayrıla bilməmək və s. aiddir. Biznesmenlər günün böyük hissəsini səfərlərdə, danışıqlarda və ya uzun müddət iş kürsüsündə oturaraq problemləri həll etməklə keçirirlər. Bu isə onların səhhətinə pis təsir edir.

 İkinci yerdə polislər, hərbçilər, cangüdənlər, xilasedicilər- ümumiyyətlə həyat üçün riskli peşələr və qanun-qaydanı qoruyan peşələr dururlar. Xarici görünüşlərinə baxmayaraq bu peşənin sahibləri heç də yaxşı sevgili olmurlar.

 Fiziki və mənəvi gərginlik və ağır qrafik onlara pis təsir edir. Onların əksəriyyəti güclərinə müəyyən travmalardan keçərək sahib olurlar. Bundan başqa, bu insanlar hətta ailəsi ilə oturan zaman belə iş məsuliyyətini unutmurlar.

 Üçüncü yerdə yaradıcı peşələrin sahibləri dururlar. Stereotiplər bizi aldatmasın. Rəssamlar, musiqiçilər və digər yaradıcılar seksual enerjilərini yaratdıqları məhsula verirlər və onu seksə xərcləməyə boş şey kimi baxırlar.

 Onlar tez-tez içki düşkünü olurlar və bu da onların orqanizminə pis təsir edir. Çoxları depressiyaya meylli olurlar.

 Dördüncü yerdə isə ağır fiziki əməklə məşğul olan işçilər durur. Uzun növbələr və ağır iş onları çox yorur. O cümlədən bu cür insanlar adətən təhsilsiz olurlar. Onlar yaşamaq uğrunda mübarizə aparırlar və onları Kamasutra elə də maraqlandırmır.

 Beşinci yerdə isə idmançılar durur. Baxmayaraq ki, idman bədəni gücləndirir və qan dövranını yaxşılaşdırır, professional idmançıların şəxsi həyatda böyük problemləri olur. Onların əksəriyyətinin vaxtları olmur ki, xoşladıqları qızla tanış olsunlar. O cümlədən, idmandan qabaq sekslə məşğul olmaq idmançılara qadağandır. Onların güclərini buna verməyə haqları yoxdur.

 Lakin ümumi nəticə ondan ibarətdir ki, günümüzdə ümumiyyətlə insanların orqanizminə xeyirli peşə yoxdur. Hətta kompüter arxasında uzun müddət oturmaq da insanları məhv edir.


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  






Xəbər lenti

Arxiv

Dekabr 2014
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

































KATEQORİYALAR