“Heydər zirvəsi”nə qalxan yürüş iştirakçıları birdəfəlik giriş haqqından azad edilib

Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə    04-11 may  tarixlərində kütləvi yürüşlərin təşkil olunmasına dair müxtəlif təşkilatlardan müraciətlər daxil olub. ETSN-nin mətbuat xidmətindən "OLAYLAR" a daxil olan məlumatda bildirilir ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından daxil olan məktubda 241 nəfərin, Azərbaycan Respublikası Alpinizm Federasiyasından isə müxtəlif vaxtlarda daxil olan 3 məktubda ümumilikdə 75 nəfərin yürüş edəcəyi bildirilib. Bütün müraciətlərdə adları göstərilən şəxslərə Milli Parkın ərazisinə giriş üçün icazə verilib.Nazirliyin aidiyyəti qurumları tərəfindən kütləvi yürüşlərin yüksək səviyyədə həyata keçirilməsi və yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xınalıq kəndi ərazisindən "Heydər zirvəsi"nə gedən müvafiq marşrut Şahdağ Milli Parkı tərəfindən yürüş üçün tam uyğunlaşdırılaraq hazır vəziyyətə gətirilib.Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əmrinə əsasən 04-11 may 2012-ci il tarixlərində Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə yürüş edən iştirakçılar birdəfəlik giriş haqqından azad edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31